0
Friday 11 April 2014 - 20:48

İslamın döyünən ürəyi – Vilayəti Fəqih

Story Code : 371907
İslamın döyünən ürəyi – Vilayəti Fəqih
İslamın döyünən ürəyi – Vilayəti Fəqih
Həqiqətən də bugün Quran deyən haqq və doğru İslamın mövcud olması və inkişaf etməsi bir başa Vilayəti Fəqih sisteminin mövcudluğu ilə əlaqədardır.

Bu sistem həqiqətdə dünyaya örnək ola biləcək idarə və rəhbəriyyət vasitəsidir. Həqiqətdə Vilayəti Fəqih bir başa Həzrəti Muhəmməd (s) peyğəmbərin gətirdiyi risaləti davam etdirən Allahın biz müsəlmanlara bir lütfüdür.

Vilayəti Fəqih yəni müsəlmanların vəhdətini və inkişafını təmin edən, düşmənin hiylələrini boşa çıxaran, İmam Zaman (əf) ağanın gəlişinə zəmin hazırlayan və bir sözlə İslamın döyünən ürəyidir.

Yuxarıda sadaladığımız fikirlər kifayətdir ki, düşmən bu neməti əlimizdən almaq üçün planlar hazırlasın və müsəlmanları bu sistemdən ayırsın.

Düzdür düşmən xarici təsir və sapı özümüzdən olan baltalar vasitəsilə bu sahədə müəyyən uğurlara nail olsa da həqiqətdə bilmirlər ki, İslamı dini qoruyan məhz Allahdır. Necə ki, Allah təala Qurani Kərmidə onların ağızları ilə nuru söndürmək istədiklərini ancaq buna nail ola bilməyəcəklərini və sonda nurun tamamlanacağı haqqında xəbər verir.

Pak Əhli Beytin sözlərində də var ki, həqiqətən Allah İslam düşmənlərini axmaqlardan yaradıb, çünki onlar İslamla mübarizə aparmaqla hər hansı bir şəxslə yox, məhz bir başa Allah ilə mübarizə aparmış olurlar. Bu da təbii ki, axmaqlıqdan başqa bir şey deyil.

Bəli, həmd olsun aləmlərin Rəbbi olan Allaha ki, düşmənin bu qədər hiylə və təxribat yönümlü planları qarşısında Allah təala İslam dinini Vilayəti Fəqih vasitəsilə qoruyub saxlayır.
Bugün dünya müsəlmanlarının vahid bayraq altında birləşməsinin yolu Vilayəti Fəqih ətrafında birləşmədən keçir. Allah təalanın bizlərə bəxş etdiyi bu nemətin gərək qədrini bilək. İslamın bu cür idarə üsulu və rəhbəriyyəti olduğu halda niyə bizlər çarəni başqa yerlərdə axtarmalıyıq.

Biz bilməliyik ki, hazırkı vəziyyətdə Vilayəti Fəqih İslam xeyməsinin əsas sütunudur. Hər birimiz bu idarə üsulunu qorumaq üçün ciddi cəhdlər göstərməli, islami əqidə və dəyərlərə bağlı insanlar təhlükəli amillər qarşısında müqavimət göstərib, canlarından və mallarından keçməlidirlər.

Vilayəti Fəqih sırf İslami bir məsələdir və bu olmadan ibadətlərin dəyəri yoxdur. Necə ki, hədislərin birində buyurulur ki, “Vilayət namazdan, zəkatdan və həcdən üstündür. Çünki, vilayət onların açarıdır və rəhbər namazın, zəkatın və həccin yol göstərənidir.”

Bugün düşmən hiyləsi nəticəsində Vilayəti Fəqihə şübhə ilə yanaşanlar bilmirlər ki, İslam cəmiyyətinin qurtuluşu Vilayəti Fəqih məsələsinə bağlı olduğundan İslam düşmənləri ciddi cəhdlərlə bu məsələ ətrafında şübhələr yaratmaqla məşğuldurlar.

Bugün Vilayəti Fəqih sistemini qəbul etməyən sanki Həzrəti Peyğəmbərin (s) özündən sonra qoyduğu Həzrəti Əlinin (ə) vilayətini qəbul etməyən kimidir. Çünki Vilayəti Fəqih məhz Həzrəti Əlinin (ə) vilayətinin davamıdır.

Həmd olsun Allaha ki, bugün Vilayəti Fəqih sisteminə geniş dini və dünya görüşə malik olan, düşmənlərin ümidlərini puça çıxaran və daim İslamın və müsəlmanların inkişafı haqqında düşünən Ayətullah əl üzma Seyyid Əli Xamenei kimi bir şəxs rəhbərlik edir.

Həqiqətən də bu şəxs Allah bütün müsəlmanlara bəxş etdiyi böyük bir nemətdir. Müsəlmanlar bu şəxsin ətrafında birləşdiyi müddətcə bizə düşmən heç bir şey edə bilməz. Necə ki, düşmənin illərlə bizim əleyhimizə, Vilayəti Fəqih eleyhinə fəaliyyət göstərməsinə baxmayaraq heç bir uğur əldə edə bilməyib və Allahın izni və Vilayəti Fəqihin vasitəsi ilə bundan sonra da heç bir uğur əldə etməyəcək.

Allah bizləri Vilayəti Fəqih ipindən möhkəm sarılanlardan qərar versin. Amin.
Source : İslamtimes
Comment