0
Wednesday 1 January 2014 - 00:28

Nə üçün ABŞ Əsədin hakimiyyətdə qalmasına razılıq verdi?

Story Code : 336205
Nə üçün ABŞ Əsədin hakimiyyətdə qalmasına razılıq verdi?
Amerika dünyanın müxtəlif nöqtələrində hərbi əməliyyatlara gedən xərcin artması ilə əlaqədar olaraq Suriyadakı son uğursuzluqlardan sonra bu ölkədə öz mövqelərindən geri çəkildi. Ağ Ev Əsədin hakimiyyətdə qalmasını mümkün saydı. Suriya Amerikanın öz hegamonluğundan geri çəkilməli olduğu növbəti ölkə oldu. Suriya böhranı hərbi əməliyyatlar təhdidi ilə müşayiət olduğu zaman amerikalılar təsəvvür etmirdi ki, bir gün terrorçu Əl-Qaidənin əməliyyatları Bəşar Əsədin hakimiyyətdə qalması güzəşti ilə başa çatacaq. Bu istək öncə CIA-nın sabiq rəisinin dilindən səsləndi. Suriyanın aqibətindən danışan Maykl Haiden bildirdi ki, bu ölkə üçün ən yaxşı variant Bəşar Əsədin hakimiyyətdə qalmasıdır. Bu şəxs Ceyms Taun mərkəzinin terrorizm mövzusunda illik seminarında Suriyanın illik gələcəyi ilə bağlı 3 proqnoz səsləndirib: Əsədin qələbəsi, Suriyanın parçalanması, məzhəbi qarşıdurmaların davamı. Göründüyü kimi burada müxaliflərin qələbəsi nəzərdə tutulmayıb. Suriya dövləti və ordu 3 ilə yaxındır müxaliflərin və terrorçuların cavabını lazımınca verib və ölkəyə nəzarəti əlində saxlayıb. Rusiya, İran və Çin istisna olmaqla əksər böyük dövlətlər açıq və ya gizli şəkildə Suriya müxalifətini himayə edib. Ağ Ev və Qərb dövlətləri dəfələrlə etiraf ediblər ki, ölkəyə Əsəd nəzarət edir. Suriyanın strateji nöqtələrinə Dəməşq, Laziqiyyə, Tartus daxildir və bu məntəqələr ordunun nəzarəti altındadır. Hələb və Homs kimi mühüm şəhərlərə də dövlət nəzarət edir. Təbii ki, xarici dövlətlərin müdaxiləsi olmasaydı, Suriyada heç bir qüvvə dövlətə qarşı çıxmaq gücündə deyildi. Suriya dövləti ölkəyə nəzarətinə rəğmən Cenevrə 2 konfransında iştirak etmək istəyirdi. Qərblilər bu qərara gəlmişdilər ki, bu variantı qismən də olsa himayə etsinlər. Çünki Suriyada müxaliflər arasında hətta ayrıca regiona nəzarət edən müxalif qrup yoxdur. Sabiq CIA rəisinin sözlərinı uyğun olaraq Əl-Qaidə və ya təkfirçi qruplar başqa müxalif qruplardan üstün görünür. Ərəbistan, Türkiyə, Qətərin, eləcə də bəzi Qərb dövlətlərinin himayəsi ifratçı müxalifəti önə çəkə bilər. İordaniya, Küveyt və Səudiyyə Ərəbistanı öz ərazilərində ifratçı qüvvələrə təlim verib, onları Suriyaya göndərir. Bu işdə təkcə Suriya yox, Livan, İordaniya, İraq kimi məntəqə ölkələri də hədəfdir. İfratçıların məqsədi Əsədi kənarlaşdırdıqdan sonra şiələrin qətliamıdır. ABŞ bu məsələdən çox narahatdır. Belə bir vəziyyətdə bir yox, bir neçə ölkəyə nəzarət itirilə bilər. Əl-Qaidə Ağ Evin Əfqanıstan və Pakistanda cücərtdiyi qüvvə olsa da, hazırda onun özünü təhdid edir. Yaxın Şərqin