QR CodeQR Code

İmam Hüseynin (ə) kəlamında İmam Mehdi (ə-c) - 1

Maide , 4 Nov 2016 14:07

İslamtimes - İmam Hüseyn (ə) müxətlif yerlər və münasib fürsətlərdə axır zamanda baş verəcək böyük tarixi hadisədən – imam Mehdinin (ə) qiyamı və xüsusiyyətlərindən, zühur əlamətləri və mərhələlərindən söz açmışdır.


O həzrət imam Mehdinin (ə.c.) dünyaya gəlişindən illər öncə qeyb dönəmindən söz açaraq buyurmuşdur:

قائِمُ هذِهِ الْامَّةِ هُوَ التَّاسِعُ مِنْ وُلْدی وَ هُوَ صاحِبُ الْغَیبَةِ وَهُوَ الَّذی یقْسَمُ میراثُهُ وَ هُوَ حَی

“Bu ümmətin Qaimi mənim doqquzuncu övladımdır. O, qeybdə yaşayacaq və mirası sağ ikən bölüşdürüləcək.”

Şəhidlər sərvəri imam Hüseyn (ə) imam Mehdinin (ə.c.) kiçik və böyük qeyb dövrünə işarə edərək buyurmuşdur:

لِصاحِبِ هذاالْامْرِ غَیبَتانِ احْداهُما تَطُولُ حَتَّی یقُولَ بَعْضُهُمْ: ماتَ، وَ بَعْضُهُمْ: قُتِلَ وَ بَعْضُهُمْ: ذَهَبَ. وَلا یطَّلِعُ عَلی مَوْضِعِهِ احَدٌ مِنْ وَلی وَلا غَیرِهِ الَّا الْمَولی الَّذی یلی امْرَهُ؛

“Zəmanə sahibinin iki qeyb dövrü olacaq: onlardan biri uzun çəkəcək. Belə ki, bəziləri onun dünyadan köçdüyünü, bəziləri qətlə yetirildiyini, bəziləri də onun qiyam edib getdiyini deyəcəklər. Onun əmrlərini icra edən xas məmurlarından başqa, heç kim – istər dost, istər düşmən, onun yerindən xəbərdar olmayacaq.” (“Mocəmu əhadisil-Məhdi (ə), 3-cü cild, səh.366.)

İmam Hüseyn (ə) övladı imam Mehdinin (ə) zühur əlamətləri haqda belə buyurur:

للمهدی خمس علامات: السفیانی، و الیمانی، و الصیحة من السماء، و الخسف بالبیداء و قتل النفس الزکیة

“Mehdinin (zühuru üçün) beş əlaməti vardır: 1. Süfyaninin qiyamı; 2. Yəmaninin qiyamı; 3. Səmavi nida; 4. “Beyda” çölünün batması (Beyda çölündə Süfyani ordusunun yerə batması); 5. Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi.” (“Əl-qeybət”, Nömani, 14-cü bölüm, səh.247, 257 və 383; “Əl-qeybət”, Şeyx Tusi, səh.256, 274 və 280; “Biharul-ənvar”, 52-ci cild, səh.181, 186, 237, 239 və 278.)

İmam Hüseyn (ə) on ikinci imamın uzunmüddətli qeyb dönəmi, İslam ümməti arasında gözəgörünməz hüzuru və zühur əlamətləri haqda məlumat verdikdən sonra, o həzrətin zühurunun həqiqi intizarçılarına da işarə edərək buyurmuşdur:

مِنَّا اثْنَا عَشَرَ مَهْدِيّاً أَوَّلُهُمْ أَمِيرُ الْمُؤْمِنِينَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ وَ آخِرُهُمُ التَّاسِعُ مِنْ وُلْدِي وَ هُوَ الْإِمَامُ الْقَائِمُ بِالْحَقِّ يُحْيِي اللَّهُ بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِها وَ يُظْهِرُ بِهِ دِيْنَ الْحَقِّ عَلَى الدِّينِ كُلِّهِ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ لَهُ غَيْبَةٌ يَرْتَدُّ فِيهَا أَقْوَامٌ وَ يَثْبُتُ فِيهَا عَلَى الدِّينِ آخَرُونَ فَيُؤْذَوْنَ وَ يُقَالُ لَهُمْ مَتى‏ هذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صادِقِينَ أَمَا إِنَّ الصَّابِرَ فِي غَيْبَتِهِ عَلَى الْأَذَى وَ التَّكْذِيبِ بِمَنْزِلَةِ الْمُجَاهِدِ بِالسَّيْفِ بَيْنَ يَدَيْ رَسُولِ اللَّهِ )ص)

