0
Wednesday 5 January 2011 - 13:13

İşğal və terror paraleli

Story Code : 49243
İşğal və terror paraleli
İşğal və terror paraleli
Onlar bu fəalları aradan götürməklə qarşıdakı problemləri aradan qaldırırlar. Digər tərəfdən işğalçıların terrorizmə əl atması qarşı tərəfin reaksiyaları ilə üzləşir. Belə ki, cəmiyyət cavab olaraq terror maşınını dağıtmaq üçün meydana daxil olur. Onlar terrorist və işğalçıların itki verməsinə səbəb olur. Beləliklə işğalçılıq olan yerdə terrorizmin olması labüddür.
Terrorizmin digər bir mühüm sifəti budur ki, işğalçılar hədəflərinə çatmaq üçün qeyri-qanuni, qeyri-əxlaqi yollara əl atmaqdan belə çəkinmirlər. İşğalçılar məqsədlərinə nail olmaq üçün bütün hərbi, təhlükəsizlik, kəşfiyyat, diplomatik, hüquqi potensiallardan, beynəlxalq və regional əməkdaşlıqlardan istifadə edirlər. Amma bir çox hallarda qarşı tərəf meydandan qaçmır və ona qarşı yönəlmiş planlar nəticəsiz qalır. Elə bu səbəbdən də işğalçılar qanuni və əxlaqi tədbirlərlə kifayətlənməyib çirkin müharibəyə əl atır. Çirkin müharibə ilk dəfə 1977-1984-cü illərdə Argentinada mütəşəkkil terror cərəyanında baş verdi. Bu olay Amerika və ona bağlı olan Argentina daxilindəki qüvvələr tərəfindən hazırlanmışdı. Terroristlər solçular əleyhinə ölüm düşərgələri yaradaraq, 7-8 il ərzində ən azı 30 min nəfərin ölümünə səbəb oldu.
Son 100 ilin siyasi tarixinə baxış göstərir ki, terrorizmin şəxsiyyət, tayfa, din amili olmur. Adətən terrorizm təşkilatlanmış güc qrupları tərəfindən planlaşdırılır. Son iki onillikdə bu layihələrə başqa bir neçə layihə də əlavə olunub. İnformasiya vasitələri, diplomatik korpus, mühafizə qrumlarının himayəsi bu qəbildəndir.
1946-cı ildən bu günədək dünya terrorizmin müxtəlif formalarına şahid olub. 1946-1992-ci illərdə, yəni dünyada iki hərbi qütb hakim olduğu dönəmdə terrorizm casusluq şəbəkəsinin bir qolu olaraq nəzərdə tutulub. Həmin dövrdə CİA, KQB, Mİ6 və başqa super güclərə bağlı xəfiyyə təşkilatları bir sıra rejimləri və onların rəhbərlərini terror yolu ilə aradan götürüblər. Latın Amerikasında solçu rejimlərin məhvi, həmin ölkələrdə rəhbərlərin qətlə yetirilməsi, bir sıra rejimlərin süqutu həmin terror fəaliyyətlərinin tərkib hissəsi olub.
1974-cü ildə Çilidə 1956-cü ildə Argentinada baş verən hadisələri nümunə göstərmək olar.
