0
Tuesday 21 December 2010 - 17:26

DÜNYA ÜZƏRİNDƏKİ MALİYYƏ NƏZARƏTİ

Story Code : 47557
DÜNYA ÜZƏRİNDƏKİ MALİYYƏ NƏZARƏTİ
DÜNYA ÜZƏRİNDƏKİ MALİYYƏ NƏZARƏTİ
Böyük Britaniya taxt-tacı bu ağlasığmaz yalanı belə nəhəng miqyaslarda necə həyata keçirə bilmişdi? Herkulesə layiq olan belə bir məsələnin öhdəsindən gəlmək üçün, yerlərdə sui-qəsdçilər ierarxiyasından gələn gündəlik təlimatları yerinə yetirən sadiq agentlərin yüksək peşəkar təşkilatı tələb olunur. Burları qeyri-sivil, insanabənzər barbar kimi qələmə verən və Böyük Britaniya vətəndaşlarını Burlar Respublikasında səsvermə hüququndan məhrum edən təbliğat kampaniyası ilk addım idi. Sonra Transvaal Respublikasının lideri Pol Kryugerə yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürüldü. Bundan sonra isə quraşdırılmış insidentlər seriyası gəlirdi və bunlar burları qisas almağa təhrik etməli idi. Lakin bu iş alınmadı. Sonra Ceymsonun utanc gətirən reydi baş verdi. Reyd zamanı hansı isə Ceymson bir neçə yüz silahlıdan ibarət bandanı Transvaalın üzərinə yeritdi. Bundan sonra dərhal müharibə başlandı.

Kraliça Viktoriya o dövrün (1898-ci il) ən böyük və yaxşı təchiz olunmuş ordusunu silahlandırdı. Viktoriya düşünürdü ki, müharibə iki həftə ərzində qurtaracaq, çünki burların nizami ordusu və təlim görmüş milisi yox idi və buna görə də onlar britaniyada aşağı siniflərdən toplanan 400.000 əsgərə qarşı duruş gətirə bulməzdilər. Burların çağırış yaşlı əhalisinin sayı, fermerlər və onların oğlanları da hesablanmaq şərti ilə, 80.000 nəfərdən çox deyildi, hətta onların bəzilərinin on dörd yaşı var idi. Redyard Kiplinq də (Rudyard Kipling) müharibənin bir həftədən də az müddətə qurtaracağını düşünürdü.

Lakin gözlənilənlərdən fərqli olaraq, bir əllərində tüfəng, o birində isə İncil olan burlar üç il tab gətirdilər. Kiplinq deyirdi: “Cənubi Afrikaya yola düşəndə biz düşünürdük ki, müharibə bir həftə ərzində qurtaracaq. Burlar isə bizə çox dərs verdilər”. Əgər biz Konstitusiyamızın bizə verdiyi hər şeyi məhv etmək istəyən nəhəng bədheybətə qarşı xalqımızı mübarizəyə qaldırmaq üçün 10.000 nəfər lideri, yaxşı və sadiq insanı sıramıza qoşa bilsəydik, onda belə bir dərsi Komitet 300-ə bu gün də vermək olardı.

1902-ci ildə, müharibə qurtarandan sonra Böyük Britaniya taxt-tacı burların Transvaal və Narıncı respublikalarının qeyri-məhsuldar düzənliklərinin təkində yatan qızıl və almazdan ibarət ağlasığmaz sərvət üzərində öz nəzarətini möhkəmləndirməli idi. Bu, Kral Artur və onun cangavərləri haqqında əfsanədəki “Dəyirmi Masa”nın köməyi ilə həyata keçirildi. “Dəyirmi Masa” – bu, tam ciddiliyi ilə desək, Komitet 300-ün işləyib-hazırladığı və Böyük Britaniya kəşfiyyatının Mİ-6 bölməsinin həyata keçirdiyi əməliyyatdır ki, Rods təqaüdü proqramı ilə birlikdə Amerikanın ürəyinə sancılan xəncərdir.

