QR CodeQR Code

Qeyb zamanında İmam Zaman ağanın (ə.f) davamçılarının vəzifələri

Deyerler , 23 May 2016 00:12

Islamtimes - Mərhum Seyyid Muhəmmədtəqi Musəvi İsfahani “Mikayil-məkarim” kitabında Əhli-Beyt (ə) davamçısının qeyb zamanında yerinə yetirməli olduğu 80 vəzifənin adını çəkmişdir ki, onlardan bəzilərinə işarə edək.


1. İmam Zaman ağanın (ə.f) fərəci üçün dua etmək. Məsumlarımız (ə) da bu mövzuda təkid etmişdilər.

2. İmam Zamanın (ə.f) xüsusiyyətlərini və sünnətini tanımaq. Bir həqiqi müntəzir və İmam (ə.f) aşiqi gərək məhbubunun hansı sifətlərə malik olduğunu bilsin və həyatda hansı yolla getdiyi barəsində məlumatı olsun.

3. Hər bir halda ədəbə riayət etmək. İmama (ə.f) itaət etmək vacibdir, adı möhtərəmdir və yada salınması çox əzizdir. O, bəndələr üzərində Allahın hüccətidir.

4. Həzrətə (ə.f) qarşı eşq və əlaqə göstərmək. Mərhum Seyyid Əbdülkərim Kəffaş həftədə bir dəfə Həzrətin xidmətinə gedərdi. O, Həzrət Əbdüləzim Hüseyninin (ə) hərəmi ətrafında yaşayırdı. Onunla görüşən zaman Həzrət buyurmuşdu: “Seyyid Abdulkərim! Əgər bizi görməsən nə olar?”. Cavab verir: “Ağa, yəqin ki, ölərəm”. Həzrət buyurur: “Əgər belə olmasaydı, bizi görməzdin”.

5. Başqalarını İmama (ə.f) qarşı əlaqəli etmək. Təbiidir ki, hər kim nəyə əlaqə göstərər, onu təbliğ edər.

6. Fərəcin intizarını çəkmək. İmam Sadiq (ə) buyurur: “Məsum İmamların (ə) sifətlərinin bir hissəsi təqva, iffət, xeyirxahlıq... və fərəcin intizarına səbir etməkdir”.

7. Həzrətlə (ə.f) görüşməyə əlaqə göstərmək.

8. Həzrətin (ə.f) fəzilətlərini zikr etmək və onu tanıdan məclislərdə iştirak etmək.

9. İmamın (ə.f) salamatlığı üçün sədəqə vermək.

10. İmamın (ə.f) niyyətilə həcc, ümrə ziyarətini yerinə yetirmək.

11. İmama (ə.f) təvəssül etmək.

12. İmamla (ə.f) beyəti təzələmək. İmam Sadiq (ə) buyurur: “Hər kim sübh və zöhr namazından sonra deyərsə:

"اللهم صل علی محمد و آل محمد و عجل فرجهم" (“Əllahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd və əccil fərəcəhum”) - ölməz, məgər o halda ki, Həzrəti (ə.f) görər və tanıyar”.

13. Haramlardan çəkinmək. O kəs ki, həqiqi müntəzirdir İmamın (ə.f) kərahət etdiyi işlərdən çəkinməli və onu şad edən əməlləri yerinə yetirməlidir.

14. Saleh insanlarla dost olmaq. Həzrətin (ə.f) dostları ilə dost olmaq – ona yaxınlaşmağa səbəb olar.

15. Allah düşmənlərindən bezar olmaq. İmam Hadi (ə) buyurur: “Allah Təalanın dərgahında (deyəsən ki) düşmənlərindən, həmçinin tağutdan, şeytanlardan və zalımların ordusundan bezaram”. (Tebyan)


Story Code: 540326

News Link :
https://www.islamtimes.org/az/article/540326/qeyb-zamanında-imam-zaman-ağanın-ə-f-davamçılarının-vəzifələri

Islam Times
  https://www.islamtimes.org