QR CodeQR Code

Ukrayna möminlərinin Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanatı

Nur.az.com , 25 Feb 2017 16:37

İslamtimes - Hakim dairələr tərəfindən törədilən bu zülmlə tək şəxslər yox, əslində ölkədə dinin fundamentləri hədəfə alınıb.


Bismillahir-Rəhmanir-Rəhim

Azərbaycanda dinə, şiəliyə qarşı aparılan repressiya dalğası, ölkə hüdudlarından kənarda yaşayan müsəlmanları da narahat etməyə bilməz. Ölkəmizdə məmur özbaşınalığının əsarətində qalan mömin və ruhanilər, bu zülmün pəncəsindən xilas olmaq üçün çıxış yolu axtarırlar. Hakim dairələr tərəfindən törədilən bu zülmlə tək şəxslər yox, əslində ölkədə dinin fundamentləri hədəfə alınıb. Bəşəriyyətə qənim kəsilmiş, işğalçı rejim olan sionist israilin təsiri altına düşmüş əlaqədar orqanlarımız, artıq son illərdə din və din atributları əleyhinə atdıqları addımları ilə, inanclı kəsimin qəzəbini özünə qarşı daha da çox artıra bilmişdir. İşğalçı rejimlə xoşagəlməz əlaqənin nəticəsi olaraq, şiəlik əleyhinə atılan addımlara sonuncu referendumda artıq qanun donu geyindirmişlər. Nəticədə bu zülm makinası, öz “bəhrəsini” verməkdədir.
Bir neçə gün öncə, Azərbaycanda və ölkənin hüdudlarından kənarda kifayət qədər nüfuza malik olan şeyx Sərdar Hacıhəsənlinin, İran İslam Respublikasında dini təhsil aldığı və öz şəhərində dini təbliğlə məşğul olmasından dolayı 168-ci maddə ilə həbs edilməsi, əslində bütün dindarlığa qarşı olan repressiya kimi qiymətləndiririk. Biz də öz növbəmizdə Ukraynada yaşayan dindarlar adından bu həbsi qətiyyətlə pisləyir və hakimiyyəti bu zülmə son qoymağa çağırırırq!


Story Code: 612799

News Link :
https://www.islamtimes.org/az/article/612799/ukrayna-möminlərinin-sərdar-hacıhəsənlinin-həbsi-ilə-bağlı-bəyanatı

Islam Times
  https://www.islamtimes.org