əksər ölkələrində tayfa və məzhəb fərqləri var. İkinci dünya müharibəsindən sonra regionda monolitlik pozulub. Bu tayfalar ayağa qalxıb müstəqillik istəsə eyni proses Türkiyə kimi ölkələrə də keçə bilər. ABŞ özü də böhrandan qorxur. Suriyada ifratçı qüvvələrin önündə gedən Ən-Nüsrə cəbhəsi bu ölkədə heç bir cinayətdən çəkinməyib. Onlar hətta Livan və Hizbullahı kimyəvi hücumla hədələyir. Ən-Nüsrə Suriyada hakimiyyətə gəlsə regionda vəziyyətin necə olacağı kimsəyə məlum deyil. Hətta 11 sentyabr hadisələrinin təkrarlanması qorxusu var. Suriyanın parçalanması ssenarisi Haidenin çıxışında yer alıb. O bunu təhlükəli hadisə adlandırıb. Haidenin fikrincə Suriyanın parçalanması bütün regiona nəzarətin itirilməsidir. Nəticədə Livan, İordaniya və İraqdakı vəziyyət nəzarətdən çıxa bilər. Yaxın Şərq ölkələri tayfalar arası münasibətlər müstəvisində idarə olunur. Bu tayfaların müstəqillik istəyi bütün regionu əhatə edə bilər. Amerikanın mənafeyi regionun sabitliyindədir. Sabitliyin pozulması neftin qiymətini qaldırır, eyni zamanda İsrailin mənafeləri təhlükə altına düşür. ABŞ və müttəfiqləri əvvəlcədən Əsədin getməsini istəyirdilər. Əsədin getməsi özünü Suriyanın dostları adlandıranların həmişə ilk şərti olub. Milli Şura yaradılması gündəmdə saxlanılıb. Müxalifət hətta nazirlər təklif edib. Amma bu istəklər gerçəkləşmədi. Müvəqqəti baş nazirlər ümidsizliklə səhnəni tərk etdi. Suriya ordusunun ardıcıl qələbəsi müxalifət cəbhəsini parçaladı. Maliyyə böhranı yaşayan Ağ Ev böhranın diplomatik həllinə üz tutdu. İran isə əvvəlcədən bunu təklif edirdi. Belə görünür ki, ABŞ və Qərb regiondakı vəziyyəti düzgün dəyərləndirməyib. Məqsəd əvvəlcədən Müqavimətə zərbə endirmək idi. ABŞ və müttəfiqləri vəziyyəti düzgün qiymətləndirsəydi minlərlə insan həlak olmaz, 100 minlərlə insan qaçqın düşməzdi. İran İslam Respublikası və Rusiya əvvəlcədən terrorçuların Suriyadan çıxmasını tələb edirdi. Moskva və Tehran Əsədə kömək etməklə ABŞ və Qərbin istəklərini gözündə qoydular. Müharibənin ciddiləşdiyi bir zamanda İran xarici işlər naziri İraqa getdi və öz səfərinin əsil məqsədini gizləmədi. Rusiya da Suriya müxalifətinə hərbi yardıma qarşı çıxdı. Bütün bunlar böhranın diplomatik həlli variantını gündəmə gətirdi. Deyilənlərdən bu nəticəyə gəlirik ki, Qərbin bu gün tutduğu mövqe İran və Rusiya tərəfindən neçə vaxtdır dəstəklənir. Hazırkı vəziyyətdə ən münasib variant Suriya dövlətinin qorunmasıdır. Torrorçular ölkədən çıxarılmalıdır. Yalnız bundan sonra müzakirələr səmərə verə bilər. Amerika maliyyə problemləri ilə əlaqədar geri çəkildi və Bəşar Əsədin hakimiyyətdə qalmasını mümkün saydı. Maraqlıdır ki, Ağ Ev Livan, Fələstin, İranın nüvə məsələsi kimi mövzularda hansı mövqeni tutacaq.
Comment