0
Sunday 27 February 2011 - 12:19

Nökər kimdir?

Story Code : 56584
Nökər kimdir?
Nökər kimdir?
Azərbaycan xalqının qanını somuran bir rejimin zindanında yatan adam haqqında “nökər” sözünü işlədənin kimliyi ilə maraqlandım. Pia-nın və araşdırma mərkəzinin mərhum rəhbəri Şahin Ağabəylinin ruhu bir siyasi məhbusun onun zəhmətləri bahasına başa gələn mərkəzin adından təhqirindən nə yaşayır?
Şahin Ağabəyli qələm adamları arasında sayılıb-seçilən bir adamdı. Allah rəhmət etsin.
“Milli Yol” qəzetini, “Poliqon” İnformasiya Agentliyini söz sahibi etmişdi. Hərbi akademiyanı bitirmiş mərhum jurnalistin dəfn mərasimində təkcə xoş yox, həm də səmimi ifadələr işlədildi. Nə isə…
Şahin Ağabəylinin bütün irsi qaldı qardaşı Azər Qaramanlı, bir də dostu Anar Gəraylıya. Anarın qəribə bir münasibəti ilə rastlaşdım: “Əslində mən axirətə inanan adam deyiləm, amma bilirəm ki, Şahin bizi izləyir…” Paradoks yox, məntiqsizlik, cəfəngiyyat!
Lap əvvəldəki cümləni kim yazıb? Azər, yoxsa Anar? Bəlkə elə Şahin? Hər kim yazıbsa Şahinin adı ortaya gəlir. Müəllif xamlığını o zaman ortaya qoyur ki, araşdırma mərkəzinin şərhində “nökər” sözünü işlədir. Müəllif bu sözü işlətməklə professional olmadığını, eyni zamanda içində üfunət dolu qərəz daşıdığını ortaya qoyur.
Heç şübhəsiz ki, müəllif nökər adlandırdığı Səmədovla şəxsən tanış deyil. Amma Səmədov Azərbaycanda o qədər tanınır ki, onunla şəxsən tanış olmadan da kimliyini dərk etmək olar. Səmədov qeyri-qanuni yolla (saxta seçkilərlə) hakimiyyətə gəlmiş, bu azmış kimi torpağı qızıl məmləkətin xalqına qul həyatı yaşadan, danışanın dilini kəsən birini Yezidə bənzədib. Və məhz buna görə də həbs edilib. Özü də ki şərlənərək. Yaxınlarının evinə silah ataraq Səmədovu terrora hazırlıqda ittiham ediblər. Bir iynə ucu vicdanı olan şəxs Səmədova nökər deməz. Necə ki Leyla Yunusdan belə Səmədova dəstək oldu. Necə ki mərhum Şahin həbs ediləndə kişilərin hücumuna məruz qalmadı. Nökər bu rejimin şərləyib həbsə atdığı insana hücum çəkən tipdir. Səmədov əqidə adamıdır və ölər, azadlığa çıxmaq üçün Ulu Öndərin ziyarətinə getməz!
Poliqon Analitik Araşdırma Mərkəzi adından çıxış edən fərd əvvəlcə nökər sözünün tərifini bilməlidir. Bu gün Azərbaycanda hansısa xarici təşkilatla münasibəti olmayan siyasətçi yoxdur. İnanclı siyasət adamının İranla əlaqələrində də qeyri-adi bir şey görünmür. Digər tərəfdən, Səmədov həbs ediləndə iranlı yox, türkiyəli islamçı ilə birgə olub. Bu gün ABŞ, İsrail demirəm, Ermənistanla əlaqə saxlayanlar var. Bu gün dünyada iblis oyunu oynayan SOROS-un pulu ilə kişilənənlər var. Azərbaycanlı dindarın din aliminə ehtiramı adi yox, zəruri bir haldır. Dindar İslam yolunda varlığını vermiş din alimini qoyub YAP-çı-biznesmen Şeyxə iqtida edəsi deyil ki! İnanc insanının rəhbəri nə ABŞ, nə İsrail, nə Qərb, nə də rüşvətxor rejimdir. İnanc insanının rəhbəri bir zaman ərəbdən olan Peyğəmbər idi, bu gün də Azərbaycandan olması şərt sayılmayan din alimidir.
Poliqon bilməlidir ki, nökərdən mücahid, məhbus, şəhid olmur. İnanc insanlarının yolu isə bu üç mərhələdən keçir: mübarizə, həbsxana, şəhadət! Hesabınız inanmadığınız Allahla!

Samir Tac
HaqqYolu üçün

Comment