0
Thursday 23 February 2017 - 18:28

İsrail Babül-Məndəb boğazına hakim olmaq istəyir - ANALİZ

Story Code : 612319
İsrail Babül-Məndəb boğazına hakim olmaq istəyir - ANALİZ
Qərbi Asiya məsələləri üzrə mütəxəssis Məhəməd Rza Haciyan "Tasnim" Xəbər Agentliyinə verdiyi müsahibədə Yəmənin mətbuat və informasiya nazirinin Amerika və İsrailin "əl-Qaidə"ni Babül-Məndəbə hakim etməyə çalışdığı istiqamətindəki açıqlamaları haqqında və İsrailin strateji Babül-Məndəb boğazına hakim olmağa çalışmasına toxunaraq bunları söyləyib: "Dünyada texnologiyanın və hərbi texnikanın inkişafına baxmayaraq hələ də bəzi ərazilərə hakim olmaq, hərbi və geosiyasi məlumatlarda böyük əhəmiyyətə malikdir. Dünyada siyasi, hərbi və ticari məsələlər üçün strateji bəzi məqamlar var. Bəzi nöqtələrin böyük təsirləri var. Babül-Məndəb boğazı da bu nöqtələrdən biridir.

Babül-Məndəb boğazının Asiya, Avropa və Afrika qitələri və Şərqi Asiya və Qərb ölkələri arasında əlaqəni təmin edən dördyol olduğu deyilə bilər. Bu boğaz dünyanın ən əhəmiyyətli dəniz ticarət yollarından biridir. İsraillilər əvvəldən bəri Efiopiya və Eritreya kimi region ölkələrində gizli bazalar yaradaraq bu bölgədə giriş-çıxış üzərindəki hakimiyyəti təmin etməyə çalışmışdır. Şərqi Asiyadakı İslam ölkələrinin sıx əhali sayı nəzərə alınaraq bu bölgə bu ölkələrə gedən gəmilərin keçid yoludur".

Qərbi Asiya məsələləri üzrə mütəxəssis Qırmızı dənizin şimal-şərqindəki Əqəbə körfəzinin Eilat Limanına uzandığını qeyd edərək bunları deyib: "Bu körfəz Sionist rejim üçün böyük əhəmiyyətə malikdir. Digər tərəfdən, Aralıq dənizi də Fələstinin şərqində yerləşir və bu dəniz yolu ilə Sionist rejimə çatıla bilməsi bu rejim üçün böyük bir təhdid sayılır və İsrail bu bölgəyə hakim olmaq üçün bütün təhdidləri özündən uzaqlaşdırmağa çalışır".

Haciyan özünü böyük qüvvə kimi görən, hərbçiləri sərbəst şəkildə dünya su sərhədlərində və Yaxın Şərq regionunda varlıq göstərən Amerika üçün də bu regionun təhlükəsizliyinin vacib və çox əhəmiyyətli olduğunu ifadə edərək bu bəyanatları verib: "Onlar mümkün olan hər bir şəkildə və müxtəlif vasitələrlə bu bölgədəki varlıqlarını sabit saxlamağa çalışırlar. Lakin "əl-Qaidə" məsələsinin gündəmə gətirilməsi haqqında onu deməliyik ki, "əl-Qaidə" Amerika üçün bir növ alət və vasitədir və əslində "əl-Qaidə" hədəf deyil.

Amerikalılar Yəməndə iki təhdidlə üz-üzədir. Heç bir şəkildə Amerika və İsrailə tabe olmayan inqilab qüvvələri onlar üçün bir təhdid sayılır və ikinci təhdid də "əl-Qaidə" kimi qruplardır. Bu səbəbdən Amerikalılar inqilab qüvvələri ilə mübarizə üçün "əl-Qaidə"dən bir vasitə olaraq istifadə etməyə üstünlük verirlər. Onlar əgər ilk təhlükəni aradan qaldırsalar, ikinci təhdid də aradan qalxacaq. Onlar bu siyasəti Əfqanıstanda da tətbiq etmişdilər və Suriya ilə İraqda da İŞİD-dən istifadə ediblər.

Amerikalılar terrorçuluqla mübarizə mövzusundakı ikiüzlü siyasətlərinin özləri üçün bir çox problem yaradacağının fərqində deyillər. Vaşinqton belə bir vəziyyətdə, hətta bu proses Amerikanın yardım və dəstəyi ilə ortaya çıxmış olsa belə, bu təşkilata nəzarət edə bilməyəcək və bu təşkilatın hər an onların nəzarətindən çıxmaq imkanı var. Məhz o zaman amerikalılar terrorçular tərəfindən böyük zərər və itkilərə məruz qoyulacaq".

Tərcümə İslamazeri.az saytına məxsusdur...
Source : İslamazeri
Comment