0
Tuesday 8 November 2016 - 15:58

Zərdüşt Əlizadə: “Qarabağ mövzusu Rusiyaya lazım olana qədər uzadılacaq”

Story Code : 582026
Zərdüşt Əlizadə: “Qarabağ mövzusu Rusiyaya lazım olana qədər uzadılacaq”
Bu sözləri Bakıda mətbuat konfransında İtaliyanın xarici işlər naziri Paolo Gentiloni deyib. O bildirib ki, İtaliya xüsusilə Dağlıq Qarabağ məsələsində vasitəçilərin rolunu sürətləndirməyə çalışacaq: "Həmçinin digər prioritet sahələr də mövcuddur. ATƏT-də digər ölkələrlə miqrasiya məsələsinə toxunacağıq. Bu gündəmdə olan məsələdir".

Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ATƏT ciddi bir qurum deyil ki, bu münaqişənin həllində hər hansısa bir rol oynasın: “Ümumiyyətlə bu cür növbətçi ifadələr artıq kifayət qədər tez-tez səsləndirilir. Hər dəfə ATƏT-ə yeni seçilən rəhbərliklər müəyyən standart fikirlər var ki, onları səsləndirməyi bir növ borc hesab edirlər. Bu cür standart fikirlər sırasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan fikirlərə də yer alır. Bu baxımdan ATƏT sədrliyinə seçilən ölkə rəsmiləri bu mövzu ilə bağlı müəyyən fikir bildirir. Amma bu cür fikirlərin heç bir əməli əhəmiyyəti yoxdur. Çünki, münaqişəni Rusiya tam nəzarətdə saxlayır. Fransa və ABŞ bu oyunda iştirak edirlər. Hər tərəf mümkün olduğu qədər çalışır ki, münaqişəni daha çox öz nəzarətinə alsın və münaqişə həll edilməsin. Bu münaqişə bölgədə nüfuz mənbəyidir. Bir çox oyunçular, o cümlədən Azərbaycan və Ermənistan hakimiyyətləri də bu amildən istifadə edib öz xeyirlərini götürürlər. Ümumiyytlə ATƏT ciddi bir qurum deyil ki, bu münaqişənin həllində hər hansısa bir rol oynasın. Bu qurum humanitar məsələlərin həllində vasitə ola
Source : Deyerler
Comment