“Dəyirmi Masa” Cənubi Afrikada Sesil Rods tərəfindən təsis edilmişdi və onu ingiltərəli Rotşildlər ailəsi maliyyələşdirirdi. Onun məqsədi Böyük Britaniya taxt-tacına loyal işgüzar liderlər hazırlamaq idi ki, həmin liderlər Britaniya taxt-tacına qızıl və almazlardan ibarət sərvətin axınını təmin etməli idilər. Cənubi afrikalılar burada doğulmaqları ilə hüquqları çatdığı hər şeydən elə tez və effektiv surətdə məhrum edildilər ki, aşağıdakı tamamilə aydın oldu: belə işin öhdəsindən yalnız mərkəzləşdirilmiş qaydada idarə olunan komanda gələ bilərdi. Həmin mərkəzləşdirilmiş komanda Komitet 300 idi.

Bu işin həyata keçirildiyi faktı heç bir şübhə doğurmamalıdır. 1930-cu illərin əvvəlləri üçün Britaniya taxt-tacı dünyanın ən iri qızıl və almaz ehtiyatlarını öz əllərində artıq bərk-bərk saxlamışdı. KOMİTET 300 NARKOTİKLƏRLƏ TİCARƏTDƏN GƏLƏN NƏHƏNG SƏRVƏTİ, ELƏCƏ DƏ CƏNUBİ AFRİKANIN METAL VƏ MİNERALLLARINDAN İBARƏT OLAN EYNİ NƏHƏNGLİKDƏ SƏRVƏTİ ÖZ SƏRƏNCAMINA KEÇİRDİ. Bütün dünya üzərində tam maliyyə nəzarəti quruldu.

“Dəyirmi Masa” bu işdə həlledici rol oynayırdı. Cənubi Afrika həzmi-rabedən keçiriləndən sonra, “Dəyirmi Masa”nın aşkar ifadə olunan vəzifəsi Birləşmiş Ştatların müstəqillik uğrunda apardığı Amerika müharibəsindən sonra əldə etdiyi üstünlüyü heçə endirmək və ABŞ-ı yenidən Böyük Britaniyanın nəzarəti altına salmaq idi. Londonlu Rotşildlərin himayə etdikləri lord Alfred Milnerin təşkilatçılıq qabiliyyətləri bu məqsəd üçün böyük əhəmiyyət kəsb edirdi. “Dəyirmi Masa”nın üzvlərinin Şotland rituallı masonluq prinsipləri üzrə seçilməsi prosedurundan sonra, seçilmişlərin seçilmişləri Kembric və Oksford Universitetlərində, özünün etiraf etdiyi kimi, “köhnə məktəbin kommunisti” Con Raskinin (Ruskin) və Mİ-6-nın operativ əməkdaşı T. X. Qrinin (Green) ciddi nəzarəti altında intensiv hazırlıq keçirdilər.

Rodsu, Milneri, Con Uiler Benneti (John Wheeler Bennet), A. D, Linsdeyi (A. D. Lindsay), Corc Bernard Şounu və Hitlerin maliyyə naziri Yalmar Şahtı (Hjalmar Schacht) məhz o, xristian yevangelist rahibin oğlu Grin yetişdirib ərsəyə gətirmişdir. Mən burada dayanaraq, oxuculara xatırlatmaq istəyirəm ki, “Dəyirmi Masa” – nəhəng və hər şeyi əhatə edən Komitet 300-ün yalnız BİR SEKTORUDUR. Hətta “Dəyirmi Masa”nın özü kompaniyaların, idarələrin, bankların və təhsil müəssisələrinin elə mürəkkəb qarşılıqlı çarpaz əlaqələrindən ibarətdir ki, sığorta şirkətinin təcrübəli aktuarisinə onu açmağa azı bir il vaxt lazım gələrdi.

“Dəyirmi Masa”nın üzvləri, fəaliyyət göstərdikləri bütün ölkələrdə maliyyə siyasəti və siyasi liderlər üzərində nəzarəti öz əllərinə almaq üçün, bütün dünyaya yayıldılar. Bur Müharibəsində britaniyalılara qarşı döyüşən general Smats (Smuts) “dəyişdirildi” və o, Böyük Britaniya taxt-tacının Cənubi Afrikada maraqlarını dəstəkləyən aparıcı kəşfiyyat, hərbi və siyasi agentinə çevrildi. Amerikanın oyundan çıxarılması işi ABŞ-da son illərdə Uilyam Yandell Elliotun üzərinə düşmüşdür. Henri Kissinceri o tərbiyə etmiş və Komitet 300-ün ABŞ üzrə əsas müşaviri qismində Kissincerin ildırım sürətilə hakimiyyətə yüksəlişini məhz o, təşkil etmişdi.

