0
Tuesday 7 April 2015 - 09:44

Zühur duası məqamı

Story Code : 452488
Zühur duası məqamı
Zühur duası məqamı
Höccətülislam Pənahiyan haqq cəbhəsində vuruşanlara bütün insanların dua ilə yardımını təsirli yardım adlandırıb. Ustadın qeydlərində oxuyuruq:

Bismillahir-Rəhmanir-Rəhim

Axərüzzaman haqqında dini mətnlərdən aydın olur ki, fərəc (zühur) İslam ümməti arasında iki şərt ödənəndə baş verəcək. Bunlardan biri möminlərin mərifət və iqtidarıdır. Mərifət və iqtidar olmadan Allahın vəlisinə yardım, haqqın bərpası mümkün deyil. İkincisi düşmənlərin çoxluğundan yaranan və zühura həvəsləndirən məzlumiyyətdir. Bu məsələ mömini duaya vadar edir. Bu dözülməz məzlumiyyətə məhkum olunanlar zühur, haqqın batil üzərində qələbəsi üçün dua edirlər. Biz İslam İnqilabının əvvəllərindən İmam Rahilin, sonralar Cənab Rəhbərin buyruqları əsasında inqilabımızın dünya məzlumlarının oyanışına başlanğıc olacağına inanmışıq. Bu intizarlar tədricən gerçəkləşir. Hətta deyərdim ki, gözlənilməz bir şəkildə həmin dövrə doğru hərəkətdəyik. Biz keçmişdəkindən daha artıq dünya imperializminin düşmənçiliyini anlamağa başlamışıq. İslam oyanışı hərəkatı hər yerdə möminlərin iqtidara gəlişinə yol açır. İndi başa düşürük ki, nə üçün 8 illik müharibədə inqilabımızı məhv etməyə çalışıblar. Onlar əvvəlcədən görüblər ki, bu inqilab dünyada oyanışın başlanğıcıdır. Möminlərin iqtidarı dünya məzlumlarına ümid verib, onları istibdadın məhvinə həvəsləndirib.

Özümdən soruşuram ki, möminlərin iqtidarı hər gün artdığı zamanda necə olur ki, onların məzlumiyəti də güclənir? Bu hal bizi zühur üçün duaya çatdıracaqmı? Zühur duası məqamına çatmaq üçün məzlumiyyətin son acısını dadmalıyıqmı? 8 illik müharibə və sonrakı illərdə baş verən hadisələr göstərdi ki, məzlumlar və məhrumların ağrıları da artıb. Görən bizi iqtidar zirvəsi ilə yanaşı məzlumiyyət zirvəsinə çatdıracaq bir yoldayıq?

Bu gün biz yeni və çətin bir dövrə qədəm qoymuşuq. İslam oyanışının başlaması ilə qaniçən terrorçuların məntəqədə, xüsusilə Suriya və İraqda cinayətləri də güclənib. İslam ümməti yeni məzlumiyyət dövrünə qədəm qoyub. Yəməndə istibdaddan qurtuluş üçün başlamış hərəkat küfr cəbhəsi ilə istənilən şəkildə güzəştsiz davrandı. Bu gün imperializm cəbhəsində iki reaksiya ilə rastlaşırıq. Biri aşkar cinayətlərdir, biri gizli xəyanətlər. İmperializm cəbhəsi müqavimətə hər hansı güzəşt fikrinə son qoyub, haqq cəbhəsinə zərrəcən güclənmək imkanı vermək istəmir. Hətta siyasi təzyiqlərlə kifayətlənməyib, birbaşa qətliamlara keçiblər. Görün beynəlxalq qanunları ayaq altına alaraq Yəmən xalqının başına necə mərmi ələyirlər. Sanki Yəmən hərbi manevr meydanıdır.

Başqa bir reaksiya pərdəarxası xəyanətlərdir. Hədə-qorxu gəlməklə, vədlər verməklə xalqı məzlumcasına geri çəkilməyə vadar edirlər. Haqq cəbhəsində nüfuzlu insanlara misli görünməmiş basqı var. Harada terroristlərin məhvi əməliyyatı dayandırılırsa orada super dövlətlərin gizli təzyiqləri var.

Qeyd olunan aşkar və gizli təzyiqlər misli görünməmiş səviyyədə güclənib. Bu İslam ümmətinin məzlumiyyətini göstərir. Əgər bu vəziyyət davam etsə Allahın lütfü və imamın duası olmasa ümidlər məyusluğa çevriləcək. Bu arada İslam respublikası ittiham olunur. Artıq nə aldatmaq istəyirlər, nə də rüsvayçılıqdan qorxurlar. İmperializmin məntəqədəki əlaltıları İrana münasibətdə qan-qan deyir. Nifaq pərdələri yırtılıb, düşmən əsl simasını göstərir. İslam ümmətinin keçmiş həyat tərzinə son qoyulub.

Batil cəbhəsi cəbhə boyu hücumunda İslam inqilabının dünyəvi mərkəzini hədəfə alıb. Yəni İran İslam Respublikası hədəfdədir. Biz bu həssas tarixi məqamda hazırlığımızı gücləndirməli, haqq cəbhəsinə kömək etməli və zuhur üçün duanı yaddan çxarmamalıyıq. Bu dualar biz qələbəyə layiq edəcək. Bu dualar İslam ümmətinin inkişafı üçün zəruridir. Biz dua fəryadları ilə qələbə üçün lazım olan bütün mənəvi vasitələri əldə edə bilərik. Allah bizimlədir, o zirvə həddinə çatmış duaları qəbul edəcək. İslam döyüşçülərinin qələbəsi bizi qürrələndirməməlidi. Bu qələbələr zühura ümidimizi artırmalıdır. Məzlumiyyətimizin artması da ümidsizlik yaratmamalı, dualarımızın güclənməsinə səbəb olmalıdır.

Dini mərasimlərdə və məscidlərimizdə həm İslam ümmətinin məzlumiyyətini çatdırmalıyıq, həm də zühur üçün dua etməliyik. Cəbhədəki döyüşçülərə duamızla köməkçi olaq. Yoxsa şəhərlərimizdə, küçələrimizdə qətliamlara şahid olacağıq. Küfr cəbhəsi İslam ümməti üçün ən kiçik hüquqları tanımağa son verib. İslam ümmətini tam məhv etməkdə israrlıdırlar. Gəlin biz də uzun qeyb dövrü üçün dözümümüzə son qoyaq.

Vilayet.nur-az.com
Source : Nur.az
Comment