0
Saturday 2 April 2016 - 16:04

Ərəstun Oruclu: “Cəbhədəki olaylar Azərbaycanın Qərblə görüşlərin nəticələrinə reaksiyadır”

Story Code : 531083
Ərəstun Oruclu: “Cəbhədəki olaylar Azərbaycanın Qərblə görüşlərin nəticələrinə reaksiyadır”
Azərbaycan tərəfində mülki şəxslərin də tələfatı ilə nəticələnən bu qarşıdurma indiki saatlara qədər davam etdiyi bildirilir. Eskpertlər bu qarşıdurmanın səbəbi kimi, bir sıra olaylara diqqət çəkirlər vә bu işdә Ermənistanın havadarlarının olmasını ciddi şəkildə vurğulayırlar.

Mövzu ilə bağlı politoloq Ərəstun Oruclu Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, söhbət artıq atəşkəsin pozulmasından deyil, ciddi miqyaslı hərbi qarşıdurmadan gedir: “Rəsmi və qeyri-rəsmi məlumatlardan əldə edilən informasiyaların təhlilindən belə anlaşılır ki, söhbət artıq atəşkəsin pozulmasından deyil ciddi miqyaslı hərbi qarşıdurmadan gedir. Təbii ki, itkilərlə, yaralılarla müşayiət olunan bu cür qarşıdurma gözlənilən idi. Bizdə olan məlumata görə, ilk olaraq Azərbaycan tərəfinin yaşayış məntəqləri atəşə tutulub. Mülki şəxslər arasında ölən və yaralananlar olub.

Bundan sonra Azərbaycan ordusu cavab tədbirləri görməyə başlayıb. Bütün qarşıdurma buradan başlayıb. Azərbaycanın son ABŞ yaxınlaşmaları fonunda bizə qarşı atıla biləcək addımlardan biri də bu idi. Əslində ən sınanmışı və təcrübədən keçmişi də budur vә işə salındı. Ümid edək ki, bu eskalasiya davam etməyəcək və haradasa dayandırılacaq. Azərbaycan tərəfinin bu olayda ciddi günahının olmasını düşünmürəm. Bu olayların əsas qızışdıran amili kimi Rüsuiyanı görürəm.

Ermənistan heç vaxt özbaşına Azərbaycana qarşı bu cür addımlar ata bilməz. Digər tərəfdən Azərbaycanın kimlərlə xarici əlaqələrin qurması Ermənistanı ən az narahat edən məsələdir. Düşünürəm ki, cəbhə xəttindəki olaylar Azərbaycanın Qərblə görüşlərin nəticələrinə olan bir reaksiyadır. Amma bu olayların geniş və davamlı bir xarakter alacağını düşünmürəm.

Çünki, bölgədə davamlı və miqyaslı qarşıdurmanın olması heç kəsə, hətta Rusiyanın özünə də lazım deyil. Düşünürəm ki, bu bir təhdid cəhdi idi. Amma bu cəhdin də adekvat cavabı verildi. Bizdə olan məlumatlara görə, Azərbaycan tərəfi tam adekvat cavab verib”.
Source : Deyerler
Comment