QR CodeQR Code

Türk ilahiyyatçı çevrilişə cəhddən bir gün öncə Ərdoğanı xəbərdar edib

Islamazeri , 22 Jul 2016 17:44

İslamtimes - Türkiyənin tanınmış ilahiyyatçısı, "Furqan" cəmiyyətinin sədri Alparslan Kuytulun 14 iyulda yayımlandığı videoda maraqlı detallar üzə çıxıb


İslamazeri.az xəbər verirki, Türkiyənin tanınmış ilahiyyatçısı, "Furqan" cəmiyyətinin sədri Alparslan Kuytulun 14 iyulda yayımlandığı videoda "Ərdoğanın qələmi qırılmışdır, yaxında işi bitəcəkdir.", dediyi məlum olub.

Kuytul açıqlamasında deyib: "Mən burdan xəbərdarlıq edirəm, işləri çoxdur deyə diqqət etmirlər ola bilər. Mən burdan Tayyib Ərdoğan və AKP-yə xəbərdarlıq edirəm. Bütün nə qədər şərəfi varsa əlindən alırlar."

Alparslan Kuytul İsraillə "one minute" məsələsində Ərdoğan üçün qazandırılan şərəflərin əlindən alındığını bildirib.

"Hicab məsələsini belə, təkrar geri apara bilərlər (qadağa qüvvəyə girə bilər). Bunun mənası budur; Tayyib Ərdoğanın qələmi qırılmışdır. Yaxında işi bitəcəkdir. İşi bitirildiyi zaman ona kimsənin yazığı gəlməməsi üçün ona verilən bütün şərəflərin alınması lazımdır. İşləri bitiriləcək və sevənləri qalmayacaq. Bu dövrə girdik, mənə qulaq asarlarla onların xeyrinədir, qulaq asmazlarsa özləri bilər.", -deyə Alparslan Kuytul qeyd edib.


Story Code: 554669

News Link :
https://www.islamtimes.org/az/article/554669/türk-ilahiyyatçı-çevrilişə-cəhddən-bir-gün-öncə-ərdoğanı-xəbərdar-edib

Islam Times
  https://www.islamtimes.org