0
Sunday 9 January 2011 - 12:50

KOMİTET 300 - DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXXV yazı)

Story Code : 49775
KOMİTET 300 - DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXXV yazı)
KOMİTET 300 - DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXXV yazı)
Ərəblər və yəhudilər, Afrika tayfaları kimi fraksiya və qruplar arasında qarşıdurmalar yaradılacaq və onlara NATO və BMT-nin nəzarəti altında bir-birini qırmağa izin veriləcək. Eyni taktika Mərkəzi və Cənubi Amerikada da tətbiq ediləcək. Bu cür qırğın müharibələri Dünya Hökuməti özünü təsdiq EDƏN VAXTA QƏDƏR davam edəcək və bu müharibələr sinqxlər, pakistanlı müsəlmanlar və hind indusları kimi etnik və dini fərqləri olan böyük insan qruplarının cəmləşdikləri bütün kontinentlərdə təhrik olunacaq. Etnik və dini qarşıdurmalar gücləndiriləcək və kəskinləşdiriləcək. Belə qarşıdurmaların “nizamlanması” vasitəsi qismində isə amansız münaqişələr qızışdırılacaq və şirnikləndiriləcəkdir.

İnformasiya xidmətləri və mətbuat vasitələrinin hamısı Dünya Hökumətinin nəzarəti altında olacaq. “Əyləncələr” qismində beyinlərin mütəmadi yuyulması baş verəcək ki, bu, ABŞ-da artıq həyata keçirilir və incəsənətə çevrilmişdir. “Qeyri-loyal” valideynlərin əllərindən alınan övladlar onları amansızlaşdırmalı olan xüsusi tərbiyə alacaqlar. Hər iki cinsə məxsus cavanlar Dünya Hökumətinin əmək düşərgələri sistemində həbs olunanlar üzərində keşik çəkmək üçün təlim keçəcəklər.

Yuxarıda deyilənlərdən aydın olur ki, Yeni Dünya Nizamının vaxtı gəlib çatana qədər hələ çox iş görülməlidir. Komitet 300 bizim tanıdığımız sivilizasiyanı məhv etmək planlarını bundan çox-çox qabaq təkminləşdirib. Bu cür planlardan bəziləri Zbiqnev Bzejinskinin “TEXNOTRON ERA” kitabından və “Roma Klubu”nun əsasını qoyan Aurelio Peççeinin işlərindən, xüsusilə də onun “UÇURUM QARŞISINDA” kitabından məlum olub.

İnsanı “DÜŞMƏN” adlandıran Peççei öz kitabında Komitet 300-ün insanı fəth etmək planlarını göstərmişdir. Peççei milyonlarla rusun öldürüldüyü Qırmızı Terrorun ən qızğın çağında Dzerjinskinin Sidney Reyliyə dediklərini sitat gətirmişdir: “Nə qədər adamın öldüyü məni nə üçün narahat etməlidir? Hətta xristian İncili də deyir ki, insanın qayğısına İlahi qalacaq. Mənim üçün insan – bir tərəfdə beyin və digərində peyin fabrikindən başqa bir şey deyildir”.

Emmanuil Xristos dünyanı insana məhz bu cür vəhşi münasibətdən xilas etməyə gəlmişdi. Sidney Reyli Mİ-6-nın əməliyyat işçisi idi və Dzerjinskinin fəaliyyətinə nəzarət etmək üçün göndərilmişdi. Ehtimal edirlər ki, Reyli Rusiyadan qaçmağa cəhd edərkən dostu Feliks tərəfindən güllələnmişdir. Böyük Britaniya parlamentinin üzvləri hay-küy salaraq Reylinin Rusiyada fəaliyyəti barədə hesabat tələb edəndə - həmin vaxt Sidney Reyli Komitet 300-ün Bakıda neft yataqları üzərində nəzarəti ələ keçirmək planlarını və bolşevik inqilabı zamanı Komitet 300-ün Lenin və Trotskiyə kömək göstərilməsində həlledici rolunu ifşa edəcəyi ilə hədələyirdi - dəqiq işlənib-hazırlanmış ssenari ixtira olundu. Parlamentin Reylidən həqiqəti dartıb çıxarmaması üçün Mİ-6-da onun guya öldürüldüyü saxta hadisənin ortaya atılması daha məqsədəuyğun hesab edildi. Reyli Rusiyada yaşadığı vaxt, adətən bolşevik elitası üçün nəzərdə tutulan təmtəraqlı bağ mülkündə yaşayırdı.

