0
Wednesday 11 May 2011 - 20:58

"KOMİTET 300"ün STRUKTUR SXEMİ (XXXVII yazı)

Story Code : 71291
"KOMİTET 300"ün STRUKTUR SXEMİ (XXXVII yazı)
"KOMİTET 300"ün STRUKTUR SXEMİ (XXXVII yazı)
Ciddi tədqiqatçını Komitet 300-ün izindən azdırmaq asandır. Çünki Böyük Britaniyanın Mİ-6 (XAX = SİS) kəşfiyyatı “Yeni Era” (New Age), yoqa, Dzen-buddizm, magiya, “Apallonun Delfiya Müqəddəs Kilsəsi” (Aristotel onun üzvü idi) kimi “ruh üçün oyunların” geniş spektrinin və hər cür növlü yüzlərlə kiçik “kultların” yayılmasına şərait yaradır və buna yardım edir. Böyük Britaniya kəşfiyyatının “istefaya çıxan”, lakin işin içində qalan agentlərinin bir qrupu sui-qəsdçilər ierarxiyasını “İks Gücü” (“Force X”) termini ilə işarələndiriblər və elan ediblər ki, o, KQB-yə, Vatikanın kəşfiyyatına, MKİ-yə, ONI, DGSE, ABŞ-ın Hərbi Kəşfiyyatına, Dövlət Departamentinin Kəşfiyyat Xidmətinə və hətta ABŞ-ın bütün kəşfiyyat xidmətləri arasında ən yüksək məxfilik dərəcəsi olan “Milli Kəşfiyyat Ofisi” (MKO = ONR, Office of National Reconnoissance) kimi təşkilatlara sıza bilən supergüclü kəşfiyyat xidmətinə malikdir.

Prezident Trumen “Milli Kəşfiyyat Ofisi” ilə təsadüfən toqquşana qədər, MKO-nun varlığı Komitet 300-ün üzvlərindən başqa bir ovuc adama bəlli idi. Çörçillin MKO-nun əsasının qoyulmasında əli olmuşdur və Trumen onun varlığını aşkar edəndə o, bərk hiddətlənmişdi. Çörçill Trumeni Komitet 300-ün istənilən başqa nökəri ilə müqayisədə daha çox “İndependens (“müstəqillik”. - tərc.) şəhərciyindən olan hər hansı bir müstəqilliyi olmayan öz balaca adamı” hesab edirdi. Bu onunla əlaqədardır ki, Trumenin hər bir addımına masonlar tərəfindəın nəzarət edilirdi. Hətta bu gün belə MKO-nun illik büdcəsi Konqresə məlum deyil və o, yalnız Konqresin seçilmiş üzvləri qarşısında hesabat verir. Lakin “Milli Kəşfiyyat Ofisi” Komitet 300-ə sözsüz tabe olan orqandır və onun məlumatları hər bir neçə saatdan bir mütəmadi olaraq Komitet 300-ə ötürülür.

Beləliklə, Komitet 300-ün müxtəlif orqanlarında və bölmələrində mövcud olan bütün saxta mistifikasiyalar Komitetin özünün varlığı ilə bağlı şübhələri aradan qaldırmaq üçündür, lakin biz heç bir vəchlə şübhələnməməliyik ki, o, hər halda mövcuddur. Baxın, nəyi nəzərdə tutduğuma daha bir misal – əsasında çox populyar film çəkilən “ŞAKAL GÜNÜ” kitabı.

Kitab gerçək hadisələrdən bəhs edir. Hadisələrin gerçək iştirakçılarının və hadisələrin cərəyan etdiyi yerlərin adı aşkar səbəblərdən dəyişdirilsə də, Mİ-6-nın bir agentinə General De Qollun öldürülməsi tapşırığının verilməsi haqqında hadisə tamamilə həqiqidir. Komitet 300-lə əməkdaşlıq etməkdən imtina edən General De Qollu – o, Komitetin varlığı barədə gözəl bilirdi, çünki onun üzvü olmağa dəvət olunmuşdu - idarə etmək mümkün deyildi. De Qoll Fransanın NATO-dan çıxdığını elan etdikdən və dərhal, Fransanın özünə məxsus “zərbə qüvvəsi” adlandırılan, nüvə qüvvələrini yaratmağa başlayanda konflikt kulminasiya həddinə çatdı.

