0
Saturday 28 August 2010 - 00:19

İsrail və Hizbullah arasında iyul savaşı

Story Code : 35460
İsrail və Hizbullah arasında iyul savaşı
İsrail və Hizbullah arasında iyul savaşı
Xüsusi əməliyyat qrupu "doğru vəd" adı verilən əməliyyatda 3 İsrail əsgəri öldürüldü, 2 nəfər isə əsir alındı. Bu hadisədən dərhal sonra İsrail hökuməti orduya Livana qarşı hücum əmri verdi. İsrail aviasiyası və eləcə də gəmilər davamlı olaraq Livanın paytaxtı Beyrut şəhəri də daxil olmaqla bütün iri yaşayış məntəqələrini bombalamağa başladı. Öz növbəsindəLivan Hizbullah Hərəkatı İsrailin hava hücumuna qarşı raket zərbələri ilə cavab verdi.
Sonradan quru döyüşlərinə çevrilən və “İyul savaşı” (hərb təmmuz) adlanan hərbi kampaniya 34 gün davam etdi. 34 gün ərzində Hizbullah Livan ərazisindən İsrailə 4 minə yaxın müxtəlif çaplı raketlər atdı. Hizbullahın raketləri bir ay ərzində 43 nəfərin ölümünə və 1 milyon israillinin sığınacaqlarda yaşamasına səbəb oldu. İsrailin bombardmanları isə daha şiddətli idi. İsrail ordusunun, hərbi hava və dəniz qüvvələrinin aramsız bombardmanı paytaxt Beyrutun böyük hissəsini xarabalığa çevirdi. Bombardmanlarda 1000-dən artıq livanlı öldürüldü.
İyulun 18-də isə İsrail ordusunun quru qüvvələri Marun ər-Rəs yaxınlığında ilk genişmiqyaslı yerüstü əməliyyatlara başladılar. İsrailin o zamankı baş naziri Ehud Olmertin əmri ilə başladılan quru əməliyyatının məqsədi Livanda Hizbullah hərəkatını məhv etmək idi. İsrail ordusunun Livan sərhəddində “qarşılayan” elə Hizbullah döyüşçüləri oldu.
Savaşdan sonra İsraildə yaradılmış və keçmiş hakim Elyahu Vinoqradın rəhbərlik etdiyi, buna görə də “Vinoqrad” komissiyası adlanan dövlət komissiyasının araşdırmalarına görə, müharibə ərzində 119 İsrail əsgəri öldürülüb, Hizbullah 9К115-2 Metisim kimi tank əleyhinə silahlar vasitəsilə İsarilin onlarla Merkava tankını məhv edib, Hizbulllah döyüşçüləri 3 “Apaçi” hücum vertolyotu və bir ədəd F16 qırıcısını vurub, bir döyüş gəmisini isə partladıblar. (The Guardian, 2008-ci il 30 yanvar). Hizbullah isə savaş ərzində 280 döyüşçüsünü itirib və hərbi sursatının bir çoxunu istifadə edib. Vinoqrad hesabatında həmçinin baş nazir Ehud Olmert, müdafiə naziri Peretz və baş qərargah rəisi Dan Halutz, eləcə də Mossad başda olmaqla kəşfiyyat qurumları tənqid olunub. Hesabatda xüsusilə döyüşün son 60 saatında 33 İsrail əsgərinin hansı səbəbdən öldürüldüyünə diqqət çəkib...
...2006-cı ilin iyulun 18-də Livan sərhədinə yığılan İsrail quru qoşunlarına hücum əmri verilir. Ancaq sərhəddə İsrail qüvvələri sürpriz müqavimətlə qarşılaşdılar. Savaş ərəfəsi, daha dəqiqi Ayta Şəəb-də Hizbullahın əməliyyatı zamanı İsrail kəşfiyyatı ərazidə Hizbullahın hərb biri 200 döyüşçüdən ibarət 30 silahlı qrupunun olduğy haqda məlumat əldə edir. İlk baxışdan 6 min nəfərlik qrup o qədər də təhlükəli olmamalı idi, çünkü bu qrupda yüngül silahlar və eləcə də qumbaraatanlar, minaatanlar vardı. Eyni zamanda qrupa dəstək olaraq 25 nəfər kəşfiyyat və diversiya əməliyyatları üzrə mütəxəssis əraziyə göndərilmişdi.
