0
Saturday 29 April 2017 - 17:23

Azərbaycan xalqı Ayətullah Xameneinin vücudu ilə fəxr etməlidir

Story Code : 632010
Azərbaycan xalqı Ayətullah Xameneinin vücudu ilə fəxr etməlidir
Birmənalı olaraq deyə bilərik ki, ədəbiyyat kitablarımızı zinətləndirən hər bir şair, yazıçı bu gün Azərbaycan xalqının qürur və fəxr mənbəyidir. Hansı ölkədə yazıb-yaratması, yaşaması, vətəndaş olmasından asılı olmayaraq. Şah İsmayılın qəbri Ərdəbil şəhərindədir, Nəsrəddin Tusi adından da göründüyü kimi İranın Tus şəhərinə aiddir. Məhəmməd Füzuli İraqda yaşayıb-yaradıb, qəbri də Kərbəlada yerləşir. Məhəmmədəmin Rəsulzadə Türkiyədə dəfn edilib, Mikayıl Müşfiqi güllələyib dənizə atıblar. Amma bütün bu sadalananlar Azərbaycan xalqına mənsubdur və ən azından bu gün biz belə iddia edirik. Asanlıqla bu insanları xalqımıza nisbət veririk. Məsələn heç İrandan soruşmadan Şəhriyarın şəklini ədəbiyyat kitabımıza vurur, şeirini həmin kitabda dərc edirik. Niyə də soruşaq, ikimiz də bir dildə danışırıq.

Hər şeydə siyasət, hətta ədəbiyyatda belə...

Alimlərin təsdiqləməsinə ehtiyac yoxdur, cahil də bilir ki, hər işə siyasət qatılanda düzgün mühakimə olmadığı təqdirdə həmin işin zayı çıxır. Dövlətlər aralarındakı problemi həll edib illər boyu qapalı olan sərhədləri bir-birinin üzünə açmaq istəyəndə iki tərəfin tarixçilərinin qarşılıqlı debatında son söz siyasətindir. Futbol müsabiqəsinin finalında son söz siyasətindir. Kimin qəhrəman, kimin nobel mukafatı laureyatı seçilməsini belə, siyasət təyin edir. Həqiqətə uyğun olsa da, olmasa da... Hətta, ədəbi mühitə aid olan hansısa şeirin aqibətinin necəliyini belə siyasət təyin edir. Deməli, əslində söhbətimizi qəlblərin dərinliklərindən salmasaq, zahirdə xalqın fəxr və qürur mənbəyini müəyyənləşdirən də məhz siyasət adamlarıdır. Məhz bunun nəticəsidir ki, 70 il rəsmən nifrətlə anılan bəzi insanlar bir vaxt gəlir rəğbət və hörmətlə anılır. Həqiqət isə başqadır.

Siyasətə qarışdırılmayan Məhəmmədhüseyn Şəhriyar

Azərbaycan – İran münasibətləri bəllidir. İstər dövlət səviyyəsində, istər qeyri-rəsmi sürətdə. Ara-sıra narazılıq yarananda hər iki tərəfdən "açaram sandığı, tökərəm pambıqı" deyənlər peyda olur. Bir müddət sonra siyasət, regionda sabitliyi qorumaq taktikası "saman altdan su yeridənləri" yerində oturdur. Kimlər bu müddət ərzində vurulsa da İran və Azərbaycanın həm dövlət, həm də millət səviyyəsində varlığı, ədəbi irsi ilə fəxr etdiyi Məhəmmədhüseyn Şəhriyar heç zaman siyasətə qarışdırılmır.

Bir gün İrandan Azərbaycana gələn din aliminə bizim şərqşünaslardan biri hansısa məşhur ismin İran, yoxsa Azərbaycana xas olması barədə sual verir. Din alimi həmin şəxsin nə İrana, nə də Azərbaycana xas olduğunu, onun bütün dünyaya aid olduğunu qeyd edir. Bəli, "irimiqyaslı şəxsiyyətlər" ancaq məhud bir kütləyə aid olmur.

Deməli, Məhəmmədhüseyn Şəhriyarın timsalında bəzi dühalar var ki, onları həqiqətdə təkcə İrana, Azərbaycana, yaxud ancaq bu iki ölkəyə aid etmək ədalətsizlikdir. Üstəlik, mərhumun timsalında görürük ki, biz istəsək bunu edə bilərik – siyasəti bir kənara qoyub insanlara düzgün qiymət verə bilərik. Belə çıxır ki, siyasətin müdaxilə edə bilmədiyi bəzi məqamlar var.

İran şahının həyat yoldaşı Azərbaycanda olanda...

