QR CodeQR Code

İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir

Deyerler , 12 Feb 2017 23:42

Islamtimes - Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) - mənim ailəmdən və Fatimənin (s.ə) övladlarındandır ki, mənim sünnətim əsasında vuruşacaqdır. Necə ki, mən vəhy üzrə vuruşmuşdum”.


Deyerler.org: Bəzi hədislərimizdən belə nəticəyə gəlmək olur ki, Həzrət Zəhra (s.ə) ilə İmam Zaman ağa (ə.f) arasında sıx rabitə mövcuddur. Bu iki əzizin arasında öz sirləri vardır. Həzrət Fatiməni (s.ə) tanımadan, Həzrət Məhdini (ə) tanımaq olmaz. Xanım (s.ə) bu cür övlada malik olduğu üçün fəxr edir. Həmçinin Həzrət Məhdi (ə.f) də bu cür anaya malik olduğu üçün qürur hissi keçirir.

Həzrət Məhdi (ə.f) – Həzrət Zəhranın (s.ə) davamçısıdır. Onun aynası kimidir. Onun hədəfi – Xanımın (s.ə) hədəfidir. Bu haqda gələn bəzi hədislərə işarə edək: Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) - mənim ailəmdən və Fatimənin (s.ə) övladlarındandır ki, mənim sünnətim əsasında vuruşacaqdır. Necə ki, mən vəhy üzrə vuruşmuşdum”.

Allah Təala buyurur: “Ey Muhəmməd! Sənə o kəsi (Əli) əta etmişəm ki, 11 yol göstərən onun nəslindən xaric olacaqdır. Hamısı sənin nəslindən, Zəhrayi-Bətuldandır (s.ə). Onların sonuncusu o kişidir ki, onun əli ilə həlakətdən nicat verəcəyəm”.

Ümmi Sələmə deyir: “Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Məhdi (ə.f) – mənim ailəmdən və Fatimənin (s.ə) övladlarındandır”.

Həzrət Məhdi (ə.f) buyurur: “Allahın Rəsulunun (s) yeganə pak qızının əməl və sünnəti mənim üçün nümunə və bəyənilən örnəkdir”.

Quran bizlərə iki örnəyi belə tanıdır: “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə)ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).

“Əlbəttə, sizin üçün – Allaha və axirət gününə ümid bəsləyənlərə –onlar(ın rəftarın)da gözəl bir örnək vardır və kim üz çevirsə (özünə zərər vurmuşdur)”. (“Mumtəhənə” 6).

Bu ayələrdə o kəslər ki, Həzrət İbrahim (ə) və Həzrət Rəsulla (s) bir yerdə olar, nümunə kimi tanıdılmışdır. Ona görə də örnək dedikdə, təkcə İlahi peyğəmbərlər (ə) nəzərdə tutulmur. Onların yolunda olan hər kəs örnək sayıla bilər.

İmam Zaman ağanın (ə.f) Həzrət Zəhranın (s.ə) özü üçün örnək qərar verməsi ona görədir ki, Həzrət Zəhra (s.ə) hər bir cəhətdən Peyğəmbərə (s) bənzəyirdi. Yol getməyindən tutmuş, danışmağına qədər.

Bəli, Həzrət Məhdi (ə.f) mütləq gələcəkdir və anası Həzrət Zəhranın (s.ə) yolunu davam etdirəcəkdir. Necə ki, Xanım (s.ə) atasının dininin ayaqda qalması üçün ənsarların və mühacirlərin evinə gedir və beyətlərini yadlarına salırdı və zamanlarının İmamını (ə) onlara tanıdırdı, Həzrət Məhdi (ə.f) də Peyğəmbərin (s) və Həzrət Zəhranın (s.ə) hədəfini yerinə yetirmək üçün inqilab edəcəkdir.


Story Code: 608950

News Link :
https://www.islamtimes.org/az/article/608950/imam-zaman-ağa-ə-f-həzrət-zəhranın-s-işini-davam-etdirəcəkdir

Islam Times
  https://www.islamtimes.org