0
Friday 13 February 2009 - 05:49

ISLAM INQILABI, İSLAMİ OYANIŞIN BAŞLANĞICI

Story Code : 629
ISLAM INQILABI, İSLAMİ OYANIŞIN BAŞLANĞICI
ISLAM INQILABI, İSLAMİ OYANIŞIN BAŞLANĞICI
Ziyalılar və nəzər sahibləri üçün şübhə yoxdur ki, İran islami inqilabı, Rusiya və Fransa inqilablarının kənarında dünyanın ən mühüm inqilabları olublar və onların təsiri öz sərhədlərini aşaraq başqalarına təsir buraxıb. Həmin nəzər sahibləri başqa inqilablarla fərqli olan xüsusiyyətlər və özəlliklərə malik olan İslam inqilabından söz açırlar. Bu özəlliklərin biri İslam inqilabının dünyada islami oyanışa səbəb olan dini xarakteridir. Bu səbəbdən həmişə dünya hegemonçuları və beynəlxalq sionizmin düşmənçiliyinə məruz qalıb.
İnqilab nəzəriyyəçiləri və siyasi təhlilçilərin hamısı İran İslam inqilabını dünya müsəlmanları üçün oyanış amili olmasını təsdiqləyirlər. Bu üzdən İslam inqilabının islami hərəkətlərdə təsirini kimsə inkar etmir. 1979 fevralın 11də İran İslam inqilabı zəfər çalandan dünayda islami oyanış bir daha canlanıb və islamın təyin edici rolu dünyada çox ciddi və yüksək səviyyəyə malik olub. İslamın siyasi teoriyası da, ziyalıların diqqət mərkəzində durub və bir çox akademik dairələrdə də diqətlə izlənilir. Bu barədə bir çox kitab və məqalə də nəşr olunub, çoxlu seminarlar keçirilib.
İslam inqilabı siyasi ərsədə bir metod kimi elə zaman ortaya çıxıb ki, sosializm kimi ideologiyası uğursuzluğla üzləşib və qərbin liberal demokratiyasının içüzü də hamıya aydınlaşıb. Amma islamın azadlıq və ədalətsevərliyi üzə çıxıb. İslam ölkələrində bir çox gənc islam hökumətinin təşkili və siyasi-mədəni-sosial cihada üz tutublar və əcnəbilərin hegemonçuluğuna qarşı çıxıblar. İslam dünyasının bir çox bölgələrində o cümlədən Fələstin ölkəsində qadınlar və kişilər İslam bayrağı altına toplaşaraq suverənlik, başıucalıq və azadlıq yolunda qəhrəmanlıqlar yaradırlar. İslam inqilabından mənşə almış islami oyanışı hegemonçuların intizamını dəyişdirib. Eyni halda İslam təfəkkürünün siyasət və elm sahələrində yenilikləri İslam məktəbinin yerliliyini sübuta yetirib.İslami oyanışın qarşısını almaq üçün beynəlxalq sionizm və Amerika rəsmiləri ən təhülkəli ocaqdırlar və müxtəlif yollarla İslam ümməti xüsusi ilə İİR-in əleyhinə mənfi təbliğat kompaniyası aparıb, psixi qarşıdurmaya təşəbbüs göstərirlər. Kobudluq və terror faktları da, İslami oyanışı məğlub etmək üçündür.
ABŞ-ın Yaxın Şərq planı da məntəqədə islami hərəkətləri məhv etmək üçündur. Sionist rejimin Fələstində xüsusi ilə də Qəzzə zolağında törtədiyi ağır cinayətlər bu məsələni sübuta yetirir.Hegemonçular və sionistlər islami oyanışdan, İslam ümmətinin birləşməsindən çox qorxurlar.Bunları nəzərə alaraq İslam İnqilabı Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei buyurublar: Bugün İslam dünyasının duyduğu ihtiyac və müsəlmanların problemlərinin həll yolu islami birlik və həmrəylikdədir və buna əsasən müsəlman üləmalar və ziyalılar tarixi xaraketrləri olan islami birlik çərçivəsində çalışmalıdırlar.
İslami oyanış Quranın diritməsi və İslam ümməti yaratmaq bu günkü dünya reallıqlardandır və illər boyu İslam dünyasının istəklərindən olub və İslam inqilaıbnın zəfər çalması onu gerçəkləşdirib.
Qərb xüsusi ilə də, İngiltərə və sionistlərin İslam əleyhinə psixi müharibə və təbliğatları islami oyanışa qarşı reaksiyadır. İslami oyanış həm də müstəqilik və ədalət-sevərlik məfhumuna malikdir.Buna görə də Hz. Ayət Xameni xaç müharibələri mövzusunu irəli sürmək, İslam peyğəmbərinə təhqirləri və müsəlmanların dünyada kobud göstərilməsini hegemonçuların məkirli planı adlandırır və onun müqabilində İslam ümmətinin birliyinə təkid eidrlər.Bu nailiyyəti əldə etmək üçün də rəhbər, fikir sahibləri, ziyalılar və dini rəhbərlərin rolunu başqalardan mühüm və yüksək dəyərləndirirlər.
Comment