QR CodeQR Code

BMT-nin Bakı ofisinin qarşısında "RƏDD OL" şüarı səsləndi

Faktxeber,Hafta.az , 3 Dec 2014 16:19

İslamtimes - Aksiyaçılar BMT-nin Bakı ofisinin qarşısında "cavab ver" şüarını səsləndirirlər: - Rədd ol BMT, Düşmənə ar olsun!


Qara əkilini isə artıq aksiyaşılar beynəlxalq təşkilatın ofisinin həyətinə atmağı bacarıblar.

14: 44

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, polis razılaşdırılmamış aksiyaya icazə vermir. Polis nümayəndəsi bildirib ki, aksiyaçılardan bir nəfər gedib qətnamə təqdim etsin və qaraya boyadılmış əklil yandırılsın.

Bundan sonra aksiyaçılarla polis arasında mübahisə yaranıb. Aksiyaçılar "BMT-yə ar olsun!", "İnsan haqlarını tapdalayan beynəlxalq təşkilatlara ar olsun!" şüarlarını səsləndiriblər.

Polis aksiyaçıları BMT-nin qarşısına buraxmır. Səbəb kimi isə gostərir ki, BMT-nin nümayəndəsi sizi qəbul etmək istəmir. Aksiyaçılar isə bu vəziyyətə, beynəlxalq təşkilatın onları dinləmək istəməməsinə ciddi etiraz edirlər. Qarşıdurma davam edir. Polislər şipər halında düzülüb aksiyaçıları buraxmır.

14:30

Aksiyada girov Dilqəm Əsgərovun həyat yoldaşı Cəmilə Musayeva, onun qardaşı Sahib Musayev və digər yaxın qohumları da qatılıb. Eyni zamanda, digər əsir Şahbaz Quliyevin həyat yoldaşı Albina xanım, qardaşı İlham Quliyev də iştirak edir.

13:55

Qarabağ Azadlıq Təşkilatı Qadınlar Şurası BMT-nin Bakı Ofisinin qarşısında girovlarımızla bağlı aksiya keçirəcək.

Bu barədə Hafta.az-a açıqlamasında QAT sədri Akif Nağı məlumat verib. O bildirib ki, aksiya yürüşü Şəhidlər Xiyabanından başlayacaq:

“BMT-nin Bakı Ofisinin qarşısına gedib, ora qara əklil qoyacağıq. Bu əklilin mənası isə odur ki, BMT üzərinə düşən vəzifəni icra edə bilməyib, bizim girovlarımızın azad olunmasına çalışmır. Demək ki, BMT ölüb. Biz isə onun qəbrinə qara əklil qoyuruq”.

Qeyd edək ki, aksiyanın bu gün (3 dekabr) saat 14:00-da başlaması planlaşdırılıb.










Story Code: 423073

News Link :
https://www.islamtimes.org/az/article/423073/bmt-nin-bakı-ofisinin-qarşısında-rədd-ol-şüarı-səsləndi

Islam Times
  https://www.islamtimes.org