1992-ci ildə dünyada hərbi qütbləşmə dağıldıqdan, Sovetlər Birliyi parçalandıqdan sonra amerikalılar şərq blokunun süqutunda soyuq müharibəni əsas amil kimi göstərdilər. Onlar “Bizimlə olmayan bizə qarşıdır” şüarını gündəmə gətirdilər. Bu şüar sabiq ABŞ prezidenti Corc Buşun vasitəsilə mətbuata çıxdı. Amerika diplomatiyası, təhlükəsizlik orqanları şərq bloku dağıldıqdan sonra bu şüar istiqamətində fəaliyyətləri gücləndirdilər. Bill Klintonun prezidentliyi dövründə, 1992-2000-ci illərdə Martin İndik, Maykl Loden, Tom Keysi kimi rəsmilər terroru dünya nizamına təsir üçün bir yol kimi dəyərləndirdilər. Onlar Amerika və sionist rejimin müxtəlif ölkələrdəki yüzlərlə müxalifini aradan götürdülər. Sionistlər həmin dövrdə azad şəkildə və öncədən elan etməklə Tunisdə, İordaniyada, Suriyada Fələstin rəhbərlərini terror edirdilər. SİA təşkilatı yüzlərlə Amerika müxalifini odlu silah, zəhərləmə yolu ilə aradan götürdülər. Corc Buş dövründə terror əməliyyatları hərbi təcavüz, işğalçılıq həddinədək genişləndi. Amerikalılar İraqda 150 min nəfərədək hərbçini qeyri-rəsmi şəkildə əməliyyatlara daxil edib. “Black Water” təşkilatı bu qeyri-rəsmi qrumlara nümunə göstərilə bilər. Əslində hərbçi sayılmayan bu qruplar silahlıdırlar və istədikləri nöqtədə əməliyyat keçirib, istədikləri insanları qətlə yetirirlər. İraqda bu şəbəkələr tərəfindən terror edilənlərin sayı bir neçə yüz min nəfəri ötüb. Amerikalılar özlərini bu əməliyyatlara görə cavabdeh saymırlar. Buşun prezidentlik dövrü başa çatanadək İraq, Yəmən, Əfqanıstan və Pakistandakı terror əməliyyatları bütün dünyanın gözü qarşısında baş verib və hamı bilib ki, bu əməliyyatların arxasında ABŞ və Britaniyanın hərb maşını dayanıb. Buşun hakimiyyət dövrü başa çatdıqdan sonra ABŞ terroru əvvəlki masştabda davam etdirildi. Quantanamo həbsxanasındakı işgəncələr həmin siyasətin davam etdirildiyinə sübutdur. Maraqlıdır ki, bir müddət öncə ABŞ-da “düşüncə mərkəzi adı altında fəaliyyət göstərən əməliyyat qruplarından birinin iclasında ABŞ rəsmisi belə deyib: “Bizim təhlükəsizlik və kəşfiyyat orqanlarımız müxaliflərin aradan götürülməsində heç bir məhdudiyyətlə üzləşməməlidirlər. Onlar keçirdikləri əməliyyatlara görə sorğu-sual olunmamlı, ittiham edilməməlidirlər. Çünki bu insanlar Amerikanın milli mənafeinə xidmət edirlər.

Terrorizmlə bağlı bəzi mülahizələr var:
1. Orta şərq, başqa sözlə Qərbi Asiyada terrorizm müştərək bir mövzuya çevrilib. Əgər diqqətlə baxsaq görərik ki, bu region başdan-başa Amerikanın xarici siyasətində problemə çevrilib. Əgər 1980-cı ildə və sonralar Amerika üçün yalnız İran problem sayılırdısa, indi regiondakı əksər dövlətlər Ağ Evin xarici siyasətində düyünə çevrilib.
2. Qərbi Asiyanın demək olar ki, bütün ölkələri ölkə daxilindəki müxalifləri cilovlamaq gücündədir. Bu ölkələrin əksəriyyətinin güclü təhlükəsizlik orqanları var. Bəs nə üçün region ölkələrində silahlı qruplaşmalar zaman ötdükcə güclənir, onların fəaliyyət dairələri genişlənir? Bu müəmmanı, pərdəarxasını araşdırmadan açmaq mümkün deyil. Müəyyən misallar və hadisələr vəziyyəti düzgün dəyərləndirmədə yardımçı ola bilər.
3. Ötən il məşhur İndipendent və Vaşinqton Post qəzetləri öz səhifələrində ayrı-ayrılıqda iki informasiya dərc etdilər: “Biz İraqın 10 min ABŞ hərbçisi yerləşən Süleymaniyyə hərbi qərargahına getdik. Həmin qərərgahlarda PEJAK-ın silahlı əsgərləri ilə rastaşdıq. Məlum olur ki, bu qruplaşmalar ABŞ tərəfindən himayə olunur.”
