0
Monday 3 March 2014 - 14:37

İran - Azərbaycan əlaqələrinə baxış

Story Code : 357370
İran - Azərbaycan əlaqələrinə baxış
İran - Azərbaycan əlaqələrinə baxış
Hər il Xocalı soyqrımı ərəfəsində Azərbaycanda və dünyanın bir çox ölkələrində dünya azərbaycanlıları 1992-ci il fevralın 26-da Xocalıda erməni və rus ordusunun azərbaycanlılara qarşı törətdiyi qətlyamı qeyd edir, dünya ictimaiyyətinə Xocalı həqiqətlərinin çatdırılması üçün müxtəlif tədbirlər görür. Bu ildə əvvəlki illərdən fərqlənmədi, azərbaycanlılar dünyanın bir çox ölkələrində Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə aksiyalar keçirdilər ki, burda da təkcə Azərbaycan hakimiyyəti yox, xaricdə, xüsusilə Avropada yaşayan diaspor təşkilatları da yaxından iştirak etdi. Tədbirlər barədə milli mətbuat da xəbərlərin yaymında fəallıq göstərir. Lakin bu il əliyev rejiminin nəzarətində olan bəzi mətbuat orqanları cəmiyyətə qərəzli məlumatlar təqdim etməkdən çəkinmədilər, sözsüz ki, hədəfdə də həmişəki kimi yenə də İran İslam Respublikası oldu. Rejimin nəzarətində olan mətbuatın yaydığı xəbərə görə fevralın 26-da Təbrizin Səhənd stadionunda “Traxtur” və Səudiyyə Ərəbistanının “Əlittihad” futbol komandaları arasında keçirilən oyunda qalib olan İran komandasının azərkeşləri qələbə sevincini yaşadığı zaman həm də Xocalı ilə bağlı plakatlar nümayiş etdirdikləri zaman İranın təhlükəsizlik qüvvələri aksiyaçıları döyüb, fəalları həbs edib. Batində burda məsələ belədir ki, heç bir azərkeşə Xocalıya görə təzyiq olmayıb, həmin mətbuat orqanı xəbərin bu tərtibatda verməsini ona görə reallaşdırıb ki, fevralın 26-da Təbrizdə və ya İranın başqa bölgələrində, xüsusilə gənc azərbaycanlıların bir yerə toplaşdığı baş verməyib, futbol azərkeşlərinin qələbə sevincindən qərəz düzəldib yaymaq isə Xocalı günü üçün əliyev rejiminin İrana qarşı növbəti “sürprizidir” və həm də qərəzdir. Buna biz başqa bir yerdə, çox uzaqda, Okeanın o tayında da görə bilərik. Belə ki, əliyev rejiminin maliyyə dəstəyi fevralın 26-da Vaşinqtonda İranın ABŞ-da maraqlarını təmsil edən ofisin qarşısında əslən iranlı olan azərbaycanlıların İran hakimiyyəti əleyhinə etiraz aksiyası keçirilib. Aksiyada iştirak edənlər İran hakimiyyətinə qarşı iftira atmaqla guya İranda azərbaycanlıların hüquqlarının pozulmasından və prezident Həsən Rohaninin azərbaycanlıların hüquqlarını tapdalamaqda ittiham edib. Videodan da görünür ki, həmin adamlar fevralın 26-da Xocalı həqiqətləri haqqında danışmır, İrana qarşı qərəzli çıxışlar edir. Bu da bir daha onu təsdiqləyir ki, prezident Həsən Rohaninin qərblə münasibətlərində gərginliyin aradan qaldırmasından ən çox narahat olan əliyev rejimidir. İrana qarşı Avropada və ABŞ-da iranlı azərbaycanlıların səfərbər olunmasında əvəllər deputat Sabir Rüstəmxanlı daha çox fəallığı ilə seçilirdisə, axır zamanlar Rüstəmxanlının funksiyasını həmkarı və İran hakimiyyətinin ən amansız və qatı düşmənlərindən biri deputat Qənirə Paşayeva öz üzərinə götürüb. Sabir Rüstəmxanlıdan fərqli olaraq Qənirə Paşayeva həm İlham Əliyev hakimiyyətindən daha böyük maliyyə dəstəyi alır, həm də aksiyalarda özünü nümayiş etdirmir. Həmkarı Rüstəmxanlıdan fərqli olaraq Qənirə Paşayeva İsraillə də çox sıx əlaqəsi var. Fevralı 26-da mətbuatın verdiyi xəbərə görə İran prezidenti Həsən Rohani İlham Əliyevi İrana səfər etməyə dəvət edib. Dəvətin olmasını İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də təsdiqləyib. Ancaq burda bir maraqlı məqam da var. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə dəvət olunmasına baxmayaraq İrana səfər etməmsi, əksinə, İran prezidentinin bütün dəvətlərdə Azərbaycana səfərlərini reallaşıdırması, həm milli mətbuatın jurnalistləri həm də siyasi şərhçilərin diqqətindən yayınmayıb. Bu halı jurnalistlərlə yanaşı ekspertlər də İlham Əliyevin İrana qarşı saymazyana, iraoniya ilə yanaşması kimi qiymətləndirir. Siyasətçilər açıq şəkildə qeyd edir ki, İlham Əliyevin İrana səfər etməməsi, dəvət olunduqda da ayrı ayrı rəsmilərin göndərilməsi qardaş ölkəyə Əliyevin həqarət nümayişidir. Ona görə bu dəfə də səfər edəcəyini indidən demək çətindir. İran isə bu həqarətləri nəzakət xətrinə, qardaşlıq xətrinə görməməzliyə vurur. Burda yaranan sual budur ki, İrandan başqa hansı bir dövlət başçısına, hətta Ermənistan prezidentinə qarşı İlham Əliyev belə saymamazlıq edir və ya edə bilərmi? Hansı bir ölkə, o cümlədən Türkiyə İlham Əliyevin bu qədər nazı ilə oynayarmı? Bu suallara cavabı çox axtarmaq lazım deyil, buna ehtiyac yoxdur, hər şey göz qabağındadır, kim həqiqəti nə qədər istəyirsə gizlətməyə cəhd edə bilər, ancaq həqiqət günəş kimidir, batdığı zamanlar olsa da çıxdığı və işıq saçdığı zamanlar da olur, günün işığında isə qaranlıq olmaz.
Source : Islamtimes
Comment