Yeri gəlmişkən, yenə kəşfiyyat mənbələrinin məlumatlarına görə, Hizbullahın 15 min nəfərə yaxın döyüşçüsü olub. Ancaq “iyul hərbi”ndə Hizbullah yalnız sərhəddəki 6 minlik döyüşçü qüvvəsindən istifadə edib. Hərəkatın mobil, yaxşı hazırlıqlı, bir israil hərbçisinin sonradan dediyi kimi, “əsl döyüşçülərdən” ibarət əməliyyat qrupları İsrail ordusuna ciddi müqavimət göstərib. Belə ki, təxminən bir ay ərzində davam edən hücum əməliyyatı zamanı İsrail ordusu yualnız bir neçə kilometr irəliləyə bilib. Hansı ki, sonuncu dəfə 1982-ci ildə İsrail ordusu bir neçə günün içərisində Beyruta qədər irəliləyərək Livan paytaxtını tutmuşdular. Əvvəlki savaşlarda da nəinki Livan ordusu ümumiyyətlə heç bir ərəb ölkəsi ordusu İsrail qoşunlarına qarşı bu şəkildə müqavimət göstərə bilməmişdi. Sonradan İsrail mənbələrdən mediaya sızdırılan məlumatlara əsasən hücum əmri verilən zaman Livan sərhəddində yerləşən 11 İsrail hərbi briqadasından yalnız birinin komandanı tapşırığı uğurla yerinə yetirərək sərhəddi keçə bilmişdi.
34 gün ərazində güclü artilleriya dəstəyinə rəğmən təxminən 20-30 min arası İsrail quru qüvvələri Livan ərazisində yalnız bir neçə kilometr irəliləyə bildi. Avqustun 11-də BMT Təhlükəsizlik Şurası Livanda təcili atəşkəs elan olunması ilə bağlı 1701 saylı qətnamə qəbul etdi. Qətnamədə təcili olaraq atəşin dayandırılması, İsrail qüvvələrinin Livan ərazisini tərk etməsi tələb olunurdu. Ancaq həmişə olduğu kimi, bu dəfə də İsrail ordu komandanlığı atəşkəsə əməl etməyərək Litani çayının şimalına doğru qoşun çıxardı. Ancaq burada sürətlə irəliləyən İsrail qüvvələri ilə Hizbullah döyüşçüləri arasında şiddətli toqquşma baş verdi. Qanlı döyüşlərdə 50 İsrailli paraşütçü-desant və zirehli avtomobillərə raket atəşi nəticəsində isə 9 piyada əsgər ölmüş, 30-a yaxını isə yaralanmışdı...
34 günlük savaş İsrail üçün biabırçılıqla nəticələndi. İsrail ordusu xeyli sayda canlı qüvvə və texnika itirməklə yanaşı, ən mühümü “məğlübedilməz ordu” imicini itirdi. Ərəb ölkələrinə qarşı aparılan savaşlarda bir qayda olaraq qələbə qazanan, eləcə də yüksək səviyyəli texnika və silahlara sahib İsrail ordusu bir İslamçı Hərəkatın silahlı qüvvələri qarşısında aciz qalmışdı. Eyni zamanda İsrailin dünyaca məşhur olan kəşfiyyat orqanlarının üzərinə kölgə düşdü. Məlum oldu ki, dünyanın ən güclü kəşfiyyat orqanı sərhədin o tayında Hizbullahın hansı silahlara malik olması və hərəkət planları haqda məlumat toplaya bilməyib.
Bunun əksinə olaraq Hizbullah Orta Şərqdə və bütün dünyada məşhurlaşdı. Hizbullahın bir təşkilat olaraq güclü nizam-intizama sahib olması, minimum imkanlarla peşəkar döyüşçü və kəşfiyyat kadrları hazırlaya bilməsi bir çox ekspertləri heyrətləndirdi. Ən əsası isə bir daha sübut etdi ki, savaşın taleyini müasir silahlar, texnika, əsgər sayının çoxluğu deyil, ruh müəyyən edir. Məşhur sərkərdə Napaleonun “bütün savaşlarda ruh qılıncla qarşı-qarşıya gəlir və hər dəfə ruh qalib gəlir” deyimi 34 günlük savaşda bir dah təsdiqləndi. İyul savaşında da Ruh qalib gəldi.