Uilyam Yandell Elliot “Oksforddadkı amerikalı” idi və o, Komitet 300-ə artıq yaxşı xidmət göstərmişdi ki, bu da Komitet 300-ə xidmətdə daha yüksək vəzifələr üçün münbit zəmindir.

Ellot 1917-ci ildə Vanderbilt Universitetini (Vanderbilt University) qurtarandan sonra Rotşildlər-Varburqlar bank şəbəkəsində işləmək üçün seçildi. O, “San-Fransisko Federal Ehtiyat Bankında” işləyirdi və direktor vəzifəsinə qədər çatmışdı. Burada o, Varburq-Rotşildlərin kəşfiyyat zabiti kimi fəaliyyət göstərir və onlara Birləşmiş Ştatlarda izlədiyi mühüm sahələr barədə xəbər verirdi. Elliotun istedadı “mason” müşahidəçilərin nəzərinə çarpdı və o, Rods təqaüdünə məsləhət görüldü. O, 1923-cü ildə Balliol Kollecə (Balliol College), Oksford Universitetinin “yuxulayan qüllələri” altındakı intriqalar şəbəkəsinin və Qərbin gələcək xainlərinin gizləndikləri müəssisəyə yollandı.

Balliol Kollec bu gün də “Dəyirmi Masa” üçün namizədlərin ələ alınması mərkəzidir. Balliol Kollecin rektoru T. X. Qrini bu vəzifədə əvəz edən, “Tavistok İnsan Münasibətləri İnstitutunun” nümayəndəsi A. D. Lndsey tərəfindən əsaslı beyin yuyulmasına məruz qalandan sonra, Elliot “Dəyirmi Masa”ya qəbul edildi və bundan sonra “Beynəlxalq İşlər üzrə Kral İnstitutuna” (BİKİ) göndərildi. Burada o, mahiyyəti ABŞ-a qayıtmaq və akademik dairələrdə lider olmaqdan ibarət olan təyinat aldı.

“Dəyirmi Masa”nın fəlsəfəsinin əsasını, öz üzvlərini, Raskinin “kütlələr” adlandırdığı ilə manipulyasiya etməyə imkan verən, sosial institutlarda vəzifələrə çəkməklə, sosial siyasəti formalaşdırmaq və həyata keçirmək imkanı əldə etmək təşkil edirdi. “Dəyirmi Masa”nın üzvləri “Tavistok İnsan Münasibətləri İnstitutu”nda kurs keçəndən sonra, bank işində ən yüksək vəzifələrə sızırdılar. Böyük Britaniya kral ailəsinə yaxın adam olan lord Lekonsfild tərəfindən tərtib olunan bu kursları Robert Brand aparırdı və bir müddət sonra o, özü Fransanın iri “Lazard Freres” bankının başçısı oldu. “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” Böyük Britaniya monarxiyası ilə ən sıx bağlarla əlaqəli olan idarə olub və indi də bu cürdür.

“Dəyirmi Masa” bir sıra törəmə filiallara malikdir, o cümlədən də bunlara: mərhum Unston Çörçillin kürəkəni və görkəmli siyasi xadim Dunkan Sendis (Duncan Sandys) tərəfindən əsası qoyulan və özünün də rəhbərlik etdiyi “Bilderberq Klubu” (“Bilderbergerlər - the Bilderbergers); bankirlərin gizlin klubu, 1983-cü ildə yazdığım “Bankirlərin Beynəlxalq sui-qəsdi” adlı işimdə ifşa etdiyim - “Ditçli Fondu” (Ditchley Foundation); “Üçtərəfli Komissiya”, “Birləşmiş Ştatların Atlantik Şurası” və “Aspen Humanitar Tədqiqatlar İnstitutu” – bu təşkilatların pərdəarxası gizlin yaradıcısı, “Beynəlxalq İşlər üzrə Kral İnstitutunun” üzvü lord Ballok (Lord Bullock) idi və Robert Andersonun fəaliyyətinə məhz o, rəhbərlik edirdi.

