0
Thursday 26 February 2015 - 17:02

İŞİD liderini yaxından görmüş İtaliya eksperti: “Homoseksual, içki düşkünü və eqoistdir…”

Story Code : 443436
İŞİD liderini yaxından görmüş İtaliya eksperti: “Homoseksual, içki düşkünü və eqoistdir…”
İŞİD liderini yaxından görmüş İtaliya eksperti: “Homoseksual, içki düşkünü və eqoistdir…”
Rəsmi statusu böhranlı situasiyalarda strateji kommunikasiyalar üzrə ekspert olan, əslində İtaliya kəşfiyyaına işlədiyi təxmin edilən Devid Bellomo bir neçə ay əvvəl Suriyada əl-Bağdadinin də iştirak etdiyi “işgüzar şam yeməyində” iştirak edib.

D.Bellomo “Le Tempo” qəzetinə müsahibəsində dünyanın ən qəddar və ən qorxulu terror qruplaşmasının liderinə sensasion xarakteristika verib. O deyir ki, əl-Bağdadi ancaq öz xeyrini düşünən və olduqca dəhşətli adamdır. Üstəlik o, homoseksualistdir, içki düşkünüdür.

“Bu adam içki düşkünü, homoseksualist və öz işləri haqda həddən artıq çox düşünən eqoistin biridir” -Bellomo bildirib.

O deyib ki, görüş 8 ay əvvəl, Suriyada başqa şəxslərin də qatıldığı işgüzar şam yeməyi zamanı olub: “Mən onunla yanaşı oturmamışdım, çünki adamların yerləri mühümlüklərinə görə müəyyən edilmişdi, ancaq mən həmin şam yeməyində iştirak edirdim. Orada öz adımla və familiyamla iştirak etmirdim. Məni çağırmışdılar ki, müəyyən situasiyanın necə inkişaf etməli olduğunu qiymətləndirim. Onlar kommunikasiyalarla çox məşğul olurlar. İndiki zamanda terrorçuluq özü kommunikasiyadır. Onlar kommunikasiyalar səviyyəsində əldə etdikləri nəticələrə əsaslanaraq terror aktının törədiləcəyi yeri seçirlər və planlaşdırırlar. Və onlar pul xərcləmədən nəticə əldə edə bilirlər. Onlar istənilən şirkət kimi hərəkət edirlər: minimum xərc, maksimum gəlir. İstənilən halda mən həmin masa arxasında oturan yeganə qeyri-müsəlman və “özgə” deyildim”.

İtalyan ekspert deyir ki, həmin şam yeməyində iştirak edənlər alkoqollu içkilərdən imtina etmirdilər və əl-Bağdadi də istisna deyildi. Onun sözlərinə görə, həmin görüş işgüzar şam yeməyi kimi təşkil olunmuçdu. Çünki İŞİD biznesdirsə, qruplaşmanın başçısı üçün də biznesdir.

Ekspert deyir ki, bu yaxınlarda tərəfdarları əl-Bağdadini işdən müvəqqəti kənarlaşdırıblar. O, 15 gün ərzində “işdə” olmayıb, şayiə yayılıb ki, ölüb, ancaq sadəcə olaraq işdən kənarlaşdırılıb.

D.Bellomo ehtimal edir ki, bu adama qarşı İŞİD daxilində də narazılıqlar artır. Çünki o, öz işləri ilə həddən artıq çox məşğuldur, digərləri isə öz işləri ilə məşğul olmaq istəyir.

“Hərəsinin öz iqtisadi marağı var, o, ikona deyil, ideal da deyil”- deyə ekspert bildirir.
Source : Virtual.az
Comment