0
Tuesday 22 February 2011 - 01:25

“SƏHƏR” in işıqları kimləri qaraldır

Story Code : 55760
“SƏHƏR” in işıqları kimləri qaraldır
“SƏHƏR” in işıqları kimləri qaraldır
Islam times.org/az/ - Siyasətdə, biznesdə və digər sahələrdə rəqiblərin bir birinin mübarizədəki iştirak qabiliyyətinin əmsalını sıfıra endirməsi təbii və anlaşılan xüsusiyyətdir.

Amma de prof meydanda tərəf üçün bəlkədə assistant element sayılacaq subyektin dövriyyədən çıxarılmasının arzu edilməsi baş verirsə, buna başqa cür yanaşmalı və davranışın obyektiv səbəbləri üzə çıxarılmalıdır ki, bundan sonra mümkün nəticə barədə rəy söylənilsin.

Məmləkətimizdəki mübarizə meydanlarından biri də televiziyaların efir məkanıdır. Kimin xoşuna gəlir gəlsin, kimin xoşuna gəlmirsə, getsin bir stəkan Namazgah suyu içsin mən həqiqəti deyəcəm. Bu gün Azərbaycanda əli sürətli internetə çatan və azacıq intellekti olan, milli, dini, cinsi, siyasi mənsubiyyətindən, sosial statusundan, rifah səviyyəsindən aslı olmayan istənilən hər kəs nəinki yerli televiziya kanallarına BAXMIR, hətta baxanlara alternativ kanallar tövsiyyə edir.

Çap mətbuatının oxunması ənənəsini azərbaycanlılar dələduz qohumlara və dostlara borc pul vermək adəti kimi tərgidib. İndi növbə yerli televiziya kanallarınındır. Doğrudur sürətli internetə əli çatan bəzi gənclər arasında yerli telekanallara hələ də baxanlar var. Amma onlar kimlərdir? Rəqsanənin “gözəl” simasına, Aygün Kazımovanın gombul bədəninə, Röyanın iyrənc ayaqlarına baxıb ehtiras alovunu söndürənlər.

Bizim şou “biznes” dəki müğənnilərin əksəriyyətinin səsi kənddəki Simuzər bibinin xoruzunun səsi qədər məlahətlidir. Odur ki, sürətli internetə əli çatan və bəsit də olsa intellekti olan adamlarımız yerli telekanalları iqnor edib, internet resurslarına və xarici telekanallara üz tutublar.

Bax bu hal isə ANS TV rəhbərliyinin heç xoşuna gəlmir, onların bazarı əldən gedir. Reklam verənlər də yerli telekanalların rəhbərləri də gec tez anlayacaqlar ki, hətta ödənişsiz olsa belə yerli telekanallarda reklam yerləşdirmək pulu gecə klubunda fahişələrə xərcləməkdən daha irrasionaldır.

ANS xarici telekanalların ovuna fəal surətdə 2000-ci ilin əvvəllərindən başlayaraq çıxmışdr. Amma hər şey daha əvvəl başladı 90-cı illərin sonunda ABA telekanalı siyasətə qətiyən yer ayırmadan və əyləncəli proqramlarla efirə çıxaraq Rusiyanın Azərbaycanda yayımlanan telekanallarının Azərbaycan üzrə reklam blokununun hüququnu almaqla yerli reklamı yerləşdirirdi.

Əslində bu çox ağıllı addım idi. Əvvəla ona görə ki, Rusiya telekanallarının reklamı Rusiya cəmiyyəti üçün hesablanmışdır. Onlar üçün reklam blokunun Azərbaycanda yayımlanması heç bir əhəmiyyət kəsb etmirdi və kimsə onlara gəlib desəydi ki, “Azərbaycan üzrə reklam blokunu mənə sat” bu təklif həm Konstantin Ernst həm də Oleq Dobrodeyev üçün qaçırılmaz təklif olardı.

Digər tərəfdən də Azərbaycanda Rusiya kanallarının tamaşaçı auditoriyasının ən böyük olduğunu hər kəs bilirdi və bu efir məkanlarında yerli şirkətlər üçün reklam yerləşdirmək daha sərfəli idi. Ona görə həm ABA telekanalı həm Rusiya telekanalları fürsəti qaçırmadı və işə başladı.