“Beynəlxalq İşlər üzrə Kral İnstitutunun” ABŞ-da əsas agenti olan Henri Kissincerin hakimiyyətə yolu – bu, Böyük Britaniya monarxiyasının Amerika Birləşmiş Ştatları Respublikası üzərində zəfər çalması hadisəsidir. Bu dəhşətli, burada danışmaq üçün həddən artıq uzun hekayədir. Lakin bununla belə, Kissincerin şöhrətə, var-dövlətə və hakimiyyətə yüksəlişinin bəzi əsas faktlarını xatırlatmasam, bu, mənim tərəfimdən səhlənkarlıq olardı.

ABŞ ordusunda məcburi xidmətdən, Fris Kremerin sürücüsü kimi müharibənin dağıtdığı bütün Almaniyanı eninə-uzununa dolaşdıqdan sonra, Kissincer Oppengeymerlər ailəsinin sayəsində Uilton Parkda hazırlıq keçmək üçün seçildi. Kissincerin həmin vaxt rütbəsi sıravi idi. 1952-ci ildə Kissincer “Tavistok İnsan Münasibətləri İnstitutuna” göndərildi. Burada onunla R. V. Diks (R. V. Dicks) məşğul olurdu və o, Kissincerin, sözün əsl mənasında, astarını üzə çevirdi. Bundan sonra Kissinceri artıq heç nə saxlaya bilməzdi. Onu “Beynəlxalq Münasibətlər üzrə Şuranın”, Corc Franklin (George Franklin) və Hamilton Fişin (Hamilton Fish) rəhbərlik etdikləri, Nyu-York şöbəsində xidmət etməyə göndərdilər.

Hesab edilir ki, Kissincerə ABŞ-ın rəsmi nüvə siyasəti Tavistokda olduğu dövrdə təqdim olunmuşdu. “Dəyirmi Masa”nın təşkil etdiyi “Nüvə Silahı və Xarici Siyasət” seminarının gedişində Kissincer həmin layihənin rəsmiləşdirilməsində bilavasitə iştirak etdi və burada “Çevik cavab” kimi tanınan doktrina irəli sürüldü – qısaldılmış şəkildə MAD (“ağılsız”, - tərcüməçinin qeydi) adı ilə bəlli olan tam irrosionallıq.

Uilyam Yandell Elliotun sayəsində və “Dəyirmi Masa”nın kəşfiyyat xidmətləri tərəfindən baş direktoru və Mİ-6-nın ABŞ-da səhra əməliyyatlarının şefi Con Uiler Bennetin himayəsi ilə Kissincer Elliotun “ən sevimli oğlu” oldu – Elliot bunu “Siyasətdə praqmatik çevriliş” adlı kitabında yazmışdı. Kissincer “Beynəlxalq Harvard Seminarlarında” öyrəndiyi monetar siyasəti irəli çəkmək üçün “Dəyirmi Masa”ya kooptasiya edildi.

Elliotun öyrətdiklərini Kissincer hərisliklə özünə çəkirdi; o, general Kremerin bir vaxtlar “mənim balaca sürücü-yəhudiciyim” kimi qələmə aldığı adama artıq qətiyyən bənzəmirdi. Magistr Balliolun ruhundan Kissincerə vəhy gəlmişdi və o, çürümüş Britaniya aristokratiyasının fəal şagirdi oldu. Mİ-6-da kəşfiyyat üzrə baş direktor Toynbinin fəlsəfəsini “Beynəlxalq İşlər üzrə Kral İnstitutunda” mənimsəyən Kissincer, onun müddəalarını özünün diplom işinin müdafiəsində istifadə etmişdi.

Altmışıncı illərin ortaları üçün Kissincer özünün “Dəyirmi Masa” və “Beynəlxalq İşlər üzrə Kral İnstitutuna”, yəni Britaniya monarxiyasına faydalı olduğunu sübut etdi. Mükafat olaraq və eyni zamanda da sınaq qismində o, Ceyms Şlezingerin (James Schlessinger), Aleksandr Heyqin və Daniel Elsberqin (Daniel Ellsberg) daxil olduqları kiçik qrupun sərəncamına verildi. “Dəyirmi Masa”, adətən, eksperimentlər seriyası keçirirdi. “Siyasi Tədqiqatlar İnstitutu”nun baş nəzəriyyəçisi olan Noam Çomski bu qrupla əməkdaşlıq edirdi.

Yaşar Əsədov

(ardı var)
Source : faktxeber
Comment