0
Tuesday 18 April 2017 - 16:33

Xalqa zülm

Story Code : 628771
Xalqa zülm
Xalqa zülm etmək çox çirkin, ağır və şeytani bir işdir. İnsan yol verdiyi ən kiçik zülmə görə qiyamət günü hesab verəsidir. «Ənbiya» surəsinin 47-ci ayəsində oxuyuruq: «Əgər sizin əməliniz xardal dənəsi ağırlıqda olsa belə ölçü üçün qiyamət səhnəsinə gətiriləcək və biz hesab çəkəcəyik».

Xeyirxahlıq ruhiyyəsini tərk etmək
Allahın yardımı ilə insanda yaranan və rəhmət qapılarını onun üzünə açan xeyirxahlıq ruhiyyəsi çox dəyərli nemətlərdəndir. İnsan bütün vücudu ilə bu neməti qorumalıdır ki, xənnaslar, şeytanlar bu dəyəri onun əlindən almasınlar.
Mərifət qazanmaq, təvazökarlıq ruhiyyəsi əldə etmək, bəndələrə xidmət göstərmək yolunda bir çox təhlükələr vardır. İnsan bu ruhiyyəni özündə qorumaq üçün ayıq olmalıdır. İstənilən bir zəiflik xeyirxahlıq adətlərini süstləşdirir. Bu ruhiyyəni qoruya bilməyən insan günaha yol verir və nəticədə ilahi nemətlərin yerini çətinliklər tutur.

Xeyirxahlıqdan uzaqlaşma
Xalqa yaxşılıq və ehsan iman və insanlıq nişanəsidir. Xeyir əməl sahiblərinin mükafatı ilahi məhəbbətdir. («Ali-İmran» surəsi, ayə 134.)
Xeyirxah insanlar kiçik maneələr səbəbindən yaxşılıq və ehsanı tərk etməməlidirlər. Xalqa yaxşılıq Allaha ibadətdir. Bu əməllərin böyük mükafatı vardır və xeyirxah insan Allahın razılığını qazanır.
Heç şübhəsiz, xeyirxahlıqdan uzaqlaşmaq böyük günahdır. Bu uzaqlaşma insanı Allahın razılığından və gözəl əxlaqdan məhrum edir.
Source : Nur-az.com
Comment