“On iki hidayətçi imam bizdəndir. Onlardan birincisi Əmirəlmöminin Əli ibn Əbu Talib, sonuncusi isə mənim doqquzuncu övladımdır və o, haqqı bərpa edən imam Qaimdir. Müşriklərin xoşuna gəlməsə də, Allah-Taala onun vasitəsilə yer üzünü öldükdən sonra dirildəcək və haqq dini onun əli ilə bütün dinlərə qalib edəcək. Onun qeyb dövrü olacaq ki, bəziləri dindən çıxacaq, bəziləri də dində sabit qalacaq, əzab-əziyyət görəcəklər və onlara deyiləcək: “Əgər doğru deyirsinizsə, bu vəd haçan gerçəkləşəcək?” Amma bilin ki, onun qeyb dönəmində təkzib və işkəncələrə səbir edib dözən şəxs, sanki Rəsulullahın (s) hüzurunda qılınc çalan mücahid kimi olacaq.” (“Kəmalud-din”, Şeyx Səduq, tərcümə: Mənsur Pəhləvan, “Darul-hədis” nəşriyyatı, 1-ci cild, səh.11.)

İmam Hüseyn (ə) imam Mehdinin (ə) qeyb dövrünün uzunmüddətli olduğunu nəzərə alaraq, heç kimdə şək-şübhə qalmasın deyə, onun zühurunun qəti və labüd olmasına toxunaraq təkidlə buyurmuşdur:

لَوْ لَمْ یبْقِ مِنَ الدُّنْیا الَّا یوْمٌ واحدٌ لَطَوَّلَ اللَّهُ عَزَّوَجَلَّ ذلِک الْیوْمَ حَتَّی یخْرُجَ رَجُلٌ مِنْ وُلدی، فَیمْلَأُها عَدْلًا وَ قِسْطاً کما مُلِئَتْ جَوْراً وَظُلْماً، کذلِک سَمِعْتُ رَسُولَ اللَّه یقُولُ؛

“Əgər dünyanın sonuna bir gün qalsa da, Allah-Taala həmin günü mənim nəslimdən bir kişinin zühur edəcəyi vaxta qədər uzadar və o, dünyanı zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldurar. Mən Allahın Rəsulundan (s) belə eşitmişəm.” (“Kəmalud-din”, 1-ci cild, səh.317; “Üyunul-əxbar”, 1-ci cild, səh.180.)

İMAM MEHDİYƏ (Ə.C.) EŞQ

Bir gün şəhidlər sərvəri imam Hüseynin (ə) hüzurunda zühur əsri və imam Mehdinin (ə.c.) müqəddəs varlığından söz açıldı. O həzrətdən: “İmam Mehdi (ə.c.) hal-hazırda dünyaya göz açıbmı?” – deyə soruşdular.

Həzrət buyurdu:

لا وَلَوْ ادْرَکتُهُ لَخَدَمْتُهُ ایامَ حَیاتی؛

“Xeyr! Əgər onu dərk etsəydim (onun dövründə olsaydım), bütün ömrümü ona xidmətdə keçirərdim.” (“Əl-qeybət”, Nömani, səh.245; “Əl-xəsaisul-Huseyniyyə – Vijegihaye imam Huseyn (ə)”, Əbdülkərim Pakniya, səh.172.)

İlahi! Gözlərimizi o həzrətin mübarək camalı ilə işıqlandır və bizi onun vəfalı dostları, fədakar əsgərlərindən qərar ver! Amin!

Rza Şükürlü


Story Code: 580911

News Link :
https://www.islamtimes.org/az/article/580911/imam-hüseynin-ə-kəlamında-mehdi-c-1

Islam Times
  https://www.islamtimes.org