0
Monday 6 January 2014 - 21:31

Macid əl Macidin şübhəli ölümü, Ərəbistanın Livanda qara qutusu

Story Code : 338198
Macid əl Macidin şübhəli ölümü, Ərəbistanın Livanda qara qutusu
Livan ordusu Livanda İran səfirliyi yaxınlığında partlayışda ittiham olunan səudiyyəli terrorçu Macid əl Macidin ölümünü təsdiqlədi. Bu şəxs Ərəbistanın qara qutusu adı ilə yada salınır. Əl-Ərəbiyyə televiziya şəbəkəsi xəbər verdi ki, Abdullah Əzamın dəstə başçılarından olan Macid əl Macid Livanda ölüb. Əl-Ərəbiyyə bu xəbəri Livanın səsinə istinadən elan edib. Amma xəbərlə bağlı təfərrüata varılmayıb. Livanın LBC xəbər şəbəkəsi milli xəbər agentliyinə istinadən ölüm hadisəsini təsdiqləyib. Əl-Məyadin agentliyi də səudiyyəli terrorçunun ölüm xəbərini yayıb. Livan ordusu bu xəbər yayılandan bir qədər sonra rəsmi şəkildə Əl-Macidin ölümünü təsdiqləyib. Livan ordu komandanı elan edib ki, Macid əl Macid bu gün sübh Mərkəzi Hərbi Hospitalda müalicə zamanı ölüb. Hərbi məhkəmədə dövlət nümayəndəsi qazi Səqər Səqər mətbuat konfransında deyib ki, Macid əl Macidinin şəxsiyyətinin təsdiqi və ölüm səbəbinin müəyyənləşməsi üçün tibbi ekspert göndərilib. 
Macid Əl Macid 2012-ci ilin iyun ayından Abdullah Əzam qrupuna rəhbərlik edir. Bu şəxs 1973-cü ildə Ərəbistanın Riyaz şəhərində dünyaya gəlib. Əksər siyasi şərhçilər bu terrorçunun ölümünü şübhəli sayır, onun Beyrutda İran səfirliyi yaxınlığında partlayış törətməsini diqqət mərkəzinə çəkir.
Macidinin ittiham olunduğu partlayışda 26 nəfər şəhid olub, 146 nəfər yaralanıb. İran səfirliyinin mədəniyyət işləri üzrə məsulu da bu partlayışda şəhadətə çatıb. Partlayışı Abdullah Əzam qrupu öz üzərinə götürüb. Livanın Əl-Əxbar qəzeti hələ Macidi sağ ikən onun qətli ehtimalından yazıb. 
Livan ordusu 2009-cu ildə Macid əl Macidinin həbsi üçün müəyyən addımlar atıb. Həmin vaxt əl Macid ifratçı Fəthul İslam dəstəsində fəaliyyət göstərib. O zaman terrorçu ordunun əlindən qaça bilib. Hadisədən sonra Livan məhkəməsi Macidini ömürlük həbsə məhkum edib. Bu şəxs Yəmən və İraqda Əl-Qaidə məhbuslarının qaçırılmasında iştirak edib. Livana gəlməzdən öncə Yəməndə olub. Mütəxəssislər hesab edir ki, Macid Əl-Qaidə sıralarında on illik təcrübəyə malik olub. O bu təcrübəsindən İraq, Suriya və Livanda, Əfqanıstan və Pakistanda istifadə edib. Fəaliyyətləri zamanı Macid əl Macid əl-Qaidəyə bağlı bir çox şəxslərlə tanış olub. ABŞ Əfqanıstana hücum edəndən sonra Əl-Qaidənin yenidən təşkilatlanmasında xüsusi rolu olub. Macid əl Macidinin, Suriya böhranından sonra əl Macidi əksər əməliyyat planlarından xəbərdar olub. Əl-Qaidə başçılarının maliyyə təminatı, böyük pulların Əl-Qaidəyə ötürülməsi kanalları əl Macidə bəlli idi. Əl-Əxbar yazır ki, əl Macid Əl-Qaidəyə kömək edən təşkilatları, qurumları, dövlətləri yaxşı tanıyırdı. Bu yardımlar olmadan Əl-Qaidənin müxtəlif ölkələrdə, xüsusi ilə Livanda əməliyyat keçirməsi qeyri-mümkün görünür. Son olaraq bunu deyə bilərik ki, belə informasiyalı şəxsin həbsi və istintaqa cəlb olunması onun hamilərini narahat etməyə bilməzdi. Bu müəmmalı ölümün səbəbi Əl-Macidinin bildiklərini onunla dəfn etmək ola bilər. 
Comment