0
Thursday 28 April 2011 - 16:03

Bu tarix burada bitsin artıq!

Story Code : 68497
Bu  tarix  burada  bitsin  artıq!
Bu tarix burada bitsin artıq!
Islam times.org/az/ - Dünyanın gözü önündə İsrail ordusu Qəzza xalqını bombardumana başladı. Qəzzani bir dağıntı zolağına döndərdi. Qəzzada yasayan Fələstinliləri təməl ehtiyaclarından məhrum qoyan və Qəzzanı bir açıq hava həbsxanasına döndərənlər, insanlıq tarixinə ən utanc verici hadisələri yazdı.

Soyqırıma doğru irəliləyən bu mühasirə, başda İsrailin himayəçisi ABŞ imperializminin utanc verici dəstəyilə gün keçdikcə daha da ağırlaşır.

Qəzza ilk deyildi. Sionistlər 70 il əvvəl Fələstinə ilk ayaq basdığından bu yana
Fələstini yox etmək niyyətində oldu. İsrail, barış müddəti aldatmasıyla qırğınlarına, torpaq qəsbinə davam edir. Minlərlə günahsız insanlar, uşaqlar öldürülür. İsrail illərdir dünyada axan qanlara səbəb olur.

Bu genişləyən beynəlxalq hərəkəti niyə və nə s
bəbdən dəstəkləyirik? İsrail son 60 ildə ABŞ -ın da dəstəyilə Birləşmiş Millətlərin, Cenevrə Müqaviləsinin və beynəlxalq hüququn saysız qərarını tam mənasıyla pozmuş, alçaltmışdır.

İsrail, Qəzzada Fosfor silahlarını istifadə edərək beynəlxalq hüququ belə heçə saya biləcəyini dəfələrlə göstərmişdir. İsrail dünya ictimaiyyətinə lağ etməyə davam edir.

Yaxşı, beynəlxalq ictimaiyyət nə edir? Heç bir şey, yalnız şikayətlənib dayanır! ABŞ nə edir? İsrail dövlətinə ildə neçə milyard dollarlıq dəstək verərək onların "böyük qayğılarını" təmin etməyə davam edir.

İsrail müstəmləkə gücləri Fələstinlilərin evlərini və torpaqlarını xarabalığa çevirərək bir Fələstin dövlətinin xəyallarını yerlə bir edirlər. Normal bir həyat sürmək və təməl insan h
qqlarından faydalana bilmək, Fələstinli üçün inanılması ağır bir yuxu halına gəlmiş vəziyyətdədir.

Beynəlxalq hüququn uduzması və İsrail dövlətinin cəzasız qalması qarşısında siravi yurddaşlar bu boşluğu bağlamaq üçün əllərindən gələn hər şeyi etmək məcburiyyətindədir. Gözünü qan bürümüş İsrailin Fələstindəki uşaqları öldürməsi nə qədər acı və ağrılı olduğunu önə çəkmək mühümdür.
Dünya döyüşlərinə səbəb olan bir qəribə ölkə var qarşımızda: İsrail...
Bu quruluşun aktyorları oyunlarını çox yaxşı oynayır və bu oyuna uşaqları, günahsız insanları daxil etməkdən çəkinmirlər, atılan nifrət toxumları bomba olub mərmi olub Fələstinə yağır...


Dünya bunlara tamaşaçı qalır... Medyadaki qələmlərimiz olan olayların doğrusunu yaza bilmir...
Niyə və nə səbəbdən?
Çünki İsrail xoşlanmaz bundan…

Ancaq bilməliyik ki, hərəkətə keçməyən sözlər İsraili yaralamaz...
Artıq təsirli bir şəkildə hərəkətə keçmək zamanı gəldi!
Haqsızlıqlara son qoymaq üçün. Bunun üçündə ilk olaraq İsraillə bütün hərbi, iqtisadi, diplomatik, mədəni əlaqələrə son verilsin!

"Dünya tarixi döyüşlər tarixidir" deyərlər , nə də gözəl söyləmişlər...
Bu tarix burada bitsin artıq!

ISLAMTIMES - HƏMZƏ
Source : IslamTimes
Comment