0
Friday 5 January 2018 - 10:36

İranda iğtişaş törədənlər xalqdır, yoxsa düşmən?

Story Code : 695176
İranda iğtişaş törədənlər xalqdır, yoxsa düşmən?
İranda 9 Dey (28 Dekabr) tarixində başlanan iğtişaşlar əvvəlcə sosial şüarlarla baş verdi. Daha sonra vəziyyət, etirazlar siyasi rəng almağa başladı. Əlbəttə vətəndaşların iqtisadi, sosial durumdan şikayətlənməsi təbiidir. Hətta Ali Dini Lider Ayətullah Xamenei özü də buyurub ki, bu, olmasa təəccüblüdür, bu, insanların təbii haqqıdır. Özü də cənab Ali Dini Lider dəfələrlə dövlətə xəbərdarlıq edib.
Üstəlik kimin də korrupsiyadan şikayəti varsa öz dəlilləri ilə dövlətə, müvafiq orqanlara müraciət etməli idi. Yoxsa hər vətəndaş öz ağlının kəsdiyi kimi hökm oxumağa, qərar verməyə qalxsa ölkədə hərc-mərclik olar.
Amma düşmən tərəfindən qızışdırılan bir dəstə insan özünü və havadarlarını tezliklə ifşa etdi. Bu insanların ABŞ, İsrail, Ali Səud adamları olması ondan bilinir ki, onları açıqca Tramp müdafiə etdi, sosial şəbəkələrdə Ali Səud əlaltıları fitnəkarları qızışdırdı. Özü də "İran xalqının yanındayıq" deməklə. Halbuki İran xalqı 40 il (İslam Respublikası qurulan ildən bu günə qədər) sanksiyada, blokadada qalanda Tramp və onun xələfləri, ABŞ dövləti İran xalqını düşünmürdü. Çünki bu məhrumiyyətlərin bir nömrəli baiskarı ABŞ idi.
Həmçinin, İranda İslam İnqilabı qələbə qazananda ABŞ rəhbərləri şaha etiraz edən xalq kütlələrini nədənsə müdafiə etmirdi. Heç uzağa getməyək, indinin özündə də əgər fərz eləsək ki, İranda etiraz edənlər xalq kütlələridir, bunun bərabərində dövlətə, Ali Dini Lider dəstək aksiyaları təşkil edənlər də şübhəsiz ki, xalq kütlələridir. Bəs Tramp, ABŞ niyə onları müdafiə etmir? ABŞ-ın özündə məscidlər qorunduğu halda, nə üçün Tramp məscid yandıranları müdafiə edir?

Bahaçılıqdan, korrupsiyadan şikayətlənən niyə məscidi yandırır ?

Bu insanların xalq olmadığına dair ikinci sübut budur ki, nə üçün bu insanlar məscidlərə od vurur, hüseyniyyələri dağıdır, polis maşınlarını aşırır, dükanların şüşələrini qırır, dini hövzəni, elm ocağını xaraba qoyurlar? Məgər, korrupsiyadan, bahaçılqıdan, işsizlikdən əziyyət çəkən insan məscid dağıtmalı, dövlətinin bayrağını ayaqlar altına atmalıdır? Yəni, bir insanın bahaçılıq, korrupsiya kimi problemi varsa özünə ikinci problem də çıxarmalıdır? Bu hansı ağıllı insanın işidir?