Bu, Komitet 300-ü özündən elə çıxardı ki, General De Qollu öldürmək tapşırığı verildi. Lakin Fransanın məxfi kəşfiyyat xidməti “Şakal” planının üstünü aça və De Qollun təhlükəsizliyini təmin edə bildi. Mİ-6-nın - əlavə edim ki, Mİ-6 Komitet 300-ün əsas məxfi xidmət orqanıdır - gizlin əməliyyatlar haqqında söhbət gedən hesabatlarının işığında Fransa kəşfiyyatının işi möcüzə təsəvvürünü yaradır.

“Hərbi Kəşfiyyatın Altıncı Bölməsi”nin (Mİ-6) yaradılması Kraliça I Yelizavetanın hər cür çirkli əməliyyatlar üzrə əlaltısı olan Ser Frensis Uolsinqhemin (Sir Francis Walsingham) adı ilə bağlıdır. Yüz illərlə mövcud olduğu vaxt ərzində Mİ-6 elə böyük təcrübə toplamışdir ki, dünyanın heç bir kəşfiyyat xidmətində bununla heç uzaqdan-uzağa belə müqayisa edilə biləcək heç nə yoxdur. Mİ-6-nın agentləri informasiyanı planetin bütün künc-bucaqlarında toplayır və gizlin əməliyyatlar yerinə yetirirdilər. Əgər bu əməliyyatlar üzərindən məxfilik pərdəsi götürülsə və bunlar aşkar edilsəydi, hətta ən məlumatlı adamı da heyrətə gətirərdi. Bax məhz buna görə Mİ-6 Komitet 300-ün həlledici xidməti hesab olunur.

Mİ-6 rəsmi olaraq mövcud deyil, onun büdcəsi kraliçanın şəxsi fondlarından və “fərdi fondlardan” doldurulur və deyilənlərə görə, ildə 300-350 milyon dollar təşkil edir. Lakin onun dəqiq məbləğini heç kəs bilmir. Mİ-6 özünün indiki formasında 1991-ci ildə, Ser Mensfild Kamminq (Sir Mansfield Cumming) ona rəhbərlik etdiyi vaxtdan mövcuddur. Kral donanmasının kapitanı olan Kamminqin adı həmişə “K” hərfi ilə işarə olunurdu. Ceyms Bond “M”-nin şöhrəti də bax bundan başlanmışdır.

Mİ-6-nın fəaliyyətinin hər hansı bir rəsmi tarixi yoxdur – bu, ciddi sirrdir, hərçənd Bercessin, Maklinin, Bleykin, Blantın (Burgess, Maclean, Blake, Blunt) ifşa olunması Mİ-6 zabitlərinin mənəvi ruhuna böyük xələl gətirmişdi. Başqa xidmətlərdən fərqli olaraq, Mİ-6-nın gələcək işçilərini universitetlərdən və digər təhsil müəssisələrindən yüksək ixtisaslı “talant ovçuları” seçir ki, seçimin səviyyəsini Rods təqaüdçülərinin timsalında - onları “Dəyirmi Masanın” üzvü etdilər – qiymətləndirmək olar. Namizədlərə edilən tələblərdən biri xarici dilləri bilməkdir. Namizədlər sərt “qan təmizliyi” yoxlamasına məruz qalırlar.

Belə bir qorxunc qüvvə tərəfindən dəstəklənən Komitet 300 ifşa olunmaqdan qorxmaya bilər və bu, hələ onilliklər ərzində davam edəcək. Komitetin varlığı ehtimalına inanmağa, onun ətrafında hökm sürən ağlasığmaz məxfilik mane olur. Kütləvi informasiya vasitələrindən heç biri bu sui-qəsdçi ierarxiyasını heç vaxt hətta xatarlatmayıb və buna görə tamamilə təbiidir ki, insanlar onun varlığına şübhə edirlər.

