0
Tuesday 31 December 2013 - 19:48

Dünya azərbaycanlılarının həmrəylik günü !

Story Code : 336449
Dünya azərbaycanlılarının həmrəylik günü
Dünya azərbaycanlılarının həmrəylik günü
Dekabrın 31 Azərbaycanda təkcə Yeni il qeyd olunmur, həm də dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunur.

Bu da təsadüfi deyil, SSRİ dağılan zaman 1989-cu il axırlarında Naxçıvanla İran arasındakı sərhəd dirəkləri dağıdıldı. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev həmin sərhəd dirəklərini dağılmasına rəğmən Şimali və Cənubi Azərbaycanı birləşdirmək üçün dekabrın 31-ni dünya azərbaycanlılarının həmrəylik günü elan etdi. Elə o gündən dekabrın 31 həm də dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunur.

Buna əsaslanıb demək olar ki, İran ərazisinin azərbaycanlılara aid olduğunu SSRİ dağıldıqdan sonra Azərbayan cəmiyyətinə ilk dəfə Heydər Əliyev gətirdi. Təsadüfi deyil ki, bu gün əliyev rejiminə xidmət edən deputatlar da tez tez İran ərazisinin Azərbaycana aid olduğunu iddia edir, orta məktəb dərsliklərində İran ərazisinin Azərbaycan torpaqları olduğu uşaqlara öyrədilir, İrandakı İslam Respblikasını azərbaycanlıların hüquqlarını pozan rejimi kimi təbliğ edilir. Heydər Əliyev həm də bu addımını Məhərrəmlik ayının matəminə rəğmən atdı ki, nə zamansa ölkədə dindarlar Yeni illə bağlı bu günkü kimi bəyanat verərlərsə, qondarma bayramı-dünya azərbaycanlılarının həmrəylik günü adı altında əylənsinlər.

Təsdüfi deyil ki, bu gün xarici ölkələrdə Azərbaycan səriliklərinin və diaspor təşkilatlarının təşkil etdiyi həmrəylik günündə Yeni il atributları və İran əleyhinə küfr geniş təbliğ olunur.
Source : Islamtimes
Comment