4. Məşhur terrorist qrupun başçısı Əbdül Malik Rigi İran təhlükəsizlik qüvvələri tərəfindən həbsə alınmazdan öncə Amerika hərbi qərərgahının yerləşdiyi Bişkekə gedirdi. Sonradan özü bildirdi ki, həmin qərərgahda ölkənin şərqində hərbi əməliyyatlar keçirilməsi üçün görüş nəzərdə tutulubmuş. Planlaşdırılan əməliyyatda Rigiyə Amerika tərəfindən iqtisadi və hərbi yardım göstəriləcəkmiş.
5. Son illərdə İraqda baş verən terror hadisələri Amerikaya tam bağlı Ərəbistan və İordaniyanın himayələri sayəsində baş tutub. Son günlərdə İordaniya dövləti iddia etdi ki, terrorçu qrup rəhbəri Haris əl Zariə xəbərdarlıq edilib və göstəriş verilib ki, İraq əleyhinə İordaniya torpaqlarından istifadə etməsin. Əslində İordaniya hökuməti bu bəyanatla İraqın yeni hökumətinə bundan sonrakı dövrdə terrora qarşı olduğunu anlatmaq niyyətindədir. Digər bir tərəfdən bu bəyanat İordaniya hökumətinin güc nümayişi və terror qruplaşmaları ilə əlaqəsini göstərir. Bir növ Nuri Maliki hökumətinə işarə edilir ki, Şərq sərhədlərində əməliyyatların dayandırılması müqabilində İordaniyaya imtiyazlar verilməlidir. Amma bu da ola bilər ki, Ərəbistan və İordaniya hazırkı şəraitdə İraqda terroru davam etdirə bilmir. Hər halda onlar öz siyasətlərini xoş məqsədlə dəyişmir. Çünki onların İraqda nüfuzunu qoruyan yol terror hesab olunur.
6. Terror əməliyyatlarını araşdırdıqda tam aydın olur ki, bu əməliyyatlar tam təşkilatlanmış qruplar tərəfindən həyata keçirilir. Bu əməliyyatların bir neçə nəfər tərəfindən baş tutması kimsə tərəfindən qəbul edilmir. Çünki bir neçə nəfərlik qrupun kökünü kəsmək təhlükəsizlik qrumlarının gücündədir və asan işdir. Amma ədalət və bərabərliyin bərpası, dini haqqların müdafiəsi istiqamətində keçirilən əməliyyatlar bir neçə nəfərin işi deyil. Bir məntəqədə əhalinin və ya bir fəalın varlığına qarşı televiziya və radioda aparılan təbliğatlardan aydın olur ki, qarşıdakı terror əməliyyatlarının arxasında informasiya vasitələrinə də nəzarət edən qüvvələr dayanır. Hər vəchlə bu əməliyyatları siyasi mübarizə formasında təqdim etməyə çalışırlar. Bundan əlavə, terrorla bağlı informasiyalar öncədən təhlükəsizlik qrumları tərəfindən terrorçu qrupların ixtiyarına verilir. Terror əməliyyatından sonra terrorçulara sığınacaq verilir, onların təqibinə maneçilik yaradılır. Deyilənlər son illərdə baş verən əksər terror hadisələrinə münasibətdə qüvvədə qalır. Regionda terrorun kökünü kəsmək üçün işğalçıların hərbi hüzuruna son qoyulmalıdır. Terrorla işğalçı hərb maşını arasındakı rabitələri nəzərə aldıqda aydın olur ki, məntəqə ölkələri müştərək razılığa gəlməklə məntəqədəki bu iki amili aradan qaldıra bilər. Yalnız region dövlətlərinin həmkarlığı ilə terror meydanında son söz deyilə bilər. 

Müəllif: Sədullah Zarei
"IslamTimes" - Tərcümə şöbəsi
Comment