Postindustrial Amerikanın “Atlantik Alyansı” - bu, Komitet 300 üçün bir addır - tərəfindən idarə olunmayacağı halda xaos olacağını sübuta yetirən Peççei qlobal miqyasda əhalinin maltussayağı növlərə bölünməsini təklif edirdi. O, Sovet İttifaqının elmi-texniki hərbi aparatı ilə Qərb dünyası arasında toqquşmanı əvvəlcədən görürdü. Və nəticə etibarilə, dünyanın işləri böhranlar və qlobal planlaşdırma əsasında idarə olunsun deyə, Varşava Müqaviləsi ölkələrinə Dünya Hökuməti çərçivəsində konvergensiya təklif olundu.

Keçmiş SSRİ-nin yerində baş verən hadisələr və Rusiyada azad federasiya formasında bir neçə müstəqil dövlətin meydana çıxması Peççei və “Roma Klubu”nun məsləhətlərinə dəqiqliklə uyğundur və yuxarıda xatırlatdığım kitabların hər ikisində bu aydın göstərilmişdir. Bu şəkildə parçalanan SSRİ-nin öhdəsindən gəlmək, güclü vahid sovet xalqı ilə müqayisədə daha asandır. Komitet 300-ün Dünya Hökuməti üçün hazırladığı, özündə Rusiyanın parçalanmasını ehtiva edən planlar indi sürətlə həyata keçməyə başlayıb. Əgər 1991-ci ilin sonlarında Rusiyada baş verən hadisələrə Komitet 300-ün 1960-cı illərdə həyata keçirdiyi uzunmüddətli planlaşdırma nöqteyi-nəzərindən baxılarsa, onda onlar daha dramatik təsir bağışlayar.

Qərbi Avropada xalqlar vahid valyutası olan bir hökumətin çərçivəsində dövlətlərin federasiyasına doğru itələnirlər. Avropa İqtisadi Sistemi buradan addım-addım Birləşmiş Ştatlara və Kanadaya köçürüləcəkdir. BMT yavaş-yavaş, lakin dönməz qaydada Dünya Hökumətinin icraedici orqanına çevriləcək. Fars körfəzində müharibə ilə əlaqədar artıq gördüyümüz kimi, BMT-nin siyasətini ABŞ diktə edəcəkdir.

Eyni ilə belə bir hadisə Böyük Britaniya parlamentində baş vermişdi. Böyük Britaniyanın Fars körfəzində müharibədə iştirakı məsələsinin müzakirəsi gülünc dərəcədə qısa müddətdə keçdi – buna sərf olunan vaxt, palatanın iclasları arasında fasilə etmək təklifinin müzakirəsinə sərf olunan vaxt qədər idi. Parlamentin uzun tarixi dövründə bu ilk hadisə idi ki, bu cür mühüm məsələnin müzakirəsinə belə az vaxt ayrılmışdı. Parlament tarixində ən əlamətdar hadisələrdən biri faktiki olaraq nəzərə çarpmadan keçdi.

Biz artıq Birləşmiş Millətlər Təşkilatının müzakirəsinə çıxarılan istənilən mübahisənin nizamlaması üçün Birləşmiş Ştatların öz hərbi qüvvələrini göndərəcəyi vəziyyətə çox yaxınıq. Baş Katib postundan gedən, çoxsaylı rüşvət toplayan Peres de Kuelyar BMT-nin tarixində ən sözəbaxan lider idi – o, Birləşmiş Ştatların bütün tələblərini müzakirəsiz yerinə yetirirdi. Onun varisi ABŞ hökumətinin məsləhətlərini daha böyük hazırlıqla yerinə yetirəcək. Bu, Dünya Hökumətinə doğru yolda mühüm addımdır.

