0
Sunday 18 March 2018 - 23:46

Höccətül-islam Nəzəri:Heç kəs İmam Hüseyn (ə) bayrağını yıxa bilməz

Story Code : 712471
Höccətül-islam Nəzəri:Heç kəs İmam Hüseyn (ə) bayrağını yıxa bilməz
Zəncanda Azərbaycan İslam Partiyasının mərhum sədri Hacı Əlikram Əliyevin vəfatının yeddinci ildönümü və Bədr və Xeybər əməliyyatları şəhidlərinin uca tutulması münasibətilə keçirilən mərasimin xətibi höccətül-islam Nəzəri deyib: “Bu mərasim ilin sonu olan xas günlər və şəhid Bakirinin şəhadət ildönümü günləri ilə eyni zamana təsadüf etdiyindən gənclərə tövsiyə edirəm ki, şəhid Bakirinin adaya necə getməsini mütaliə etsinlər.”
Hövzə və universitet ustadı Azərbaycanın iftixarlı şəxsiyyəti olan Hacı Əlikram Əliyevin fəaliyyətlərinə işarə edərək vurğulayıb: “İslam İnqilabı insan kimidir. İnsan təfəkkür sahibi və onun rəftarı əndişəyə bağlı olduğu kimi inqilab da təfəkkürə bağlıdır. İslam İnqilabının əndişəsi Quran və Əhli-beytdir (ə).
Quran və Əhli-beytlə (ə) uyğun olan hər hansı hərəkət haqq-həqiqətin meyarıdır, bundan qeyrisi isə batildir. Bu il bir neçə hadisə baş verdi, lakin onlardan bəziləri düzgün ayıretməni bacarmadı.”
Höccətül-islam Nəzəri tarixə nəzər salmağı zəruri adlandıraraq deyib: “Düşmən bizi əfi ilan və Səfəvi şiəliyi adlandırır. İnsani qüvvələr və sərdar Süleymani kimi insanların bərəkəti ilə düşmənin öz məqsədinə çatmasına icazə verilməməlidir.”
Xətib çıxışının davamında Nardaran hadisələrinə toxunaraq deyib: “Nardaranda baş verən hadisələr sosial şəbəkələrdə dalğaya çevrilməli və bu qəsəbədə baş verən hadisələrin hamısı açıqlanmalıdır.”
Hövzə ustadı xatırladıb: “Məncildə baş verən zəlzələ hadisəsində Nardaran əhalisi Məncil əhalisi ilə həmdərdliyini bildirmək üçün gecələri çöldə qaldı.”
Höccətül-islam Nəzəri İraqın İran əleyhinə müharibəsində Nardaran əhalisinin İran xalqına yardımlarına da toxunaraq deyib: “Mən bu məntəqənin əhalisini uca tuturam.”
Bu məntəqənin əhalisinin İmam Hüseyn (ə) məktəbinin müdafiəsi yolunda uzunmüddətli zindanlara düşmələrinə işarə edən xətib deyib: “Azərbaycan xalqı bu inqilabi hərəkətləri müdafiə edir.”
O əlavə edib: “Düşmənlər Nardaran hadisəsində İranı müqəssir bilirlər. Hacı Əlikramın sağlamlıq durumunun ağır olmasına baxmayaraq həbsxanada olduğu müddətdə onun tibbi müayinədən keçməsinə icazə vermədilər.”
Höccətül-islam Nəzəri Müqəddəs Müfafiə dövründə türk və farsların birgə iştirak etməsini və bu yolda şəhadətə yetmələrini diqqətə çatdırarqaq vurğulayıb: “Bu günləri düşmən bizim aramızda təfriqə salmaq üçün millətçilik məsələlərini qızışdırmağa çalışır.”
Xətib çıxışının digər hissəsində deyib: “Heç kəs Nardaran şəhidləri ilə qarşılaşa bilməz. Azərbaycanın dövlət məsulları tarixdən ibrət almalıdır. Pəhləvi rejimi İmam Hüseyn (ə) bayrağını yıxa bilmədiyi kimi Azərbaycan dövləti də bunu edə bilməyəcək.
Azərbaycanın dövlət məsulları Nardaranı tanımayıblar və bilmirlər ki, bu qəsəbəyə turist turları təşkil etmək kimi hərəkətlərlə müsəlmanların hərəkətinə mane ola bilməzlər.”
O, Azərbaycanın bir sıra deputatlarının səviyyəsiz açıqlamalarına toxunaraq deyib: “Azərbaycanın Milli Məclisi uşaqların Aşura mərasimində iştirak etməsini qadağan edən qanun qəbul edib. Ona görə də həmin gün uşaqları gəzintiyə çıxarırlar.”
Höccətül-islam nəzəri çıxşının sonunda deyib: “Mətbuat, məddahlar, dini heyətlər, əlində tribuna olanlar Nardaran məsələlərini yaxşı işıqlandırmalıdır. Sarəllah heyəti bu istiqamətdə təsirli addımlar atmışdır.”
Source : Nur.az.com
Comment