QR CodeQR Code

Rusiyanın iç-güc üzü

22 Aug 2010 04:56

Rusiya siyasətinin görünməyən tərəfi artıq özünü biruzə verməyə başlayıb.


Əslində bu, belə də olmalı idi. Sia yazır ki, içində vahiməli siyasət saxlayan Rusiya üzdə gülüb, arxada danışmaqdan başqa artıq Azərbaycanın üzünə də durmağa başlayıb. Bizim tərəflərdə üzə durmağa necə qiymətin verilməsi bəllidir. Bu öz yerində. Xüsusi diqqət erməni mətbuatında yer alan xəbərlərədir. Çünki Rusiya liderinin Ermənistana səfəri baş tutmamışdan əvvəl bütün detallar KİV-ə məlum idi. İmzalanan sənədlər, hərbi bazanın qalma vaxtının uzadılması, özü də təmannasız. İki dövlət arasında dini, siyasi baxışlar eyni olsa da, Ermənistanın Rusiyanın əlinin altında fiqur kimi saxlanılması hamıya bəllidir. Lakin Dimitri Medvedevin Ermənistan hakim partiyasının mətbuat katibinin dili ilə faş olan müsahibəsi artıq real faktların ortaya çıxmasını zəmin yaradıb. Artıq bəlli idi ki, Rusiya ermənilərin tərəfindədir. Ermənistan hakim partiyasının mətbuat katibi Eduard Şarmazanov jurnalistlərə açıqlamasında deyib ki, Rusiya lideri açıq şəkildə bildirib: “Əgər Dağlıq Qarabağ Azərbaycan tərəfindən hərbi təcavüzə uğrayarsa Rusiya öz əməkdaşlıq öhdəliyini yerinə yetirəcək”. O, qeyd edib ki, bu sözlərlə Rusiya öz mövqeyini ortaya qoyub. Hakim partiyanın mətbuat xidməti bu cür düşüncəsiz sözlər işlədirsə o zaman hakim partiyanın liderindən nə gözləmək olar. Əslində məntiqsiz fikirdir ki, Rusiya Kollektiv Təhlükəsizlik Paktına əsasən Dağlıq Qarabağa yardım edə bilər. İbtidai sinif şagirdi qədər düşüncəsi olan Eduard Şarmazanov bilməlidir ki, sənədə əsasən Rusiyanın hərbi bazasından qarşılıqlı razılaşmalar Kollektiv Təhlükəsizlik Paktının 15 may 1992-ci il tarixli sazişi, Rusiya və Ermənistanın müdafiə nazirlikləri arasında “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardıma” dair 29 avqust 1997-ci il tarixli sazişi həmçinin iki ölkənin qanunvericilik aktlarının əsasında istifadə olunması nəzərdə tutulur. Protokol layihəsində göstərilib ki, müqavilə 49 illiyə bağlanır. Lakin bu müddətdən sonra tərəflərdən heç biri saziş müddətinin bitməsinə altı ay qalmışadək yeni mövqe nümayiş etdirməzsə, müqavilənin müddəti avtomatik olaraq 5 il uzadılacaq. Protokolların hər iki tərəfdən ratifikasiya olundu. Bir nüans daha. İrəvanda imzalanan saziş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində durumun hələ uzun müddət dəyişməyəcəyini göstərir. Rəsmi Moskva münaqişənin tərəfi, həm də Ermənistanla müttəfiqlik münasibətlərini yeniləməklə problemin çözülməsində obyektiv mövqe tuta bilməyəcəyini bir daha rəsmiləşdirmiş oldu. Bu addım eyni zamanda ATƏT-in Minsk Qrupunun obyektiv vasitəçilik prinsiplərinin nə dərəcədə gücsüz olmaqla yanaşı onsuz da azalmış inamı tam sıfıra endirdi. Rusiya hər nə qədər Ermənistandakı hərbi resurslarından Azərbaycana qarşı istifadə edilməməsi barədə öhdəlik götürmüş olsa da, bu öhdəlik quru söz və bəyanatdan başqa bir şey deyil və heç bir sənədlə rəsmiləşdirilməyib. Bu baxımdan Rusiya-Ermənistan hərbi-siyasi müttəfiqliyi hələ uzun illər (ən azı 2044-cü ilədək) Azərbaycan, xüsusilə ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqları üçün təhlükə kəsb etməkdə davam edəcək. Beləliklə, yeni müqavilə ilə Ermənistanın müdafiəsi məsələlərində Rusiyanın rolunun daha da artacağı ehtimal olunur. Rusiyanın Azərbaycana müdaxilə etməyinə gəlincə Dağlıq Qarabağ Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisidir və Bakının tam hüququ var ki, istənilən vaxt həmin əraziləri geri qaytarsın. Ermənistan istəyirsə müdaxilə edə bilər, lakin, bunun Rsiyaya nə dəxli. Əgər Rusiyanın müdaxiləsi olarsa, Azərbaycanla münsibətlər sıfıra enər. Türkiyə ilə baş-başa gəlmək ruslara baha başa oturar. Nəzərə alsaq ki, Rusiyada 40 milyondan çox türk var və regionda Azərbaycanla qardaş münasibətində olan Türkiyə var Rusiyanın bu addımı atacağı inandırıcı görünmür. Rusiya-Ermənistan hərbi müqaviləsinə əlavə olunan protokol əslində Azərbaycanla Türkiyə arasında imzalanan strateji əməkdaşlıq sənədinə cavabdır. Həmçinin, Azərbaycanla münasibətlərin korlanması Rusiyanın dövlət maraqlarına uyğun deyil. Mövcud geosiyasi reallıqlar da sübut edir ki, Ermənistanın Rusiya üçün heç bir strateji önəmi yoxdur və yeni qurulan qlobal təhlükəsizlik sistemində də ruslara artıq yükdən başqa bir şey deyil. Rusiyanın diktə ilə danışmaq dövrü çoxdan keçib, olsa-olsa, Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi davrana bilər.


Story Code: 34969

News Link :
https://www.islamtimes.org/az/article/34969/rusiyanın-iç-güc-üzü

Islam Times
  https://www.islamtimes.org