0
Sunday 18 May 2014 - 12:39

Şiəlik təhlükəlidir deyənlərə cavab

Story Code : 383789
Şiəlik təhlükəlidir deyənlərə cavab
Şiəlik təhlükəlidir deyənlərə cavab
Bu təbliğat vasitəsilə Şiəliyi insanlara təhlükə və təhdid kimi göstərməyə çalışırlar. Ancaq bu məntiq və iddianı yayan hərkəsdən soruşuruq: Şiəlik niyə təhdiddir? Niyə təhlükəlidir? Heç olmasa səbəbini deyin. Sizcə Şiəliyin təhlükə və təhdid olmasının səbəbi Şiələrin:
Həmişə İslam ümmətinin vəhdət və birliyinin tərəfdarı olduğu üçündürmü?

İmperialist ABŞ, işğalçı Siyonist rejimi və müasir terror təşkilatı olan NATO ilə razılığa gəlmədiyi üçünmü?

Taliban, əl Qaidə, İŞİD, Nusra, Boko Haram, PKK, PJAK və s. kimi terror təşkilatları quraraq günhasız və məzlum insanları qətlə yetirmədikləri üçünmü?

Məscidi Əqsanın azad edilməsi və fələstin torpaqlarının işğaldan azad edilməsini dini bir vacibat olduğunu hesab etdikləri üçünmü?

Məzhəbçilik və millətçilik fitnəsinə uymayaraq bütün müsəlmanların qardaş olduğu bilib ümmətin mənafeyinin məzhəb və millət mənafeyindən üstün olduğunu bildikləri üçünmü?

İmperialist Amerikanı “Böyük Şeytan” və işğalçı İsrail rejimini İslam ümmətinin qəlbinə sancılmış bir xəncər kimi hesab etdikləri üçünmü?

İslam coğrafiyasının maddi və mənəvi sərvətlərini imperialist Qərbə peşkəş olaraq verilməsinə qarşı çıxdığı üçünmü?

İslam ölkələrinin Amerika, İsrail və Avropanın əlində bir oyuncaq olmasına etiraz etdikləri üçünmü?
Source : Islamtimes
Comment