0
Friday 30 December 2016 - 01:05

Tale Bağırzadə: “Məscidə ayaqqabı ilə girmək İslamı təhqir etməkdir”

Story Code : 595742
Tale Bağırzadə: “Məscidə ayaqqabı ilə girmək İslamı təhqir etməkdir”
Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə deyir ki, İlham Əliyev məscidi ziyarət edərkən ayaqqabılarını çıxarmağı belə özünə rəva görməyib. Halbuki, dünyanın heç bir yerində məscidə ayaqqabı ilə girmirlər.

“İlham Əliyevin ziyarətilə bağlı reportajlardan görünür ki, “Bəylər” məscidini turizm obyektinə çevirirlər. İlham Əliyev də bu obyekti ayaqqabı ilə gəzir. Bu, sanki Kəbəyə ayaqqağı ilə daxil olmaqdır. Bu cür hərəkətlər İslamı da, milli-mənəvi dəyərləri də təhqir etməkdir”, – Taleh Bağırzadə bildirib.

İlahiyyatçı qeyd edir ki, Əliyev hakimiyyətinin islahatlar həyata keçirəcəyinə qətiyyən inam yoxdur: “Əvvəllər bəzən düşünürdüm ki, bunlar islah oluna bilər. Amma “bandotdel”ə düşənə qədər. Nardaran hadisələri və ardından “bandotdel”də gördüyüm əməllərdən, simalardan sonra artıq birmənalı qənaətim budur ki, bunlar islahata gedən deyillər. Nardaranda qara bayraqları çıxarıb Azərbaycan bayrağı asmaqla islahat olmur. Əksinə, özlərini biabır eləyirlər. Azərbaycan bayrağı bütün xalqımız üçün, o cümlədən Nardaran sakinləri üçün də müqəddəsdir. Nardaranda bizim oturduğumuz evdə də divardan üç rəngli Azərbaycan bayrağı asılmışdı.”
Source : Nur.az.com
Comment