0
Wednesday 23 February 2011 - 18:30

Azərbaycan oyaqdır, inqilaba dayaqdır

Story Code : 56011
Azərbaycan oyaqdır, inqilaba dayaqdır
Azərbaycan oyaqdır, inqilaba dayaqdır
Islam times.org/az/ - Azərbaycanın elektron və çap mətbuatında ərəb dünyasında baş verən siyasi dəyişilikləri əhatə edən mövzularla bağlı xəbərlərin və rəylərin səngimək bilmədən işıqlandırılması, izləyici auditoriysının marağının azalmasına gətirib çıxarmır.

Qəzetlərdə, bloqlarda, internet radio və televiziyalarda siyasi şərhçilərin, analitik jurnalistlərin, ekspertlərin müsahibələri və rəyləri sərgilənir. Mövzu Tunisdən başlayıb son məntəqəsini Azərbaycanda bitirir, sondan əvvəlki məntəqəsi isə İranı əhatə edir. Heç kim nə Türkmənistanın, nə Özbəkistanın, nə Kazaxstanın, hələ-hələ Belorusiyanın adını belə çəkmir. O boyda Rusiya isə ümumiyyətlə unudulur.

İran və Azərbaycan barədə bir qədər sonra. Əvvəl afroərəb və yaxın şərqdə nələrin baş verdiyinə baxaq. Gəlin lap əvvələ qayıdaq. Hamıya məlumdur ki, Fələstində Həmasın seçkilərdəki qələbəsini nə sionist rejimini, nə marionet Abbas, nə də ABŞ həzm edə bilmədi. Əllərindən gələn hər şeyi etdilər ki, Həması siyasi səhnədən kənarlaşdırsınlar, amma Həmasın real, mücadiləsi uğrunda sözün hərfi mənasında canını verməyə hazır olan (yerigəlmişkən fələstinlilər üçün mücadilə uğrunda şəhid olmaq biz müsəlmanlardan fərqli olaraq toy bayram deməkdir) sosial bazası mövcuddur.

Avroölkələr və Rusiya görəndəki Həmas dirəniş gətirib mövqeyini qoruya bildi ABŞ və sionist rejiminin xahişini qulaqardına vurub ən azı Həması tanımaq imitasiyasına üstünlük verdilər. Əslində Həmasa elə bu qədəri kifayət etdi ki, bəsit diplomatik maskasını yarada bilsin.

Heç sözsüz ki, Həms maddi və mənəvi dəstəyi İrandan alırdı və almaqda davam edir. Daha sonrakı dövrlərdə isə İranın uğurlu yaxın şərq diplomatiyası nəticəsində Suriya, Türkiyə və səthi olaraq Rusiya Həması dəstəkləməkdə İranla bir diplomatik sırada durdu. İran anlayırdı ki, afroərəb və yaxın şərq müstəvisində afrika cəngəlliyinin qanunları mahiyyətini daşıyan gedişlərin edilməsi artıq qaçılmazıdr. Yəni ya İran bu müstəvidə Böyük sionizmi (Böyük sionizm ABŞ və İsrail cütlüyü və onların diktəsi altında olan Avropa Birliyidir) silib atmalıdır, ya da Əli Vilayəti üçün real fiziki onun sonrasın isə mənaəvi təhlükələr meydana gələ bilər.

Digər yandan da İranın nüvə proqramı mövzüsu İslam Respublikasının xeyrinə olmayan tezislərlə beynəlxalq mötəbər masalarda müzakirə olunur. Odur ki, həmasla kifayətlənməyib dövrəni çox ehtiyatla, müəyyən qədər də gizli surətdə afroərəb və yaxın şərqdəki ərəb dövlətlərinin hesabına böyütməyə qərar verdi. Amma İranın bu fəaliyyətini görən ABŞ kontr addımlar atmağa başladı. Bir neçə il əvvəl keçmiş dövlət katibi Madlen Olbrayt yaxın şərqə səfəri zamanı Ər-Riyadda Hüsni Mübarək və kral Abdulla ilə görüşəndə dedi ki, “İranın mövqeyinin güclənməsi ilə əlaqədar prezident Obamanın admnistrasiyası regionla bağlı siyasətində müəyyən redaktələr etmək məcburiyyətindədir.