Komitet 300 daha çox Böyük Britaniya monarxının, hazırda Kraliça II Yelizavetanın nəzarəti altındadır. Hesab edirlər ki, Kraliça Viktoriya Komitetin idarə olunması sirrinin saxlanması ilə bağlı əsl paranoyadan əzab çəkirdi. O, “qəssab Cekin” törətdiyi qanlı cinayətlərin yerində qoyduğu MASON yazılarının tapılması faktını gizlətmək üçün səylərini əsirgəmirdi. Çünki həmin yazılar Komitet 300-ün Şotland rituallı Masonluğun yüksək dərəcəli üzvü olan bir nəfər tərəfindən həyata keçirilən “eksperimentlərlə” əlaqəsinə işarə edirdi. Komitet 300 dünyanın hər bir ölkəsində, o cümlədən də SSRİ-də korporativ maraqları olan britaniyalı aristokratiya üzvləri ilə doludur.

Komitet 300 aşağıdakı struktura malikdir:
“Susseks Universitetinin” nəzdində olan “Tavistok İnsan Münasibətləri İnstitutu” və onun London filialı “Beynəlxalq İşlər üzrə Kral İnstitutuna” məxsusdur və onun tərəfindən idarə olunur. “Beynəlxalq İşlər üzrə Kral İnstitutunun” Amerikada “saraya yaxın yəhudisi” Henri Kissincerdir. İkinci Dünya Müharibəsindən sonra adını dəyişərək “ULDUZLAR QRUPU” qoyan “QARTAL VƏ ULDUZ QRUPUNA” bir-biri ilə kəsişən və yaxın sahələr üzrə - (1) sığorta, (2) bank işi, (3) daşınmaz əmlak, (4) əyləncələr, (5) kibernetika, elektron əlaqə vasitələri və s. də daxil olmaqla yüksək texnologiyalar - fəaliyyət göstərən iri beynəlxalq kompaniyalar daxildir.

Bank biznesi fəaliyyətin əsas istiqaməti olmasa da, xüsusilə də bankların klirinq palataları rolunu oynadığı və narkopulların yuylması üçün vasitə olduğu rayonlarda həyati dərəcədə vacib işdir. Bank sahəsində adı ən “bərk səslənənlər” “İngiltərə Bankı”, “Federal Ehtiyat Sistemi”, “Beynəlxalq Hesablaşmalar Bankı”, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı və “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” (NSBC) banklarıdır. “Amerikan Ekspress Bank” – bu, narkopulların yuyulması vasitəsidir. Bu bankların hər birinin filialları var və ya bütün dünyada yüzlərlə və minlərlə böyük və xırda bank onların nəzarəti altındadır.

Komitet 300-ün şəbəkəsinə minlərlə böyük və xırda bank daxildir ki, onların arasında “Banca Commerciale İtaliana”, “Banka Privata”, “Banko Ambrosiano”, “the Netherlands Bank”, “Barclays Bank”, “Banko del Colombia”, “Banco de İbero-Amerika” kimi bankları göstərmək olar. “Banka del la Svizzeria İtaliana” (BSİ) xüsusi maraq doğurur, çünki bu bank “uçan kapitalların” ABŞ-a investisiyası ilə məşğul olur – işlər əsas etibarilə dollar və ABŞ obliqasiyaları ilə aparılır. Bu bank Venesiya “Qara Aristokratiyasının” “uçan kapitallarının” mərkəzi olan “neytral” Luqanoda izolyasiyada yerləşir. Luqano nə İtaliyanın, nə də İsveçrənin ərazisinə daxil deyil və kölgəli “uçan kapitalla” əməliyyatlar üçün kölgəli zonadır. “Banka del la Svizzeria İtaliana” bankında böyük aksiya paketinə malik olan Corc Boll (George Ball) bankın nüfuzli “insayderi” (insayder -təşkilatın sirrləri barədə məlumatlı olan şəxs) və ABŞ-da bankın təmsilçisidir.

