1
Thursday 23 December 2010 - 00:11

İBLİS İDEYALARININ DAŞIYICILARI

Story Code : 47730
İBLİS İDEYALARININ DAŞIYICILARI
İBLİS İDEYALARININ DAŞIYICILARI
Yaşar Əsədov

Kissincer kimi Heyq də, sürücüsü qismində olmasa da, general Kremer üçün işləyib və general Kremer Müdafiə Nazirliyində öz protojesi üçün bir sıra vakansiyalar tapa bilmişdi. Belə ki, Kissincer Milli Təhlükəsizlik üzrə müşavir təyin olunan kimi, Kremer general Heyqin onun müavini təyin olunmasına nail oldu. Ellsberq, Heyq və Kissincer bir müddət sonra Niksonu qovmaq üçün - o, Komitet 300-ün birbaşa göstərişlərinə tabe olmadığına görə - “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun (BİKİ) hazırladığı Uoterqeyt planını hərəkətə gətirdilər. Prezident Niksona psixoloji təzyiq və təsir göstərilməsi məsələsində əsas rolu Heyq oynayırdı. Prezidentin “iradəsinin yumşaldılması” üzrə bu fəaliyyətin nəticəsində Ağ Ev üzərində nəzarət faktiki olaraq Kissincerin əlinə keçdi. Yuxarıda bildirdiyim kimi, 1984-cü ildə “Vaşinqton Post” qəzetində Vudvard və Bernşteyn komandasına məlumatları ötürən Ağ Evdəki vasitəçi, “dərin boğaz” təxəllüslü ilə tanınan, məhz Heyq idi.

Niksonun Uoterqeyt qalmaqalına görə təqib olunması – bu, BİKİ-nun agentliyi və aləti olan “Dəyirmi Masa”nın o vaxt həyata keçirdiyi ən böyük çevriliş idi. Bu işin dolaşığa salınmış bütün ipləri “Dəyirmi Masa”ya, buradan isə BİKİ-yə və bilavasitə İngiltərənin Kraliçasına tərəf aparırdı. Niksonun alçaldılması Birləşmiş Ştatların gələcək prezidentləri üçün nümunəvi dərs və xəbərdarlıq idi ki, onlar Komitet 300-ə qarşı gedə və qalib gələ biləcəkləri fikrini ağıllarına belə gətirməsinlər. Kennedi bütün Amerika xalqının gözü qarşısında elə həmin səbəbə görə amansızcasına öldürüldü; Niksonun siyasi fiquru isə o qədər də əhəmiyyətli hesab olunmurdu ki, ona Con F. Kennedinin aqibəti layıq görülsün.

Lakin hansı metodun seçilməsindən asılı olmayaraq, Komitet 300 tədbirlər görür ki, Ağ Evin sahibi olmağa iddialı olanın şüuruna bu xəbərdarlıq çatsın: “bizim əlimizin çatmaya biləcəyi bir adam belə yoxdur”. Kennedinin öldürüldüyü və Niksonun qovulduğu vaxt olduğu kimi, bu xəbərdarlığın indi də qüvvədə olmasına dəlalət edən fakt prezident Corc Buşun davranışıdır: onun öz xozeyinlərinə yarınmaq səyləri ABŞ-ın gələcəyi üçün narahat olanları ciddi qayğılandıran səbəb olmalıdır.

Bu tədbirin məqsədi, “Pentaqonun sənədləri” ilə bağlı hadisədən və Şlezingerin müdafiə strukturlarının işini tormozlamaq və atom energetikasının inkişafını əngəlləmək üçün Nikson administrasiyasına təyin edilməsi faktından sonra aydın oldu. Şlezinger bu rolunu, “Roma Klubunun” planlaşdırdığı postindustrial sıfır artımı strategiyası çərçivəsində Birləşmiş Ştatların deindustrializasiyasında həlledici pollardan birini oynayan “Atom Energetikası üzrə Komissiyada” tutduğu məsul vəzifədə olaraq yerinə yetirirdi. Bu andan başlayaraq biz, 30 milyon amerikalıya işini itirməsi bahasına başa gələn 1991-ci il iqtisadi depressiyasının köklərini izləyə bilərik.