Bundan sonrakı iki il ərzində hər cür mübahisələrin nizamlanması üçün daha çox Haaqa Beynəlxalq Məhkəməsi istifadə olunacaq. Bu, əlbəttə, özü ilə Dünya Hökumətinin hüquq sisteminin prototipini təcəssüm etdirir ki, gələcəkdə bu sistem qalan hamısını sıxışdırıb çıxaracaqdır. Yeni Dünya Nizamında əhəmiyyətli rol oynayan Mərkəzi Banklara gəlincə, bu problem artıq demək olar həll olunmuşdur. 1991-ci ilin sonundan dünya maliyyə sistemində dominant rolu “Beynəlxalq Hesablaşmalar Bankı” (BHB) oynayır. BHB və BVF-nun rəhbərliyi altında bütün dünyada bank işinə nəzarət edəcək “Böyük Onluq” banklarının yaradılması prosesində özəl banklar sürətlə yox olur.

Avropada dotasiya alan dövlət çoxdur, ABŞ isə sürətlə dünyada dotasiya ilə dolanan ən böyük dövlətə çevrilir. İnsanlar həyatın təminatı planında dövlətdən asılı vəziyyətə düşən kimi, onlara bunu tərgitmək çətin olur. Bunu biz ABŞ-da keçirilən son seçkilərin nəticələrinə əsasən də müşahidə edə bilərik. Belə ki, seçkili dövlət vəzifələrini tutan şəxslərin 98 %-i yaxşı həyatdan zövq almaqda davam etmək üçün Vaşinqtona qaytarıldı, halbuki onların reputasiyası son dərəcə nöqsanlı idi.

Yer kürəsi ərazisinin dörddə üçündə şəxsi odlu silaha yiyələnmək artıq qadağan olunub. Yalnız ABŞ-da əhali hər cür silaha yiyələnmək hüququna malikdir, lakin bu hüquq yerli qanunlar və ştatların qanunvericiliyi əsasında sürətli templərlə ixtisar olunur ki, bu da bütün vətəndaşların silah gəzdirməklə bağlı konstitusion hüququnu pozur. 2010-cu il üçün ABŞ-da şəxsi silaha malik olmaq artıq keçmişin işi olacaq.

EYNİ TƏRZDƏ TƏHSİL DƏ HƏYƏCAN DOĞURACAQ SÜRƏTLƏ DAĞIDILIR. MÜXTƏLİF HÜQUQİ İLİŞMƏLƏRİN KÖMƏYİ VƏ MALİYYƏLƏŞMƏNİN ÇATIŞMAZLIĞI SƏBƏBİNDƏN ÖZƏL MƏKTƏBLƏR BAĞLANMAQ MƏÇBURİYYƏTİNDƏ QALIR. ABŞ-da təhsilin standartları elə aşağı səviyyəyə düşmüşdür ki, onu çətinliklə təhsil adlandırmaq olar. Bu, yuxarıda təsvir etdiyim plana uyğundur. Dünya Hökuməti uşaqlarıMızın yaxşı təhsil almasını istəmir.

Milli özünüdərkin sürətlə dağılması baş verir. Dünya Hökumətinin planlaşdırdığı və İraq və Liviya xalqlarına qarşı aparılan müharibələr kimi genosid müharibələri ilə bağlı hallardan başqa, vətənpərvərlik artıq mədh olunmur. İrqi qürur indi artıq ittiham olunur və dünyanın bir çox ölkələrində, O CÜMLƏDƏN DƏ BİRLƏŞMİŞ ŞTATLARDA, BÖYÜK BRİTANİYADA, QƏRBİ AVROPADA VƏ KANADADA – BAŞQA SÖZLƏ, AĞ İRQİN YÜKSƏK KONSENTRASİYASINA MALİK OLAN BÜTÜN ÖLKƏLƏRDƏ qeyri-qanuni hərəkət hesab edilir.

İkinci Dünya Müharibəsi qurtarandan sonra respublika formalı dövlət üsul-idarəsinin gizlin cəmiyyətlərin rəhbərliyi altında yüksək templərlə dağıdılması baş verir. ABŞ-ın iştirakı ilə devrilən hökumətlərin siyahısı uzundur və məlumatsız insana respublika formalı üsul-idarəyə üstünlük verən (belə hesab edilir) unikal konstitusiyası olan bir ölkənin hökumətinin bu cür fəaliyyətlə məşğul olduğu ilə razılaşmaq çətindir, lakin faktlar hər şeyi öz yerinə qoyur.

