0
Monday 13 March 2017 - 21:05

Səudiyyə rejimi Şeyx Nimrin dünyaya gəldiyi bölgəni niyə məhv edir?

Story Code : 617932
Səudiyyə rejimi Şeyx Nimrin dünyaya gəldiyi bölgəni niyə məhv edir?
Deyerler.org Tasnim-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın şərq bölgəsi ölkənin ən böyük bölgəsidir və dünyanın ən çox neft hasilatı bu bölgədə yerləşir. Bundan başqa Səudiyyə Ərəbistanındakı şiələrin əksəriyyyəti bu bölgədə yaşayır.

Əl-Məsurə qəsəbəsi 1600-cü ildə salınıb və bu ərazidə 488 tarixi bina, 6 böyük və 8 kiçik məscid var. Bu bölgənin Əl-Məsurə adlandırılmasının səbəbi, bölgədəki şiələrin hava hücumlarına qarşı şəhərlərini qorumaq üçün şəhərin ətrafına qazdıqları quyulara və bu quyuları sularla doldurmasına əsaslanır.

Martın 11-də Səudiyyə Ərəbistanının şərqindəki yerli mənbələr sosial şəbəkələrdən Səudiyyə rejiminin təhlükəsizlik qüvvələrinin bu bölgəyə yenidən hücum etdiyini açıqlayıblar. Mənbələrin dediyinə görə, Ali-Səud rejiminin təhlükəsizlik qüvvələrinin hücumları indiyədək Vəlid Tellal Əl-Ariz adlı bir gəncin ölümünə səbəb olmuşdur. Gəncin öldürülməsi ilə yanaşı, xeyli sayda ev də dağıdılmışdır. Dağıdılan evlərdən biri əvvəllər Şəhid Şeyx Nimrin dərs dediyi məkanlardan biridir.

2016-cı ilin dekabr ayının sonlarında bölgə əhalisi hökumətin bu ərazidəki evləri dağıtmaq cəhdinə etirazlar etmişdirlər və evlərini tərk etməyəcəklərini açıqlamışdılar. Bu hadisədən sonra təhlükəsizlik qüvvələri bölgəyə daxil olaraq, bölgənin elektrik enerjisini kəsmişdilər.

Səudiyyə rejimi bu bölgə ilə məlumatların paylaşılmasına senzura qoysa da, yerli mənbələr və sosial şəbəkə istifadəçiləri təhlükəsizlik qüvvələrinin bu bölgəyə qarşı zorakılıqlarını ifşa edirlər və küçələrdə silah səslərinin eşidildiyini bildirirlər.

Martın 12-də region radioları atəş nəticəsində Əl-Məsurədə bəzi evlərdən dumanın yüksəldiyini və təhlükəsizlik qüvvələrinin bəzi evləri yandırdığını qeyd edirlər.

Səudiyyə rejimi Əl-Məsurə bölgəsini yenidənqurma bəhanəsi altında şiələrin və şəhid Şeyx Nimrin evi və məscidi başda olmaqla Şeyx Nimrə aid bütün rəmzi yerləri və məkanları məhv etmək istəyir.
Source : Deyerler
Comment