0
Sunday 18 March 2018 - 23:42

Ramiz Mehdiyevdən İslam dini ilə mübarizə təlimatı

Story Code : 712470
Ramiz Mehdiyevdən İslam dini ilə mübarizə təlimatı
AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Adilov sosial şəbəkədə maraqlı bir yazı paylaşıb. O, indi qərb dünyasını islam düşmənçiliyi aparmaqda ittiham edən Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin 1987-ci ildə “Agitator” jurnalında (“Agitator” jurnalı (Moskva), №14, 1987) çıxan məqaləsindən hissələr təqdim edib. Məqalədə R.Mehdiyevin islam dini ilə mübarizəsinə həsr olunmuş kəskin fikirlər yer alıb. Həmin fikirlərl oxucularımız üçün də maraqlı olacaq.

“Ateizim təbliğatçıları Oktyabr rayon və Lənkəran şəhər partiya komitələrinin müntəzəm buraxdıqları ateizim vərəqələrindən də geniş istifadə edirlər. Bu vərəqələr formatca kiçik olsa da, təbliğatçılara ən müxtəlif məsələlər barədə kifayət qədər məlumat verir. Məsələn, axırıncı buraxılışlarda dini bayramların mənşəyi və mahiyyətindən, orucluğun zərərindən, müsəlman ekstremistlərin cəmiyyətə zidd fəaliyyətindən, bir sıra kollektivlərdə ateist tərbiyəsi sahəsində təcrübədən danışılır, keçmişin mütəfəkkirlərinin din haqqında kəlamları, din əleyhinə atalar sözləri və zərb- məsəllər çap edilmişdir.”

“Bununla yanaşı, islamın təsiri ilə mübarizə yetərli deyildir. Bir çox ilk partiya təşkilatlarında, tədris müəssisələrində, elmi kollektivlərdə və yaradıcılıq kollektivlərində əqidəli ateistlər tərbiyə olunması üçün böyük imkanlardan, ideoloji fəaliyyətin bütün forma və metodlarından lazımınca istifadə edilmir. Dindarlara fərdi təsirin səmərəsi lazımınca qiymətləndirilmir, halbuki, bu, insan xarakterinin xüsusiyyətlərini, onun sosial-psixoloji əlaqələrinin müxtəlifliyini nəzərə almağa imkan verir. Bir çox ailələr ideya təsiri dairəsindən kənarda qalır. Bu da lazımınca başa düşülmür ki, mənəvi, beynəlmiləl və ateist tərbiyəsinin səviyyəsini, mənəvi hami kimi müəllimin rolu və nüfuzunu məhz ümumtəhsil məktəbində qaldırmaq gərəkdir.”
Source : Nur.az.com
Comment