0
Sunday 20 April 2014 - 15:36

Ey qadın, sən dəyərlisən, düşmən hiyləsinə aldanma

Story Code : 374773
Ey qadın, sən dəyərlisən, düşmən hiyləsinə aldanma
Həqiqətən də qadın Allah təalanın yaratdığı ən böyük möcüzələrdən biridir. Qadın insan istehsal edən bir varlıqdır. O bu istehsal ilə kifayətlənməyib, həm də onu qayğı ilə boya-başa çatdıran bir anadır. Qadını ucaldan, dəyərli edən də məhz onun ana olmasıdır.

Hər bir millətin, cəmiyyətin müsbət və mənfi mənada formalaşmasında qadının müstəsna rolu var. Bu səbəbdən də bugün insanlığa, mənəviyyata qarşı düşmənçilik edən hegamon şəxslər, qruplar və dövlətlər ilk növbədə bütün planlarını məhz qadın üzərində kökləyirlər. Çünki onlar bilirlər ki, cəmiyyəti pozmağın ilkin şərti həmin cəmiyyətin qadınlarının mənəviyyatını əlindən alaraq onları əxlaqsızlaşdırmaq və bu vasitə ilə də həm kişiləri, həm də gələcək nəsilləri pozaraq öz planlarını həyata keçirməkdir.

Bu plan ölkəmizdə də çox məharətlə həyata keçirilməkdədir. Sapı özümüzdən olan baltalar millətimizin, xalqımızın gələcəyini korlamaq istəyirlər. Bu planı həyata keçrimək üçün əsasən kütləvi informasiya vasitələrindən istifadə edirlər. Planlarının əsas hissəsi gəncləri, məxsusən də gənc qızları müğənniliyə, açıq-saçıq geyinməyə təşviq etməkdən ibarətdir. Bu təşviqat kompaniyası da əsasən televiziya və mətbuat vasitəsi ilə həyata keçirilir.

Bütün günü televiziyada şou proqramlar, teleseriallar, musiqi və kliplər və əxlaqsızlığı ilə məşhur olan müğənnilərin təbliği dediklərimizə sübutdur. Artıq bu təbliğat hətta kiçik yaşlı məktəbli qız və oğlanlara da təsir edib. Şagirdlərlə birbaşa təmasda olan bir şəxs kimi deyə bilərəm ki, bugün məktəbli uşaqların əksəriyyətinin fikri dərsdən çox televiziyada nümayiş etdirilən teleserial və müğənnilərin yanındadır. Bir tərəfdən məktəblərdə şagirdlərə İslamın qayda qanunlarına əməl etməyə icazə vermirlər, digər tərəfdən də kütləvi informasiya vasitəsi ilə onları pozmağa çalışırlar.

Geniş və məqsədyönlü şəkildə aparılan bu təbliğat vasitəsi ilə bəzi üzdəniraq insanları gənclərimizə örnək və nümunə kimi sırımaq istəyirlər. Bu vasitə ilə insanları mənəviyyatsızlığa və əxlaqsızlığa sürükləmək istəyirlər. Onlar qadınları analıq kimi uca məqamlar da daxil olmaqla bir sıra müsbət keyfiyyətlərdən ayıraraq yalnız və yalnız şəhvət təmin edici bir bir vasitəyə çevirmək istəyirlər. Bugün bütün dünyada bu təbliğat gedir.

Bəs bunun müqabilində nə etməliyik? Bizim dünya qadınlarının xanımı olan Həzrəti Zəhra (sə) və onun əzəmətli qızı xanım Zeynəb kimi nümunəvi qadınlarımız var. Gənclərimizə sırınan qondarma örnəklər müqabilində gərək onları bu xanımların həyat yolu ilə daha çox məlumatlandıraq. Bir dünya örnək qoyub getmiş Həzrəti Zəhranı bugünkü gəncliyə nümunə kimi təqdim etməliyik. Çox qısa ömür sürmüş və gənc olan bu nümunəvi qadın bütün qeyrətli, mömin kişi və qadınlar, müsəlmanlar və hətta o həzrətin məqamı ilə tanış olan qeyri-müsəlmanların hamısı üçün örnəkdir. Bu cür nümunəvi xanımlar ola-ola axı bizlər niyə mənəviyyatsız, əxalqsız insanları özümüzə nümunə götürməliyik.

Həqiqətən də şeytanın hər bir vasitə ilə insana təsir etməyə çalışdığı bu qarmaqarışıq dünyada biz yalnız bu cür pak və nöqsansız insanları özümüzə örnək və nümunə götürməklə doğru və mənəviyyatlı yolda sabit qədəm ola bilərik.
Source : İslamtimes
Comment