Komitet 300-ə və onu təşkil edən oliqarxik ailələrə sızmaq praktiki olaraq mümkün deyil. Onların üzərindən komuflyajı qoparmaq çox çətindir. Azadlıqsevər hər bir amerikalı aşağıdakını bilməlidir: Komitet 300 artıq 200 ildən çox bir müddətdir ki, Birləşmiş Ştatların xarici və daxili siyasətini diqtə edir. Bunun ən bariz təzahürü “Trumen Doktrinası” adlandırılan proqramla bağlı hadisə idi ki, Çörçill bu proqramı “Missuri ştatının İndependens şəhərciyindən olan bu balaca adamın” başına, sözün əsl mənasında, yeritmişdi.

Yerləri varisləri tərəfindən tutulan, eləcə də Komitet 300-ün hazırkı üzvlərinin yalnız bəzilərinin siyahısı budur: Ser Mark Terner (Sir Mark Turner), Cerald Villiers (Gerald Villiers), Samuil Monteqyu (Samuel Montaque), İnçkeyplər (İnchcapes), Kesviklər (Keswisks), Pizlər (Peases), Şröderlər (Schroeders), Arlilər (Airlies), Çörçillər (Çhurcgills), Frezerlər (Frasers), Lazarlar (Lazars) və Cardin Matesonlar (Jardine Mathesons). Komitet 300-ün üzvlərinin tam siyahısı bu kitabın başqa yerində təqdim olunmuşdur; Komitet 300-dən olan bu adamlar prezident Vilsona Almaniyaya qarşı Birinci Dünya Müharibəsinə girməyi ƏMR ETMİŞDİLƏR; bu Komitet Puzveltə əmr etdi ki, Birləşmiş Ştatların İkinci Dünya Müharibəsinə girməsi məqsədilə yaponların Perl Harbora hücumlarını təhrik etsin.

Bu adamlar, bu Komitet bizim millətimizə Koreyada, Vyetnamda və Fars körfəzində müharibə aparmağı əmr etdi. Əsl həqiqət bundadır ki, Birləşmiş Ştatlar bu əsrdəki beş müharibədə bu rəzil Komitet 300-ün naminə döyüşmüşdür. Çox az adam istisna olmaqla, sanki demək olar heç kəs dayanıb və soruşmaq istəmir: “BİZ BU MÜHARİBƏLƏRDƏ NƏ ÜÇÜN DÖYÜŞMÜŞÜK?”. “Vətənpərvərliyin” böyük təbili, döyüşə çağıran musiqi sədaları, yellənən bayraqlar və sarı lentlər qüdrətli millətin sanki zəkasını əlindən almışdır.

Perl Harborun əlli illiyində yenidən “Yaponiyaya qarşı nifrət” kampaniyası aparılır, özü də bunu ən utanmaz və birbaşa şəkildə aparan “Sakit okean Münasibətləri İnstitutu” yox, Buşun administrasiyası və Konqresdir. Bunda güdülən məqsəd, eynilə Ruzveltin Perl Harbora hücumu təhrik edərkən güddüyü məqsəddir: yaponları təcavüzkar qismində qələmə vermək və iqtisadi müharibəni təhrik etmək, sonra isə qüvvələrimizi növbəti, Yaponiyaya qarşı hərbi təcavüz fazasına hazırlamaq.

Bu plan artıq hərəkətə gətirilib; oğlanlarımızın və qızlarımızın Komitet 300-ün feodal lordlarının xeyrinə qırğına göndərilməsi yalnız vaxt məsələsidir. Biz hamının eşidə biləcəyi səslə deməliyik: “Bizi azadlıq və vətənə məhəbbət naminə yox, tez bir zamanda bütün dünyada bərqərar ediləcək tiraniya sistemi uğrunda qurban verirlər”.

