0
Saturday 10 February 2018 - 20:53

Öz soydaşına "İran əlaltısı" deyib hansı bütöv Azərbaycandan danışırsan?

Story Code : 704030
Öz soydaşına "İran əlaltısı" deyib hansı bütöv Azərbaycandan danışırsan?
Əli Kərimlinin "it dəftəri"ndə adı olmayanlar

Elçibəy Təbrizi almaq, böyük turan qurmaq fikrində ikən olan-qalan ətrafını və hakimiyyətini itirdi. Düzdür, artıq Elçibəy dövrü deyil, amma onun fikirlərinin daşıyıcıları hələ də qalmaqdadır. Maraqlısı budur ki, Elçibəy Şimalda Rusiyaya, Cənubda İrana meydan oxumaq istəyərkən öz ətrafı ona meydan oxudu, guya Azərbaycan ərazilərini birləşdirəcəkdi, amma öz partiyası əlli yerə parçalanıb hərəsi bir dövlət oldu. Bəli, YAP hakimiyyətindən öncə məşhur olan AXCP-Musavat birliyi var idi. Bu partiyaların içində elə adamlar vardı ki, əlbir olub birgə işləmək əvəzinə parçalandılar. Hərə gedib özünə bir dükan açdı, bu dükan da özündə bu iki partiyanın adını artıq həriflərlə ehtiva etdi. Məsələn, Müsavatdan MMP doğdu, yəni Müasir Müsavat Partiyası, AXCP-dən KXCP (Klassik Xalq Cəbhəsi Partiyası), BXCP (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) əmələ gəldi. Əlbəttə, Hafiz Hacıyev, Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquluyev kimi tiplər kənarda qalmamalı, hökümətlə razılaşmalı, bu razılaşmanın müqabilində Müsavat və AXCP-nin əleyhinə danışmalıdırlar. Heç bu cür söhbətlər mənə şəxsən maraqlı deyil. Amma internetdə yerli dindarları da öz çıxışında təhqir edən bir tipə rastladım. BXCP-nin sədr müavini, Qüdrət Həsənquliyevin adamıdır, Əli Kərimliyə söz atır. Öz məsələləridir, siyasi terminlə desək öz daxili məsələləridir, qarışmırıq. Amma çıxışında qeyd etdiyi iki nöqtə var ki, biri onun Azərbaycanda yaşamadığını göstərir. Azərbaycanda yaşayırsa da deyəsən "fil qulağında" yuxulayır. Çünki Əli Kərimli haqda deyir ki, indiyədək heç bir prezident seçkisində iştirak etməyib, çünki İlham Əliyevlə rəqabət aparmaqdan qorxur. Maraqlıdır ki, Əli Kərimli indiyədək bütün seçkilərə blok, birlik, təşkilat, şura şəklində ya gedib, ya hansısa lideri (məsələn Etibar Məmmədovu) dəstəkləyib, ya da getməyib boykot edibsə digər müxalifət liderləri ilə birlikdə bu işi görüb. Yəni vəhdət və birliyin yaranmasına rəvac verib. Halbuki sənin başqanın Qüdrət Həsənquliyev bütün seçkilərə bloksuz, birliksiz gedib və təkcə partiyası tərəfindən namizədliyi irəli sürülmüşdür. Bu o deməkdir ki, Qüdrət Həsənquliyev ya müxalifət tərəfindən və həqiqi müxalifət kimi qəbul edilmir, ya birlik və vəhdətin tərəfdarı deyil, ya da hakimiyyətə satılıb və parlamentdə kürsü aldığı üçün parçalamaqla məşğuldur. Yaxşı deyək ki, Cəmil Həsənli, Əli Kərimli pisdir bəs nə üçün son seçkilərdə Sərdar Cəlaloğlu yaxud digər namizədlərlə birləşib onların xeyrinə geri çəkilməyib. Əksinə Zahid Oruc, Hafiz Hacıyev kimi yaltaqlar kimi namizədliyini verib və hakimiyyətin adamı funksiyasının öhdəsindən özünə yaraşan bir şəkildə gəlib? Bu bir yana.
BAXC partiyasının sədr müavini Niyaməddin Orduxanlı (sözünü etdiyimiz tip) Əli Kərimli əleyhinə olan çıxışında dindarları təhqir edib onları İran əlaltısı olmaqda ittiham edib. Sitat: "Hamı da bilir ki, Kərimlinin mitinqinə İran molla rejiminin əlaltıları ilə birlikdə 1000-2000 nəfərdən artıq şəxs iştirak etmir." (Sitatın sonu)
Çıxışında İranın adını çəkdiyi üçün deyil məhz dindarlara sataşdığı üçün ona bir söz demək istərdim. Biz özümüz də bacardığımız qədər dindar olmağa çalışırıq. Orduxanlı özü də çox gözəl bilir ki, Milli Şuranın mitinqində iştirak edən dindarlar öz ruhanilərinə azadlıq tələb edirlər. Bu ilk növbədə sizin başınıza niyə daş salır? Bunu anlamadım. Sabah sənin liderin həbs edilsə və sən ona azadlıq tələb etsən gərək səni Türkiyə yaxud Ermənistan agenti adlandıraq? İkincisi, əgər bir adam dindardırsa niyə onu "İran əlaltısı" adlandırırsınız. İndi deyə bilərsiniz ki, əgər sən "İran əlaltısı" deyilsənsə niyə bu söz sənə təsir edir. Bəli, təsir edir. Çünki siz dindarı təhqir etmək istəyir və ona bilərəkdən bu cür damğa vurub agent kimi tanıtdırmaq istəyirsiniz. (Çünki əlaltı sözünü başqa heç cür yaxşı yerə yozmaq olmur) Onların İran agenti olmasına dair əlinizdə heç bir sübut yoxdur. Gözəl bilirsiniz ki, onlar müsəlman və şiədir. Deməli, siz ölkədə həm dini həm də məzəbi ayrıseçkiliklə məşğulsunuz. "Biləcəridən o tərəfə" tanınmayan partiyanızın adını "Bütöv Azərbaycan" qoymusunuz. Guya siz indiyədək parçalanan Azərbaycan torpaqlarını yuxunuzda birləşdirmək istəyirsiniz amma real həyatda öz soydaşınıza "İran əlaltısı" deyirsiniz. Bəli, sizi Əli Kərimli yaxşı edir it yerinə qoymur. Qoymayacaq da. Elə burdan görünür ki, sizin satqın partiyanız adda bütöv Azərbaycandır lakin siz hakimiyyətə gəlsəniz nəinki yuxuda gördüyünüz bütöv Azərbaycanı "birləşdirən" olmayacaqsız, üstəlik məzlum dindarlara bir az da siz qan udduracaqsınız. Odur ki, seçkilərə ciddi hazırlaşın, indidən Cəmil Həsənlinin keçmişini araşdırın, görün harda Heydər Əliyev haqda yaxşı söz deyib toplayıb gətirin canlı efirə.
Source : Nur.az.com
Comment