0
Thursday 24 March 2011 - 01:11

Bu ilk Fransız alçaqlığı deyil

Story Code : 61124
Bu ilk Fransız alçaqlığı deyil
Bu ilk Fransız alçaqlığı deyil
Islam times.org/az/ - Anadolunu da işğal edən Fransa işğal etdiyi torpaqlarda qadınlara qarşı təcavüzlərdə tarixdə çirkli bir iz buraxıb.

Qəhramanmaraşda Fransız əsgərlərinin bir hicablı müsəlman qadınına təcavüz etdikləri üçün Südçü İmam adlı şəxs Fransız əsgərini öldürmüş və bununla başlayan şərəfli mübarizədə Fransızlar Türkiyədən qovulmuşlar.

Liviyaya qarşı vəhşi hücuma start verən Fransa qabaqlarda əl-Cəzairi işğal etmiş və burada böyük bir soyqırım həyata keçirmişdi.

Əl-Cəzair 1830-cu ildən 1962-ci ilə qədər yəni cəmi 132 il müddətində Fransanın işğalında qaldı. Bu müddət içində əl-Cəzair xalqı da müstəqillik uğrunda döyüşlər etdi. Ən şiddətli döyüş isə 1954-1962 arasında reallaşdırılan böyük müstəqillik döyüşüdür. Bu müddət içində Fransız işğalçılar yarım milyon əl-Cəzairlini vəhşicəsinə şəhid etdilər.

Fransanın daha əvvəl əl-Cəzair və indi də Liviyaya qarşı təcavüzkar hücumunun altında müdhiş bir Osmanlı düşmənliyi yatır. Tarix boyunca Osmanlı qarşısında həmişə əzik qalan, Anadolunu işğal etdiyində isə böyük bir yumruq yeyən Fransa hər fürsətdə Osmanlının Afrikadakı torpaqalrına hücum etdi.

Fransanın əl-Cəzairə qarşı işğal məqsədli hücumları 1827-də başladı. Lakin hücumların başlamasıyla əlaqədar hadisələr getdikcə maraqlı və düşündürücüdür. O tarixdə əl-Cəzair, Osmanlı dövlətinə bağlı bir əyalət vəziyyətində idi və başında da əslən İzmirli olan Dayı Hüseyn Paşa durmuşdu.

Lakin Osmanlı Dövlətində baş verən zəifləmə əl-Cəzairi də Fransa qarşısında zəif vəziyyətə salmağa başlamışdı. O sıralarda Fran
a hökuməti, Bakri və Busnak adlı əl-Cəzairli iki yəhudidən 5 milyon Frank və bir miqdar qızıl borc almışdı. Fransa krallıq idarəsinə keçincə yeni rəhbərlik bu borcları tanımaqla birlikdə ödəməyi dayandırdı.

Bununla yanaşı qeyd etdiyimiz iki yəhudi Dayı Hüseyn Paşanı dövrəyə saldılar. Hüseyn Paşa da tabeliyində olan bu iki adamlara qarşı hərəkətə keçdi və bəzi Fransız gəmilərinı əldə etdi. 29 aprel 1827-ci il tarixində bu borcların mübahisə müzakirə edildiyi sırada Dayı Hüseyn Paşa, Fransız konsulu Pierre Devalın üzünə əlindəki yelpiklə vurdu.

Fransa da bu hadisəni döyüş elanı qəbul edərək 16 İyun 1827də hərbi hərəkatı başlatdı. Əslində Fransa belə bir hərəkat üçün məlum hadisədən əvvəl hazırlığını etmişdi. Bu ilk hərəkatdan sonra əl-Cəzairin sahillərini mühasirə altına aldı.

O aralarda Yunanıstan işğalıyla məşğul olan İstanbul rəhbərliyi isə hadisələrə müdaxilə etmə imkanından məhrum idi. Buna görə diplomatik yollardan məsələnin həlli üçün məşğul olurdu. Amma Fransa üstünlüklü vəziyyətini qiymətləndirərək işğal planını reallaşdırmaq istəyirdi.

Fransa, İngiltərə və Rusiyayla da əməkdaşlıq edərək 20 Oktyabr 1827-ci ildə Navarindəki Osmanlı donanmasını yandırdı. Bu hadisədən qısa bir müddət sonra 1828-29 Osmanlı-Rus Döyüşü başladığından əl-Cəzair, Fransa qarşısında tənha qaldı. Bu vəziyyətə baxmayaraq yenə də Fransa, əl-Cəzairi qısa müddətdə işğal edə bilmədi.

14 İyun 1830-da General Bourmont rəhbərliyi altında yeni bir donanma və 37.000 şəxsi heyət göndərdi. Bu hərbi qüvələrlə 5 İyul 1830-cu ildə paytaxt əl-Cəzairi işğal edə bildi.

Lakin o arada məşhur Əmr Abdülqadir rəhbərliyi altında partizan döyüşü başladıldığından Fransa, əl-Cəzairi bütövlükdə ələ keçirə bilmədi. Əmr Əbdülqadirin işğalçı qüvvələrə qarşı müqaviməti 1947-ə qədər sürdü və Fransanın ölkənin tamamilə üzərində hakimiyyət etməsi də ancaq bu müqavimətin sona çatmasından sonra baş verdi.

İSLAMTİMES - NEMƏT TURAN
Reporter :
Source : IslamTimes
Comment