Bu təşkilat nədən isə yapışıbsa, bu elə möhkəmdir ki, 1700-cü ildən etibarən Böyük Britaniya vətəndaşlarının 95 %-i öz payı şəklində bu ölkənin milli sərvətlərinin 20 %-dən azını almağa məcburdur. İngiltərənin oliqarxik feodal lordları məhz bunu “demokratiya” adlandırmağı xoşlayırlar. Bu nəzakətli, əsl ingilis centlmenləri faktiki olaraq son dərəcə amansızdırlar. Onların Hindistanda, Sudanda, Misirdə, İraqda, İranda və Türkiyədə etdikləri Yeni Dünya Nizamı, Vahid Dünya Höküməti dövründə hər bir ölkədə təkrar olunacaq. Onlar istənilən milləti və onun sərvətlərini öz imtiyazlı həyat tərzlərini təmin etmək üçün istifadə edirlər. Böyük Britaniya aristokratiyasının məhz bu sinfinin varidatı narkotika ticarəti, qızıl, almaz və silah alveri, kommersiya və sənaye, neft, kütləvi informasiya vasitələri və əyləncə industriyası ilə mürəkkəb çarpaz əlaqələrlə bağlıdır.

Sıravi leyboristlərdən başqa (lakin onların liderləri yox), Böyük Britaniyanın siyasi xadimlərinin əksəriyyəti titullu ailələrdəndir, onların titullları nəsilliklə keçir və atadan böyük oğula ötürülür. Bu sistem “yadların” İngiltərədə siyasi hakimiyyət haqqında heç arzulamağı da ağlına gətirməməsinə zəmanət verir. Bununla belə, bəzi yadlar elitanın cərgəsinə girməyə müvəffəq olur.

Məsələn, Lord Qalifaksı – Böyük Britaniyanın Vaşinqtonda keçmiş səfiri, İkinci Dünya Müharibəsi dövründə Komitet 300-ün əmrlərini bizim hökümətə ötürən adamı - götürün. Qalifaksın oğlu Çarlz Vud lord Rotşildin qan qohumu miss Primrozla (Primrose) ailə qurdu. Lord Sueyttlinq (Swaythling) kimi adların arxasında “İngiltərə Bankı”nın direktoru, “Şell” neft kompaniyasının (Shell Oil Company) aksiyalarının nəzarət paketini əlində saxlayan Kraliça II Yelizavetanın səlahiyyətli şəxsi və müşaviri Monteqyunun adı gizlənir. Onların hamısı – Komitet 300-ün üzvləridir. Köhnə maneələrin bəzisi bu gün artıq dağıdılmışdır. Titul bu gün “Roma Klubu”na düşmək üçün yeganə meyar deyil.

Komitet 300-ün nəhəng, genişmiqyaslı və qarşılıqlı çarpaz surətdə bir-biri ilə bağlı olan banklarını, sığorta şirkətlərini, korporasiyalarını və s. qələmə almamışdan əvvəl, onun nəyə nail olmaq istədiyini, onun məqsəd və vəzifələrinin nədən ibarət olduğuna nəzər yetirmək yerinə düşərdi. Aşağıda verilən informasiyanın hazırlanmasına təhqiqat və axtarışlardan ibarət illərlə vaxt sərf olunmuşdur. Təhqiqat və axtarışların gedişində yüzlərlə sənədlərdəki məlumatlar, eləcə də şəxsi kontaktlarım vasitəsilə öyrənmək imkanı əldə etdiyim və özündə mühüm təfərrüatları əks etdirən kağızlardakı məlumatlar tutuşdurulmuş, müqayisə edilmişdir.

Komitet 300 müəyyən şəxslərdən, mütəxəssislərdən, o cümlədən də iblis kultu (cultus diabolicus), şüurun dəyişdirilməsi üçün kimyəvi vasitələr, zəhərlərlə öldürmək, kəşfiyyat fəaliyyəti və s. üzrə yüksək səviyyəli mütəxəssis, bank sahəsi və kommersiya fəaliyyətinin bütün sahələri üzrə ekspertlərdən ibarətdir. Keçmişdə oynadıqları mühüm rolu, eləcə də bu şərəfə layiq olduqlarını sübuta yetirmiş ailə üzvlərinin onların yerini tutması faktını nəzərə alaraq, Komitet 300-ün keçmiş üzvlərini xatırlatmaq lazımdır.