Elə Sovet vaxtında da Sovet hökümətinin İranla arası yaxşı olmayıb. Bir vaxtlar Sovet hökümətinin qüvvələri İran torpağına soxulub, başqa bir vaxt difaye-müqəddəs dönəmində İran İslam Respublikasına silah çevirən qüvvələrlə işbirliyinə girib. Bütün bunlara baxmayaraq SSRİ zamanında (1972) Azərbaycana dəvət edilən İran şahının həyat yoldaşı Azərbaycanın korifeyləri tərəfindən rəğbətlə qarşılanır. Təbii ki, hökümət nümayəndələrinin adı çoxdan siyasətə qarışmış bu insana öz qapılarını açması da öz yerində. Hətta şah arvadının pişvazına çıxan tanınmışlardan biri azərbaycanlı olan şahın həyat yoldaşının azərbaycanca danışmamasını bu cür əsaslandırmışdı: "çünki o İranı təmsil edir." (Doğrudur, bir çox incəsənət adamlarını bu kimi məsələlər zərrə qədər düşündürmür, təki sənəti irəli getsin) Bu rəğbət və hörmətlə qarşılanmanın səbəbi məlumdur: Qoy desinlər İran şahının arvadı azərbaycanlıdır.

Hər işdə bir azərbaycanlı axtarmaq həvəsi

Hər işdə rahatlıqla azərbaycanlı axtarırıq. Bu, bizim qanımızda vardır. Hətta zaman-zaman hansısa bir əcnəbi kimi tanınan şəxsin əslən azərbaycanlı olduğu məlum olanda sevirinik, dayanmadan təbliğ edirik ki, hamı bilsin, bütün dünya bizim, türkün, azərbaycanlının köklü xalq, tanınmış millət olduğunu bilsin. Əlbəttə, bu xislət təkcə bizə xas deyil. Hər bir millət adını tarixə qızıl hərflərlə yazdırmış şəxsiyyətləri ilə fəxr edir. Hətta, bəzən bir nəfəri milliləşdirmək uğrunda bir neçə dövlətin dəstəyi ilə tarixçilər arxivi vərəqləyib tanınmış şəxsi özününküləşdirmək uğrunda əməlli-başlı iş görürlər. Nəticədə həmin şəxs həm rus, həm türk, həm fransız, həm alman, həm ərəb olur.

Belə bir şəxs digər xalqlara məxsus olsaydı...

Ayətullah Seyyid Əli Xamenei (Allah ağanı hifz eləsin) xüsusi tanıtıma ehtiyac yoxdur. Dostun sevdiyi, düşmənin qorxudu bir isimdir Əli Xamenei! Dünya dövlətlərinin özünə ağa seçdiyi supergüc Amerika haqqındakı sələfinin "Amerika heç bir qələt edə bilməz" dediyi məşhur cümləsini indiyədək qüvvədə saxlayan isimdir Əli Xamenei! Öz ölkəsindəki zalım güclərə qalib gəlib, inqilab edib, hazırda inqilab rəhbəridir, müsəlman ölkələri ondan güc alır, müsəlman düşmənləri ondan qorxub çəkinir. Belə bir insan digər xalqlarda olsaydı onun qədri lazımınca bilinərdi.
Bir çox müsəlman ölkələrinin xalqları tərəfindən vilayəti-fəqih kimi qəbul edilən bir şəxs əsalətən türkdür, azərbaycanlıdır, İranın Azərbaycan məntəqələrində xalqa azərbaycanca müraciət edir və bütün bunlardan bir çox insanlarımız qafildir. Bəs bu qəflətin səbəbi nədir? Cavab çox bəsitdir: Arada Azərbaycan torpaqlarının İran tərkibində olması, türk dili və Ermənistan dövləti ilə əməkdaşlıq amili var. Halbuki insafən bütün bunlar elə Şah zamanında da var idi. Amma o zamanlar insanlarımızda İrana sanki rəğbət var idi. Çünki o zamanın İranı Avropa və Amerika ilə kəllə-kəlləyə gəlmirdi. Amma bütün bunlar mənasız söhbətlərdir. Çünki dindar vətəndaş Ayətullah Xameneinin din alimi olduğunu etiraf edib idarəçiliyini müsbət dəyərləndirməlidir, siyasətçi də ən azından bunun siyasətin belə tələb etdiyini anlamalıdır.
Ayətullah Xamenei ağanın qədrinin bilmək, vücudunun Azərbaycan xalqının qürür mənbəyi olduğunu təsdiqləmək üçün ən azından dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın mövqeyini gözdən keçirtmək lazım. Azərbaycan xalqının vücudu ilə fəxr etdiyi Məhəmmədhüseyn Şəhriyar Seyyid Əli Xameneini nəzərdə tutub deyir:

Sol əlinə dodaq qoyub yolçular,
Sağ əlində səmadan bir öpüş var.

Allah uğrunda qurban verilən ələ - dahi şairimizin nəzərincə - səmadan, mələkdən bir öpüş varsa, bu əli öpmək insana şərafətdən başqa heç nə gətirməz!
Source : Nur-az.com
Comment