Rüfət Zülfüqarov və yuxarıda adıçəkilən iki menecerlər əməlli başlı qısa müddətdə qaz vurub qazan doldurdular. Uduzan isə heç sözsüz ki, yerli telekanallar idi. Bunu aydın surətdə görən ANS rəhbərliyi əvvəl başladı ABA TV-yə döşəməyə, sonra da cəbhə xəttini genişləndirərək xarici telekanalların Azərbaycanda yayımlanmasının qarşısını almaq üçün geniş miqyaslı kompaniyaya əl atdı.

Yadımdadır 2000-ci ilin əvvəllərində iş o yerə gəldi ki, ANS TV-nin vitse prezidenti Mir Şahin Rabitə naziri Nadir Əhmədovla müsahibə zamanı nazirə irad bildirdi ki, Rusiya kanallarının Azərbaycanda sərbəst yayımlanması efir məkanımıza təcavüz deməkdir və bunu əngəlləmək lazımdır. Amma N.Əhmədovda ona yaxşı cavab verdi və dedi “biz ORT-ni və RTR-i ANS ilə əvəzləyə bilmərik”. Amma sonralar həm ABA həm də Rusiya telekanallarının Ölkəmizdə yayımının “fatihə”si verildi və ANS TV-yə hakimiyyət elə bir şans verdi ki, pul kəsən maşın sahibi ANS qədər qazanmırdı.

Bir neçə il ANS Azərbaycanın efir məkanında meydan suladı . Sonrakı illər artıq Azərbaycanda vətəndaşlar üçün sürətli internet artıq klub məhsulu qismində əl çatan oldu və artıq bir neçə ildir ki, internet resurslarında minlərlə televiziya, radio, qəzet və jurnallar mövcuddu. İndi Azərbaycanın obyektivlik prinsipi əsasında, Əliyev hakimiyyətinin bütün eybəcərliklərini cəmiyyətə çatdıran və internetdə yayaımlanan yerli televiziyası, radiosu, qəzetləri var ki, bunlar da obyektivliyi çatdırmaq imkanından məhrum olan, qeyri-dəqiq, vicdansız, qərəzli və birtərəfli ANS-i sağlam rəqabət şəraitində artıq məhv edib.

Şükürlər olsun Allaha ki, ANS-in iternet resurslarını susdurmaq imkanı mövcud deyil. Azərbaycan ərazisində yayımlanan və Əliyev hakimiyyətini tənqid edən klassik televiziya kanallarının sonuncusu olan “Səhər” telekanalı qalıb. “Səhər” in də başı üstünü qara buludlar alıb. Yaxşı bəs “Səhər” in “işıqları” kimi qaraldır ?

Telekanal təkcə tənqid edilən Əliyev hakimiyyətinin deyil həm də “Səhər” in paxıllığını çəkən ANS-in hədəfindədir. Çünki ANS-in demək istədiyi amma deyə bilmədiyini “Səhər” deyir və göstərir. Bəli “Səhər” xarici kanaldır, amma bilməyənlərin nəzərinə çatdırıram ki, jurnalistika sərhəd tanımır. Bu səbəbdən də İranın informasiya texnologiyaları və kommunikasiya naziri Rza Tağıpur Ənbəri Bakıya etdiyi rəsmi səfəri zamanı ANS dərhal “Səhər” telekanalının məsələsini işıqlandırıb.

Açığını söyləsəm bu kanalın auditoriyasının miqyası mənə məlum deyil, amma dəqiqliklə deyə bilərəm ki, məhz “Səhər” ə baxmaq üçün peyk antenaları quraşdıran adamların sayının çox olacağına şübhə ilə yanaşıram. Odur ki, “Səhər” i susdurmaq üçün atılan addımlar nəticə versə belə əsas məqsəd nəticəsiz qalacaq . Çünki artıq “Səhər”i artıqlaması ilə əvəzləyəcək internet deyilən bir resurs VAR. Onu da qeyd edim ki, internet resursları da bir qədər özünü təbliğ ilə məşğul olmalıdır.

Məsələn Islam times.org/az/saytı təbliğ üsulu kimi Azərbaycanın müxtəlif yerlərində səhifənin ünvanı yazılmış stikerlərin yapışdırlımasını, elan lentlərinin metro çıxışlarında sakinlərə paylanmasını həyata keçirilməsi üçün tədbirlər görməlidir.

Bir sözlə yenə də fikrim əvvəlki yazılarımda olduğu kimi ona gəlir ki, təbilğat üçün PUL xərcləmək lazımdır necə ki, bunu başqaları edir və nəticəsini də görür.

Islam times - Julian Ass
wikileaks.az@mail.ru
Source : IslamTimes
Comment