QR CodeQR Code

Qaxda İlham Əliyevi nəzər kəsəcəyindən ehtiyat edirlər

Nur.az.com , 5 Aug 2017 16:16

İslamtimes - Prezidentin bu rayona səfəri ərəfəsində rayon mərkəzi insanlardan boşaldılıb


İlham Əliyev Qax rayonuna səfər gedir. Orada rayon mərkəzində bir uşaq baxçasının və bir də, əlbəttə, Bayraq dirəyinin açılışı olacaq.

Təəccüblüdür ki, indiyə qədər Qaxda Bayraq dirəyi yox imiş. İlham Əliyevin Qaxa səfəri çərçivəsində rayon mərkəzindəki bütün dükanlar bağlanıb. Küçələr boşaldılıb. Şəhərdə maşın sürməyə icazə verilmir.

Yerli hakimiyyət orqanlarının verdiyi izahatda bildirilir ki, prezident Qaxda olduğu müddətdə yerli sakinlərin onu görməsinə icazə verilmir.

Şəkidən olan bir ekstrasens deyib ki, Qaxda neqativ enerjili bir nəfər var, həmin adam prezidenti görsə, onu nəzər kəsər. Neqativ enerjili həmin çəxsi araşdırıb üzə çıxarmaq mümkün olmadığına görə bütün əhalini mərkəzi küçələrdən yığışdırıblar.

Bu məlumatı (neqativ enerji ehtimalı ilə bağlı) azadliq.info- ya Qax rayon icra hakimiyyətində Mədəniyyət şöbəsinin əməkdaşlarından biri verib.


Story Code: 658788

News Link :
https://www.islamtimes.org/az/article/658788/qaxda-ilham-əliyevi-nəzər-kəsəcəyindən-ehtiyat-edirlər

Islam Times
  https://www.islamtimes.org