Əsgərə gül verən möminlərin balaları polisi daşla vurmaz

Saytların birində yazmışdılar ki, güya İran ordusu dövlətə xəbərdarlıq edib ki, əgər vətəndaşa zülm edilsə ordu işə müdaxilə edib "xalqın" (üsyançıların) tərəfin keçəcək. Sayt utanmadan da inqilab zamanında ordunun xalqın tərəfinə keçməsini xatırlayıb özünə təsəlli verir. Amma anlamır ki, o zamanlar xalqın tərəfinə keçən əsgərlərin, ordunun bu təşəbbüsü İmam Xomeyninin iti zəkası, uzaqgörənliyi sayəsində olmuşdu. İmam xalqa buyurmuşdu ki, əsgərləri güllə qarşılasınlar. Həmin möminlər o zamanlar orduya gül verib onların qəlbini fəth eləmişdilər. Amma hazırda üsyançılar polisə daş atıb, məscidə od vurur. Ordu da, polsi də çox gözəl bilir ki, bu insanlar fitnəkardır. Sizcə əsgərə gül verən möminlərin balaları bu gün polisə daş atarmı?

ABŞ-da polisin vətəndaşı odlu silahla öldürməsi adi hal ikən

ABŞ-da elə indinin özündə də sadə vətəndaşların polislə sözü düz gəlməyəndə polislərin onlara odlu silahdan atəş açmağa "haqqı" var. Mən deyə bilmərəm bu, orada qanundur, amma görünən odur ki, dövlət bu cür polisləri cəzalandırmır. Daha çox da polis gülləsiylə ölən insanlar qaradərili insanlardır. Çünki orada irq problemi hələ də öz həllini tapmayıb. Üstəlik, bu xəbərləri ABŞ statistika komitəsi yayır. İndi həmin ABŞ-ın bütün dünya tərəfindən axmaq kimi qəbul edilən prezidenti qalxıb İran polisini zorakılıqda ittiham edir. Halbuki ABŞ-da polisin qaradərililərə olan zülümü adi haldır.

Şahın oğlunu İrana dəvət edibər

Saytlarda yazılır ki, güya iğtişaşçılar devrilmiş Rza şahın oğlunu İrana dəvət ediblər. O, isə hazırda Amerikada yaşayır və bildirib ki, İranda inqilab olmasaydı indi taxt o oturacaqdı. Deməli, İranı köhnə molla rejimi adlandırırlar, amma halbuki orada İslam İnqilabı o zaman oldu ki, şah hakimiyyəti hökm sürürdü. İslam gəlib qədim şahlıq adətini aradan apardığı kimi İslam inqilabı da şahı devirdi. Xalqa azad seçim imkanı verdi ki, xalq öz prezidentini seçsin. Üstəlik, inqilabdan sonra dövlətin quruluşunu müəyyən etmək də xalqa ( referendum yolu ilə) tapşırıldı. Xalq isə İslam dövlətinə səs verdi. Di gəl ki, o zamanlar şah xalqa heç bir seçim azadlığı verməmişdi. Oğlu da bu xəyallarla yaşayır. ABŞ rəhbərləri öz ölkəsində demokratik mühit yaratdıqları halda İranda şahı və şah rejimini dəstəklədilər və indi də pəhləvi ailəsini "ehtiyatda" saxlayırlar.

ABŞ və İsrail İrandan qisas almağa çalışır

Əlbəttə, ABŞ və İsrailin bu iğtişaşları törətməkdə məqsədi onun İrandan iqntiqam almaq istəməsidir. Çünki İran yeganə dövlətdir ki, ABŞ demokratiyasının yalan olduğunu, onun əlaltısı olan Ali Səudun İslam olmadığını dünyaya çatdırır. ABŞ, Ali Səud Yəməndə, Suriyada, İraqda, Fələstində İrana məğlub olub. İŞİD-in kökünün kəsilməsində İranın böyük rolu var. İraqın Kürdüstan muxtariyyəti məsələsi İran tərəfindən bərbad vəziyyətə düşdü. Bütün bunlardan sonra ABŞ, İsrail İran üçün tələ qurmalı idi.
Amma uca Rəbbimiz – hədislərdə deyildiyi kimi - Əhli-beytin (ə) düşmənlərini axmaqlardan qərar verib. Çox keçmədi ki, bütün planları aşkar oldu və özləri rüsvay oldular.
Source : Nur-az.com
Comment