Bu məqsəd Komitet 300 tərəfindən yüz il əvvəl qoyulmuşdu. ABŞ bu cür hökumətlərə həmlələr edib və hətta Birləşmiş Ştatların respublikaçı bazasının özünün inadla sarsıdılmasına baxmayaraq, indi də bunu davam etdirir. Ceyms Karterin hüquq üzrə məsləhətçisi Lloyd Katlerdən (Lloyd Cutler) başlayaraq bütöv bir sıra konstitusiya hüquqşünası fəaliyyət göstərir ki, onların məqsədi ABŞ Konqresini, xalq təmsilçiliyini təmin etməyən parlament sistemi ilə əvəzləməkdir. Bu iş, belə bir dəyişiklik proqramına uyğun olaraq, 1979-cu ildən aparılır. Bu işə sadiqliyi sayəsində Katler Komitet 300-ə üzv qəbul edilmişdir. Parlament formasının tamamlanmış layihəsi Komitet 300-ə 1993-cü ilin sonları üçün təqdim olunmalıdır.

Yeni parlament sistemində parlamentin üzvləri öz seçiciləri qarşısında məsuliyyət daşımayacaq, lakin parlament rəhbərlərindən asılı olacaq və onlara verilən əmrə uyğun səs verəcəklər. Beləliklə, xəyanətkar bürokratik və hüquqi fəaliyyət sayəsində konstitusiya şəxsiyyətin azadlığı ilə birlikdə ləğv olunacaq. İnsanın əvvəlcədən nəzərdə tutulan deqradasiyası məhdudiyyətsiz seks praktikasının köməyi ilə sürətləndiriləcək. Xüsusi Aviasiya Xidməti və Mİ-6 kəşfiyyat idarələri vasitəsilə fəaliyyət göstərən ingilis taxt-tacı seksual degenerasiyanın yeni kultlarını artıq hazırlamaqdadır. Artıq bildiyimiz kimi, bu günə fəaliyyət göstərən kultların hamısı, oliqarxik hökmdarlara işləyən Böyük Britaniya kəşfiyyatı tərəfindən yaradılmışdır.

Biz düşünə bilərik ki, tamamilə yeni seksual degenerativ kultların yaradılması hələ uzaq gələcəyin işidir. Lakin məndə informasiya var ki, bu iş 1992-ci il üçün başa çatdırılmalıdır. 1994-cü ildə “canlı şoular” ən adlı-sanlı əyləncə klublarında adi tamaşaya çevriləcək. Hazırda bu “əyləncə” forması üçün tam samballı imicin yaradılması prosesi gedir.

Hollivudun və əyləncələr dünyasının görkəmli simaları tezliklə belə deməyə başlayacaqlar ki, bu və ya digər klubda “canlı seks-şoular” təşkil etmək sadəcə zəruridir. Lesbiyançılıq və homoseksualizm nümayiş etdirilməyəcək. Cəmiyyət üçün məqbul olan yeni “əyləncəyə” geteroseksual cinsi aktların açıq nümayişi daxil olacaq ki, Brodvey şouları və ya kinofilmlərin son premyeraları haqqında edildiyi kimi, mətbuatda bunlar haqqında da şərhlər dərc olunacaq.

Mənəvi dəyərlər üzərinə misli görünməyən hücum öz pik həddinə 1992-ci ildə çatacaq. Parnoqrafiya artıq “parnoqrafiya” yox, yaşlılar üçün seksual əyləncə adlandırılacaq. Bu tipdə şüarlar geniş yayılacaq: “Əgər hamı bununla məşğul olursa, onu gizlətmək nəyə lazımdır. Seksin nümayişinin eybəcər və iyrənc olması haqqında köhnə fikirləri kənara ataq”. Seksual ehtirasın bu məhdudiyyətsiz növünü sevən insanların zirzəmilərdə və dalanlarda yerləşən miskin pornosalonlara getməsinə artıq ehtiyac olmayacaq. Bunu əvəzində varlı və görkəmli adamların gəldikləri, ali sinif üçün olan feşenebelli klublar ictimailəşdirilmiş seksual tamaşaları “bədii” əyləncə növünə çevirəcəklər. Daha pisi budur ki, bəzi kilsə “liderləri” bunu məsləhət görəcək.

Davamı var
Yaşar Əsədov
Source : faktxeber
Comment