0
Tuesday 14 March 2017 - 15:56

Şeyx Zəkzakinin xanımından ürək sızladan məktub

Story Code : 618167
Şeyx Zəkzakinin xanımından ürək sızladan məktub
Maide.Az xəbər verir ki, İngiltərədə tətildə olan Nigeriya prezidentinə: “Hörmətli prezident, sizi Allahın salamı ilə salamlayıram. Sizə və yaxınlarınıza ən dərin duyğularımı bildirmək istəyirəm”, -deyərək sözlərinə başlayan Zinət Zəkzaki, məktubu belə davam edib: “2014-cü ili xatırlayırsınızmı? 2014-cü ilin iyul ayında yaşanan tragediyaları əminəm ki xatırlayırsınız. O ayda sizin canınıza sui-qəsd hadisəsi baş vermiş və yüzlərcə məsum insan həyatını itirmişdir. Allah o gün sizə sonsuz rəhmətindən bəxş etdi və həyatda qalmağınıza izn verdi. Yenə 2014-cü ildə iyul ayında Nigeriya ordusu aralarında mənim də üç oğlum olan 35 müsəlmanı qətliam elədi. Taleyimiz o ayda birlikdə yazılmışdır.

Hörmətli prezident, 180 milyon əhalisi olan Nigeriya xalqının məsuliyyəti sizin üzərinizdədir. Biz sizdən əvvəlki rəhbərliyin səhvlərini düzəldəcəyinizə ümid edirdik. 2015-ci ilin dekabr ayında sizin tabeleyinizdə olan generallar ordu ilə birlikdə yeni bir qətliam əmri verdi. 1000-dən çox zarialı müsəlman qətliam edildi. Ordu qüvvələri qızlarımıza hücum etdi, evlərimizi yandırdı. Zariada 6 mənzili dağıtdılar. Bununla da kifayətlənməyib bizim evimizi də başımıza uçurtdular. Əsgərlər dağıntılar altında bizi axtardığı zaman, biz dağıntılardan qorunmaq üçün hamama sığınmışdıq. Allahın lütfü sayəsində hamamdakı qaynar qazan bizə ziyan vermədi, lakin əsgərləriniz bizə atəş açdı və üç oğlum elə oradaca gözümün önündə can verdi.

Kadunadakı valiniz və ordudakı rəsmilər minlərcə müsəlman qadın, uşaq, gənc, yaşlı insanı oğurlayaraq qaçırdı və onların çoxu yaralı olduğu halda Mando qəbristanlığında dəfn olundu.

Kütləvi məzarlıqlar açılmadı, hər hansı bir üzür istənilmədi, şəhid olanların adları açıqlanmadı, bir araşdırma komissiyası yaradılmadı. İl yarımdan artıq bir zaman keçməsinə baxmayaraq, yaşanan bütün vəhşiliklərə görə heç bir kəs məsuliyyətə cəlb olunmadı.

Bizlər il yarıma yaxındır ki, heç bir ittiham irəli sürülmədən və məhkəmə hökmü olmadan əsir saxlanılırıq. Mən və vücudunda çox sayda güllə yarası olan və vücudunun yarısı iflic olan həyat yoldaşım (Şeyx Zəkzaki) bağlı qapılar arxasında saxlanılırıq.

(Azadlığımız üçün) məhkəmənin qərarının olmasına baxmayaraq hələ də həbsdə saxlanılırıq. Xəstə və fiziki cəhətdən çox zəifləmişik, lakin Allaha olan imanımızı itirməmişik. Ailələrimizi görmürük. Bir övladımızın toy mərasimində iştirak edə bilmədik.

Hörmətli prezident, məni nə üçün həbsdə saxlayırsınız? Mən bunu haqq edəcək nə etdim? Allah sizə Nigeriyanın bütün imkanlarından istifadə etməyi və müalicə üçün özəl jetlə İngiltərəyə kimi getmə imkanı verib. Rəhman olan Allaha şükür edirik. Allah sizə rəhm etsin və uzun ömür versin. Sizi və övladlarınızı bizim çəkdiyimiz əzab-əziyyətdən qorusun. Bilməyinizi istədiyim tək şey budur ki, məhkəmə qərarının olmasına rəğmən nə üçün hələ də əsarət altında saxlanırıq? Sizi məni burda saxlayaraq, həyatda olan bir oğlum və iki qızıma sarılmama əngəl yaratmağa aparan səbəb nədir? (islamivahdet)
Source : Maide
Comment