***

Təbii ki, bu qələbədə payı olanlar vardı. Xüsusilə, 2008-ci ildə Dəməşqdə həyata keçirilən terror aksiyası zamanı öldürülən Hizbullah komandanı Hac İmad Muğniyənin əməyi qeyd olunmalıdır. Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah isə 34 günlük savaşın, ümumiyyətlə, İsrail mifinin dağıdılmasının qəhrəmanı hesab oluna bilər. Məhz onu rəhbərliyi dönəmində Hərəkat bir müqavimət təşkilatı olmaqdan çıxaraq Livanın ictimai-siyasi həyatında xüsusi yeri olan siyasi təşkilata çevrildi. Məhz bu fəaliyyətlərin nəticəsidir ki, 2009-cu il iyunun 7-də keçirilən Parlament seçkilərində 11 namizədlə qatılan Hizbullah bu qədər sayda mandat əldə etdi. Hazırda Parlamentlə yanaşı, “8 mart” siyasi blokunun aparıcı qüvvəsi kimi, Hizbullah Livan hökumət kabinetində təmsil olunur.
Hizbullah lideri Seyyid Həsən Nəsrullah 1960-cı ildə Livanın cənubunda yerləşən Bəzuriyyə qəsəbəsində anadan olub. Çoxuşaqlı (9 qardaş 2 bacı) ailənin başçısı olan atası meyvə-tərəvəz ticarəti ilə məşğul olub. Ailələrindən İslam alimləri olmasa da hələ kiçik yaşlarından Seyyid Həsəndə İslam elmlərinə böyük həvəs yaranır. Eyni zamanda xatirələrində qeyd etdiyi kimi, atasının dükanında divardan aslımış foto şəkilə heyranlıqla baxaraq şəkildəki insan kimi olmağı arzulayırmış. Bu, Livanda İslami oyanışın, xüsusən də şiə icmasının təşkilatlanmasında böyük xidmətləri olmuş Seyyid Musa Sədrə məxsus foto idi. Livanda daxili müharibələr dönəminə təsadüf edən dövrdə əvvəlcə Nicat qəsəbəsindəki məktəbdə, daha sonra “Sənə əl-Fil” məktəbində oxuyan Həsən orta məktəbi Surda bitirir.
16 yaşında İraqa gedən Nəsrullah Nəcəfdə iki il mədrəsə təhsili alır. Burada sonralar Hizbullahın rəhbəri olacaq Abbas Musəvi ilə tanış olan Nəsrullah məhz onun köməyi iulə sürətli təhsil kursunda 5 illik proqramı iki ilə bitirir və İraq hökumətinin livanlı tələbələri sıxışdıraraq ölkədən çıxarmağa başladığı 1978-ci ildə Livana geri dönür. Burada dini təhsilini “Muntəzir” mədrəsəsində davam etdirən Nəsrullah həm də müəllimlik fəaliyyəti yerinə yetirir. 1982-ci ildə İsrailin Livana növbəti hücumu başlayır və bu dəfə qoşunlar Beyruta qədər gəlir. Bu zaman “Əməl” şiə hərəkatının fəallarından olan Seyyid Həsən həm də müqavimətdə iştirak edir. 1987-ci ildə “Əməl” hərəkatının Bəkaa əyalati üzə siyasi təmsilçisi təyin olunan Nəsrullah həmin il İslami təhsilin ikinci pilləsini tamamlayır. Bundan sonra “Əməl” hərəkatə daxilində islamçılarlar sol görüşlülər arasında fikir ayrılıqları yaranır. Elə həmin il narazı islamçılar “Əməl”i tərk edərək yeni Şiə islamçı Hizbullahı (hərəkatın əsası 1982-ci il İsrail işğalı zamanı qoyulmuşdu) yaradırlar. Həsən Nəsrullah Hizbullahda əyalət təmsilçiliyi, Beyrut nümayəndəsinin müavini və nəhayət ali şuranın üzvü seçilir. 1989-cu ildə dini təhsilini davam etdirmək üçün İranın Qum şəhərinə gələn Nəsrullah yeni müharibənin başlanması səbəbilə orada 1 il qala bilir. Və geriyə Livana dönür.
1992-ci ildə İsrail vertolyotlarından atılan raket Hizbullah baş katibi Abbas Musəvi ailə üzvlərininin həyatına son qoyur. Hizbullah ali şurası toplanaraq Seyyid Həsən Nəsrullahı Hərəkatın baş katibi seçirlər.
Həsən Nəsrullah 1978-ci ildə Sur şəhərində Fatimə Yasin adlı qadınla ailə qurub. 3 oğlu – Hadi (1997-ci ildə İsrail ordusu tərəfindən öldürülüb), Məhəmməd Cavad, Məhəmməd Hüseyn və qızı Zeynəb.
Kənan
HaqqYolu
Comment