İslam Respublikasının mövqeyinin güclənməməsi üçün ABŞ müttəfiqlərinin demokratik dəyişilikləri həyata keçirməsi prioritet olmalıdır”. Aydın məsələdir ki, diktator perzident və diktator kraldan bu addımları ABŞ gözləmirdi amma bir növ onları gələcək dəyişikliklərin baş verəcəyi ilə bağlı xəbərdarlıq etmiş oldu. İran isə müxtəlif təriqətli dindar qardaşların birliyini həyata keçirir və düşmən qismində hədəf Böyük sionizmi və onların yerlərdəki marionetləri olan zalım hökuməti göstərirdi.

Təşkilatlanma hər hansı bir siyasi və ya ictimai qrum altında deyil ayrı ayrı dini, hətta ölkədə düz əməlli tanınmayan amma vahid mərkəzə bağlı xırda qruplar altında aparıldı. Hələ 2010-cu ilin sentyabrında sionist ordusunun keçmiş qərargah rəsisi Şaul Mofaz Vaşinqtondakı Four Seasons mehmanxanasında dövlət katibi Klinton və MKİ-nin rəisi Leon Edvard Panetta ilə görüşü zamanı demişdi ki, biz Obamanın yaxın şərq siyasətindən tam razı deyilik. İranla bağlı siyasi qətiyyəti müşahidə olunmur. Xırda dini qruplar altında İranın mövqelərinin Misirdə, Mərakeşdə, Səudiyyə Ərəbistanında, İordaniyada, Yəməndə, Qətərdə, BƏƏ-də, Əlcəzairdə, Liviyada, Tunisdə, Omanda güclənməsi baş verir və ilk hədəf də İsrail və ABŞ maraqlarıdır.

İran öz planlarını həyatə keçirməyə başlamadan biz müttəfiqlərimizlə onları qabaqlamalıyıq”. İran əsilli Mofaz, artıq uzun müddətdir ki, Mossadın İran üzrə aparıcı ekspertidir. ABŞ-ın xüsusi xidmət orqanları da eyni siqnalı verdikdən sonra Dövlət Departamentinə işləyən müvafiq ekspertlər şurası yol xəritəsini tərtib etdi.
Bu projenin başlanğıcında isə bəzi ərəb dikdatorları olan ABŞ dostlarının kürsüdən getməsi durur. ABŞ-ın xarici siyasət şurasının vitse - prezidenti və eksperti İlan Berman deyir ki, “ABŞ çox nadir və zəruri hallarda bir səbəbə əsaslanıb dəyişikliyin həyata keçirilməsi məcburiyyətində qalır. Əksər hallarda atılacaq addımlar üçün bir neçə səbəbin mövcudluğu mütləqdir”. Həm Zeynal Abdin Bin Əli həm də Hüsni Mübarəkin postdan getməsinə bir yox bir neçə səbəbə əsasən Ağ Ev rəvac verib :

1 . Ərəb dünyasında İranın nüfuzunun artmasını görən ABŞ demokratiya havası əsdirmək üçün ciddi redaktələr etməli idi ki, bu da uzun müddət hakimiyyətdə olan dikdatorların sonunu labüdləşdirdi. Ona görə də dikdatorlara qarşı xalq üsyanında ABŞ dostlarını dəstəkləyə bilməzdi. Bundan başqa ABŞ çox böyük zəhmət və resurslarla İraqı işğal edib neftinə sahib çıxsa da nəticədə gördü ki, onun İraqdakı real və hesablaşacağı rəqibi nə AB, nə Rusiya, nə də Çin deyil elə İranın özü oldu. Bu da amerikoslar üçün böyük dərs oldu.
2. Hakimiyyət dəyişikliyi sonrası bu ölkələrdə ABŞ investisiyasının yatırılması və insan azadlıqlarına və islahatlara dəstək İran təmayüllü dini siyasi qruplar üçün tutarlı kontrarqument sayıla bilər.

3. Böyük sionizmin İrana qarşı təzyiqlərinə cavab olaraq İslam Respublikasının dünya ictimaiyyətinin diqqətini özündən yayındırmaq üçün yaxın şərqdəki xalq üsyanını alovlandırmasına ABŞ qabaqdan gəlmişlik edib dikdatorların “fatehə” sini verməli idi.

4. Bir başı Mərakeş o biri başı İraq və Bəhreyn olan ərəb coğrafiyasınıda yankilərin planlaşdırdığı hərbi qarşıdurma ABŞ hərbi sənayesinin yeni sifarişləri üçün arzuolunan situasiyadır.