Komitetin üzvləri arasında Avropa “Qara Aristokratiyası”na (European Black Nobility) məxsus olan qədim ailələr, Amerikanın “Şərqli liberal isteblişmenti”nə (the American Eastern Liberal Establishment) aid olub frankmasonluq və “Kəllə və Sümük Ordeni”nə (order of Skull and Bone) daxil olan ailələr, İllüminatlar (the Illuminati) və yaxud, Komitet üzrə adlandırıldıqları kimi, “KÜLƏYİ RAM EDƏN MORİA” (“MORIAH CONQUERING WIND”), “Mumma Qrupu” (the Mumma Group), “Kilsələrin Milli Şurası” (The National Council of Churches), “Ümumdünya Kilsələr Şurası” (The World Counsil of Churches), “Doqquz Naməlum” (the Nine Unknown Men), “Ümumdünya Kilsələr Şurası” (The World Counsil of Churches), “Lukus Trast” (Lucus Trust), “Azad Olunmanın İezuit Teoloqları” (Jesuit Liberation Teologists), “Sion Ağsaqqalları Ordeni” (The Order of the Elders of Zion), “Nazi Knyazları” (the Nasi Princes), “Beynəlxalq Valyuta Fondu” (BVF), (International Monetary Fund (IMF)), “Beynəlxalq Hesablaşmalar Bankı” (BHB) (the Bank of International Settlements (BIS)), “Birləşmiş Millətlər Təşkilatı” (BMT) (the Unated Nations (U.N.)), “Sentral” (the Central), Britaniya “Kvator Koronati” (British Quator Coronati) mason lojası, İtaliyanın “P-2” (Italian P2 Masonry) (xüsusilə də onların Vatikan ierarxiyasına daxil olan üzvləri) mason lojası, “Mərkəzi Kəşfiyyat İdarəsi” (Central Intelligence Agency), “Tavistok İnsan Münasibətləri İnstitutu”nun (Tavistock Institute) seçilmiş personalı, aparıcı fondların və sığorta kompaniyalarının aşağıda verilən siyahıda adları çəkilən müxtəlif üzvləri, “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” (NSBC), “Milner Qupu” – “Dəyirmi Masa” (the Milner Group — Round Table), “Çini Fondu” (Cini Foundation), “Almaniya Marşall Fondu” (German Marshasll Fund), “Ditçli Fondu” (Ditchley Foundation), NATO, “Roma Klubu” (Club of Rome), yaşıllar hərəkatları (Environmentalists), “İerusəlimli Müqəddəs İoann Ordeni” (The Order of St. John of Jerusalem), “Vahid Dünya Hökümətinin Kilsəsi” (One World Government Church), “Sosialist İnternasionalı” (Socialist International), “Qara Orden” (Black Order), “Tule Cəmiyyəti” (Thule Society), “Anenerbe-Rozenkreyserlər” (Anenherbe-Rosicrucianists), “Qüdrətli Alilər” (The Great Superior Ones) və demək olar də YÜZLƏRLƏ digər təşkilat daxildir.

Biz axı nə görürük? Qəribə ideyalı insanların möhkəm olmayan birliyini? Əlbəttə yox. 150 illik tarixi olan Komitet 300-ün tərkibinə daxil olanların bəzilərinin adı dünyanın ən parlaq intellektlərinin sırasında çəkilir və onları tam totalitar və tamamilə idarə olunan “yeni” cəmiyyət yaratmaq üçün bir yerə toplayıblar. Lakin əslində bu cəmiyyət heç də yeni deyildir, onun bütün ideyaları iblis kultlarından götürülür. Komitə Vahid Dünya Hökümətinə doğru can atır ki, Komitənin mərhum üzvlərindən biri Herbert Uells Komitənin sifarişi ilə yazdığı və cəsarətlə “AÇIQ SUİ-QƏSD – DÜNYA İNQİLABI PLANLARI” (H. G. Wells, “THE OPEN CONSPIRACY - PLANS FOR A WORLD REVOLUTION”) adlandırdığı işində bunu kifayət qədər yaxşı qələmə almışdı.

Ardı var
Source : faktxeber
Comment