0
Tuesday 28 January 2014 - 15:30
Məhbus dindar Ruhullah Axundzadədən yeni bir məktub

Əlini öz canımızda tapaq

Story Code : 345910
Əlini öz canımızda tapaq
Əlini öz canımızda tapaq
Bağışlayan və rəhm edən Allahın adı ilə!

Azərbaycanda məskən salan Peyğəmbər övladları giriftarıdım, Əli məni qurtardı, xəstə idim Əli (ə) mənə şəfaətçi oldu.

Əlini öz canımızda tapaq. Əlini gərək özündə tapa, Peyğəmbəri gərək özündə tapa insan.

Quran ki, həmişəlikdi, Əli (ə) da həmişəlikdi Peyğəmbərdən deyilib.

Əli ismi əzəmdi.

Ustad həmişə hər tərəfə baxanda ən sevimli tələbəsin görər. Peyğəmbəri Əkrəm (s) hər tərəfə baxır Əlini (ə) görür. Hər bir mərtəbəyi asimana baxır Əli tərifin eşidir, yerdə də elə.

Bu aləm vilayətlə qurulubdu, bu aləm vilayətlə tanınıb. Əlidir vilayət bunu sünnə də şiə də qəbul edib.

Sahibi behişt Əli (ə)-dır. Əli İbn Əbu Talib məzlumdu. Mən öz zəmanəmdə Əli (ə) barəsində yazılan kitabların hamısını gördüm və məzlumluğu dərk etdim.

Mən bu mövzuya yenicə toxunmaq istəyəndə Ərdəbildən yayımlanan “Aran” radiosunda Əli (ə)-ın fəzilət və məzlumiyyəti haqda verlişi dinləməli oldum.

Siz ey Əli (ə)-ın övladları! Hal hazırda da Sizlərin bir miqdarı (bəlkəm də çoxunuz) Əlinin (ə)-ın fəziləti və məzlumiyyəti ilə tanınırsınız.

Lakin Seyidlərdən həm iqtidarda həm də müxalifətdə olan babalarına əks mövqedə olanlar da var və əfsus ki, nə iqtidarda nə də müxalifətdə olmayan biganə Seyidlərə də, Kufədə babaları Əli (ə)-a övladı İmam Huseyn (ə)-ı şəhadətə yetirəndə bitərəf qalanlara bənzəmədədirlər. Bəs Sizlər istər iqtidarda istər müxalifətdə olan və eləcə də biganə qalan Seyidlər! Qiyamət günündə İslam Peyğəmbəri Xatəmül Ənbiyaya (s) qızı Xanımlar xanımı Fatimeyi Zəhraya (əleyha səlam), Allahın şiri Əmirəlmöminin (ə), Peyğəmbəri Əkrəmin (s)-ın ciyər parələri İmam Həsən (ə) və İmam Huseyn (ə)-a nə cavab verəcəksiniz.

Baxın Sizin Seyidlərdən fəzilət və məzlumiyyətdə olan Fəramiz Ağaya, Seyid Musarzaya və İmam Huseyn fəlsəfəsi, vəsiyyəti ilə zülmə etiraz edən, Sizin hüzurunuzda dilləri və qəlblərində nökər olan Hacı Möhsüm, Hacı Taleh, Hacı Abgül, Firdövsi, Elmar, Ağalı, Ruhullah və yüzlərlə həbsdə yatanlara. Bəlkəm oturub düşünəsiniz? Hara gedirsiniz bu mövqeyiniz, vəziyyətinizlə?

Ağalar, Seyidlər! Sual etsəniz ki, biz nə etmişik. Onda Sizlərdən üzr istəyirəm, buna riyakarlıqdan başqa ad verə bilməyirəm.

Necə nə etmisiniz? Azərbaycanımız qan ağlayır, mənəvi dəyərlər ayaq altında Sizlərin ruhlarını pərvaz etmək halındadır. Sizlərin cismlərinizdən xaric olmağa məcbur olunurlar. Ana vətənin göz yaşları Sizlərin də günahı daxil olmaqla Hakimiyyətdəki bəzi məmur, nazir və ya icra edicilərin hesabına qana dönüb.

Xocalı ağrısı olan da Ölkədə bu sayaq ömür sürə bilərmi?

Kazino, bar, sauna, hotel, priton Azərbaycan qız gəlinləri ilə var dövlət yığan sutenyorların gəlir mənbəyi.

Muğam Azərbaycan tele radiosunda qərib, əvəzinə həram, mütrif ulaşması ilə ruhları inildədən şou tamaşalar, satqın, xain, üzə duranlarla tarixə biabırçı adlar yazılır.

Üzdən iraq ləvatlı Azərbaycan

Narkomaniya nəticəsində dul qalmış gəlinlər.

Namazı Allaha görə deyil, pula, kimlərisə aldatmaya görə gözə soxanlar.

Oruc tutub tülkü kimi Həccə gedənlər.

Aşuranı dərk etməyən məmur, Nazir, icraçıların qadağaları nəticəsində Qarabağı azad etmək üçün hesablanan İmam Huseyn (ə) məktəbi əvəzinə, necə aldatmaq, necə satmaq-satılmaq, hicabı açdırmaq, məscidləri agenturaya döndərmək, gəlini atasının puluna görə evinə gətirmək və ya qızı imkanlı (əksəriyyəti Xalqı, milləti aldadanlar) pulluların övladlarına sırımaq. Daha nələr nələr.

Bəs etməzmi? Bu biabırçılıq, millətimizə yad olan bu sayaq əməllərə qurşanmaq görəsən kimlərə sərf edir? Muhəmməd Peyğəmbər (s) və onun Əhli-Beytini qəbul edən Şiə Müsəlmanlaramı və ya şeytana səcdə edən Qiyamətə inanmayan Azərbaycan millərinə?

Ya cədd yiyələri! Sizə qurban olum. Mən ailəmi, övladlarımı (hamınızdan üzr istəyirəm. İstər qızlarım, istərsə oğlanlarım) Sizin cəddiniz buyuran kimi böyüdüb tərbiyə etməyə çalışdım. Onlara Quran öyrətdim, namaz və oruc vacib etdim və eləcə də Qarabağ uğrunda gələcəkdə olacaq cihada hazırladım. Və Sizlərdən də bunu tələb etməyə haqqım var. İmam Zaman (ə.c) əsridir. Haqqa dönün!

Ruhullah Axundzadə. 15 saylı cəzaçəkmə müəssisəsi
Source : Islamtimes
Comment