Planetin ərəb zolağında baş verən çoxsaylı hərbi qarşıdurma İsrailin fələstinə qarşı apardığı holokost siyasətini kölgələmiş olacaq. (Qeyd edim ki, kral Məhəmməd VI gənc olsa da mərakeş gəncləri arasında antipatiya hədəfidir. Əsasən avrotəhsilli ölkə gəncləri kralın səlahiyyətlərinin məhdudlaşdırlımasını, korrupsiyaya son qoyulmasını, ölkənin kokoin tranzitindən sənaye ölkəsinə çevrilməsi tələbi ilə sosial şəbəkələrdə çıxış edirlər.

Bu qarşıdurmada İranın hansı mövqedə durmasından aslı olmayaraq ABŞ hərbi sənayesi ən çox silah satan tərəf olacaq. Yerigəlmişkən Rusiyanın hərbi sənayesinin bu projedə satışı, öncədən aparlımalı olan siyasi kursun mövcud olmamasıdan çox məhdud durumda qalacaq.

Nə Tunisdə nə də Misirdə inqilab baş verməyib. KİV-də çıxış edənlər baş verənləri səhvən inqilab adlandırır. Bu hadisələr dövlət çevrlişi olsa belə mahiyyəti və adı xalq üsyanıdır. Hələ orta məktəbdə bizə öyrədiblər ki, inqilab elə bir dövlət çevrilişidir ki, bu çevriliş nəticəsində mövcud dövlət qurluşu başqa bir qurluş ilə əvəzlənsin. Amma göründüyü kimi nə baş verənlərdə liberalizm bir qurluş kimi əvəzləndi, nə də baş veriləcəklərdə əvəzlənəcəyi ehtimalı var .

İndi də gələk İran və Azərbaycanln məsələsinə. Permanent üsyan dalğasının İrana gələcəyini iddia edənlər unudurlar ki, Misirdən fərqli olaraq İranda :
Xalq hazırkı qurluş və hökuməti dəstəkləyir. Xatırlayıram bir neçə ilə əvvəl Dini lider Ayətullah əl üzma Seyyid Əli Xameneyi Təbrizdə böyük bir kütlə qarşısında səfəri zamanı ona ünvanlanan “Ağa xahiş edirik azərbaycan dilində bir kəlmə söz deyin” xahişinə rəğmən dedi ki, “ azərbaycan oyaqdır, inqilba dayaqdır”
Ordunun ABŞ-ın deyil Dini liderin əlindədir.
Ordudan da güclü olan İnqilab keşikçiləri qvardiyasının ixtiyarı yenə də Dini liderin əlindədir.
75 milyonluq İranda 5-10 min adamın küçələrə çıxıb “dikdatora ölüm” şüarı səsləndirməsi Böyük sionizmin arzusunun həyata keçməsi üçün kifayət deyil.
Hətta Kərrubi, Musəvi və Xatəmi triosu Böyük sionizmə sədaqətdə Mübarəkin mövqeyini 180 dərəcədə bölüşür.
Odur ki, İslam Respublikasında bu proyektin fiaskosu açıq - aşkar əvvəlcədən bəllidir.

Azərbaycana gəlincə isə vəziyyət tam başqadır. Bizim məmləkətdə hazırkı hakimiyyəti aşırmaq gücü ABŞ və Rusiyanın əlindədir. Amma nə Dövlət Departamenti nə də Kreml Əliyevdən bir prezident kimi narazı deyil. Amma əgər AXCP və Müsavat cütlüyü Azərbaycan xalqını əliyev rejiminə qarşı səfərbər edib, tam həmrəylik surətində kütləvi etirazlara cəlb edə bilərsə, bu zaman ABŞ Əliyevi dəstəkləməyəcək, Rusiya isə Əliyevin alternativini görmədən və onun üçün məqbul hesab etmədən üsyana yaşıl işıq yandırmayacaq.

AXCP Müsavat cütlüyü Kreml üçün Əliyevə alternativ ola bilməz, Kreml məqbul alternativ olmadan Əliyevin getməsinə razılıq verməyəcəyi halda isə üsyanın baş tutması ehtimalı çox azdır. Məqbul alternativ Kreml üçün önəmlıidir. Çünki Gürcüstanda gördüyünü bir daha görmək istəmir. Bundan başqa alternativlər yetişdirmək Kreml üçün qeyri ənənəvi və de prof bir xüsusiyyətdir, baxmayaraq ki, bu işdə ABŞ çox mahirdir. Deməli bizdə xalq üsyanının yaxın gələcəkdə perspektivi yoxdur.

Islam times - Julian Ass
wikileaks.az@mail.ru
Source : IslamTimes
Comment