0
Tuesday 9 May 2017 - 23:01

Fars körfəzi ərəbləri İsrail rejimi ilə bir addım atırlar - TƏHLİL

Story Code : 635220
Fars körfəzi ərəbləri İsrail rejimi ilə bir addım atırlar - TƏHLİL
İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın “Wall Street Journal” qəzeti “İsrail Fars körfəzi ərəb ölkələrinin müttəfiqinə çevrilir” başlığı altında məqalə yazıb.

“Bir neçə on il ərzində ərəb ölkələrinin siyasəti sionist rejimin boykot edilməsinin üzərində qurulmuşdu, lakin hazırda həmin ölkələri ümumi mövqe, daha dəqiq desək, İrana qarşı mövqe birləşdirir.”

“Fars körfəzi zonasının varlı ölkələrinə gəldikdə isə, İran onların maraqları üçün ən ciddi təhlükə mənbəyidir. İran və Livanın “Hizbullah” hərəkatının düşməni olan sionist rejimi isə həqiqətdə Fars körfəzi ərəblərinin müttəfiqinə çevrilib.”

Kral Abdullahın ölümü ilə baş vermiş hakimiyyət dəyişikliyi nəticəsində Səudiyyə Ərəbistanı İsrail rejimi ilə əlaqələrini açıq şəkildə yoluna qoymağa başladı. Kral Salmanın “sükanı ələ alması” və ölkənin hərbi-siyasi işlərini öz oğlu Muhəmməd bin Salmana tapşırması ilə rəsmi Ər-Riyad İranla qarşıdurma vəziyyətinə gəldi. Səudiyyə Ərəbistanının yeni rəhbərləri İranı öz düşmənləri qismində gördü ki, bu da Qərbi Asiyada düşmən və dostun əvəz edilməsi kimi qiymətləndirilir.

Səudiyyə Ərəbistanının müdafiə naziri Muhəmməd bin Salmanın bu yaxınlarda İranın regionda “işğalçı” və “dini təxribatçı” siyasət yürütməsi haqda səsləndirdiyi iddialar, bu ölkənin ABŞ və İsrail rejimləri birgə İrana qarşı razılığa gəlməsinin bir nümunəsidir. Ər-Riyad İranla rəqabət və İranın region düşməni kişi təsvir edilməsini öz siyasi varlığının təminatı kimi görür. Və krallıq bu hədəfinə çatmaq üçün İsrail - regionun birinci və əsas düşməni ilə kompromisi öz gündəliyinə daxil edib. Üstəlik, Fars körfəzi ərəbləri ilə sionist rejimin kompromisi 70 ildir İsrail rejiminin işğalı altında əziyyət çəkən Fələstin xalqının ideallarına xəyanət hesab edilir.

Baxmayaraq ki, İslam Əməkdaşlığı Təşkilatının təsis edilməsinin ilk səbəbi Fələstin xalqının İsrail qarşısında müdafiə edilməsi olub, hazırda bu təşkilat Səudiyyə Ərəbistanı və Fars körfəzinin bir sıra ərəb ölkələrinin təsiri altında öz əsas missiyasından uzaqlaşıb. Fələstinli dustaqların hazırkı aclıq aksiyasına gözün yumulması da ərəb ölkələri ilə sionist rejimi arasındakı razılığın digər sübutudur.

Səudiyyə Ərəbistanı və İsrail rejimlərinin planları Suriya, İraq və İranın əməkdaşlıq etməsinin sayəsində iflasa uğrayıb. Rəsmi Tehranın regiondakı siyasəti rəsmi Ər-Riyadla rəsmi Tel-Əvivin hiddətinə və bu iki ölkənin əməkdaşlıq etməsinə səbəb olub. İran Səudiyyə Ərəbistanından fərqli olaraq region xalqlarının dostluğu siyasətini əldə rəhbər tutur. Vahid və sabit siyasət region xalqları və hökumətlərinin dinc yaşamaq, birlik və həmrəyliyinə əsaslanır. İrandakı İslam İnqilabından sonra rəsmi Tehranın Qərbi Asiya siyasəti refionun bütün ölkələrinin ümumi maraqlarına riayətin edilməsi, mehriban qonşuluq və qarşılıqlı hörmət üzərində qurulub.
Source : İslamazeri
Comment