0
Friday 28 November 2014 - 03:50

İmam Hüseyn (ə) zəvvarlarının xüsusi imtiyazı

Story Code : 421836
İmam Hüseyn (ə) zəvvarlarının xüsusi imtiyazı
İmam Hüseyn (ə) zəvvarlarının xüsusi imtiyazı
Hədisi nəql edən soruşur: “O Həzrəti (ə) ziyarət etməyin nə əcri var ki?”. Həzrət Baqir (ə) buyurur: “Hər kim şövqlə onu ziyarət etməyə gedərsə, Allah Təala onun üçün min qəbul olmuş həcc və ümrə savabı yazar. Bədr şəhidlərinin min əcr və savabını, min oruc tutanın, min qəbul olan sədəqənin, Allah yolunda min qul azad etməyin savabı onun üçün nəzərdə tutular. Bir il ərzində hər bir bəladan ki, onların ən azı şeytan tərəfindəndir, amanda qalar. Allah kərim mələyi ona hakim edər ki, onu qarşıdan və arxadan, soldan, sağdan və yuxarıdan və ayaqlarının altından qorunsun. Əgər bir il ərzində ölsə, İlahi rəhmət mələkləri başının üstündə hazır olar, ona qüsl verər və kəfənləyərlər. Onun üçün bağışlanma istəyərlər. Qəbrinə qədər onu müşayiət edərlər. Göz şüasının uzunluğu qədər qəbrində genişlik yaradar və qəbir əzabından amanda saxlayarlar. Nəkirlə Münkirin qorxusundan çəkindirər və onun üçün behiştə qapı açarlar. Kitabını sağ əlinə verərlər və Qiyamət günü ona elə bir nur verilər ki, şərqdən qərbə qədər onun nuru ilə aydınlanar və carçı car çəkər: “Bu, o kəsdir ki, şövq ilə İmam Hüseyni (ə) ziyarət etmişdir”. Bu nidadan sonra Qiyamətdə elə bir insan qalmır ki, arzu etməsin ki, ey kaş Həzrət Əba Abdullahın (ə) zəvvarı olaydıq”. (Tebyan)

İmam Hüseyni (ə) ziyarət etməyin bərəkətləri:

1. Günahları bağışlanar. İmam Musa (ə) buyurur: “Əba Abdullah (ə) zəvvarına Fərat kənarından verilən ən az savab odur ki, göndərdiyi və göndərəcəyi günahları bağışlanar”.

2. Əhli-beyt (ə) onun üçün istiğfar edər. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Hüseyn ibn Əli (ə) Pərvərdigarının yanından ordu qurduğu yerə və şəhidlərin onunla bir yerdə qərar tutduqları məkana baxar, zəvvarına nəzər salar. O halda ki, Həzrət həmin insanları, onların adlarını, atalarının adını, dərəcələrini və Allah yanındakı məqamlarını sizlərdən hər birinizin övladınıza qarşı bildiklərindən daha yaxşı bilər. Həqiqətən, İmam Hüseyn (ə) Kərbəlada kimlərin sakin olduğuna (ziyarət üçün) baxar və onun üçün istiğfar edər. Böyük atalarından istəyər ki, onun üçün istiğfar etsinlər və buyurar: “Əgər mənim zəvvarım bilsəydi ki, Allah onun üçün nə hazır etmişdir, şadlığı qəmindən daha çox olardı. Nə zaman ki, zəvvar geri qayıdar, heç bir günahı qalmaz”.

3. Əhli-beyti (ə) sevindirər. İmam Sadiq (ə) buyurur: “Əgər İmam Hüseynin (ə) zəvvarı bilsəydi ki, bu ziyarətin vasitəsilə Peyğəmbəri (s), Əmirəl-möminini (ə), Həzrət Fatiməni (s.ə), biz Əhli-beytdən olan şəhidləri nə qədər şad edir, əgər bilsəydi ki, ziyarətinə görə onlar nə dua edərlər və dünya və axirət savablarından nələrə malik olacaqdır, Allah yanında nələr tədarük görülmüşdür - hər an arzu edərdi ki, (Kərbəla) evi olsun. Nə zaman zəvvar bu ziyarətdən qayıdar, ayağını elə bir şeyin üstünə qoymaz, məgər o halda ki, onun üçün dua edər. O zaman ki, günəş ona nur saçar, günahlarını aradan aparar. Necə ki, atəş çubuğu yandırar, günəş də günahlarından bir şey qoymaz. O halda geri qayıdar ki, heç bir günahı qalmaz. Onun üçün yüksək dərəcələr olar, o kəs kimi ki, sanki Allah yolunda öz qanına qəltan olmuşdur və mələk onun üçün vəkil olar, onun üçün istiğfar edər, o zamana qədər ki, yenidən ziyarətə qayıdar, ya 3 il keçər və ya da ölənə qədər”.

4. Ruzi artar və ömür uzanar. İmam Baqir (ə) buyurur: “Bizim davamçılarımıza İmam Hüseyn (ə) ziyarətinə getməyi əmr edin. Çünki bu ziyarət ruzini artırar, ömrü uzadar, bəla və pisliyi ondan uzaq edər”.
Source : Deyerler
Comment