“Bank of Credit and Commerce International” (BCCI), “Banca Nationale Del Lavoro” (BNL), “Banco Mercantil de Mexico”, “Banco Nacional de Panama”, “Bangkok Metropolitan Bank”, “Bank Leumi” (İsrail), “Bank Hapoalim” (İsrail), “Standard Bank”, “Bank of Geneva”, “Bank of Ireland”, “Bank of Scotland”, “Bank of Montreal”, “Bank of Nova Scotia”, “Banque Paris et Pays Bas”, “British Bank of the Middle East”, “the Royal Bank of Canada” – bunlar “ixtisaslaşmış” bankların böyük siyahısında olanların yalnız bəziləridir.

Cənubi Afrikadan olan Oppenqeymerlər Rokfellerlərlə müqayisədə qat-qat “ağır çəki kateqoriyasında” çıxış edir. Məsələn, bütün dünyada qızıl və almaz hasilatı və satışı ilə məşğul olan nəhəng “Anglo American Corporation” korporasiyasının sədri olan Harri Oppengeymer 1981-ci ildə Şimali Amerikanın bank bazarına çıxmaq niyyətində olduğunu bəyan etmişdi. Oppengeymer ABŞ-da iri bankların – bunların arasında “Citiqrup” bankı da var idi - səhm paketlərinin alınması məqsədilə xüsusi olaraq yaradılan kompaniyaya tezliklə 10 milyard dollar investisiya yatırdı. Oppengeymerin “Minoqrup” adlandırılan investisiya kompaniyası Bermudda – Böyük Britaniya Kral nəslinin qoruğunda – öz filialını yaratdı. “Minoqrup”-un Direktorlar Şurasına “Citiqrup” bankından Uolter Vriston (Walter Wriston) və onun baş hüquq məsləhətçisi Robert Kler (Robert Clare) daxil oldu.

Qiymətli metal və minerallar sahəsində Oppengeymerlə yarışan yeganə kompaniya “Consolidated Gold Fields of South Africa” idi. Lakin Oppengeymer 28 % payla ən iri səhmdar kimi ona nəzarəti ələ keçirdi. Beləliklə, qızıl, almaz, platin, titan, mis, dəmir filizi və eləcə də əksəriyyəti ABŞ üçün mühüm strateji əhəmiyyət kəsb edən 52 adda metal və mineral Komitet 300-ün əlinə kiçmiş oldu.

Komitet 300-ün Cənubi Afrikadan olan erkən üzvlərindən biri, Sesil Con Rodsun planı bax belə idi və bu plan artıq həyata keçirilmişdir. Onun həyata keçirilməsi Cənubi Afrikada, “burlar” adlandırılan minlərlə və minlərlə ağ fermerin və onların ailələrinin qanının axıdılması ilə başlandı. Birləşmiş Ştatlar və eləcə də qalan bütün dünya əli qoynunda durub seyr etdiyi vaxt, bu kiçik xalq tarixdə ən qəddar hərbi genosidə məruz qaldı. Vaxtı çatanda Komitet 300 Birləşmiş Ştatlar üçün də belə bir tale hazırlayıb və həmin vaxt artıq çox da uzaqda deyil.

Sığorta kompaniyaları Komitet 300-ün biznesində həlledici rol oynayır. Bunların arasında Venesiyada “Assicurazioni Generali” və “Riunione Adriatica di Sicurta” kimi əsas söğorta kompaniyaları da vardır. Bu kompaniyalar dünyada müvafiq olaraq birinci və ikinci yeri tuturlar, onlar öz bank hesablarını “Beynəlxalq Hesablaşmalar Bankı”-nda İsveçrə qızıl franklarında saxlayırlar. Onların hər ikisi çoxsaylı investisiya bankına nəzarət edir ki, həmin bankların Uoll Stritdə səhmlərdə dövriyyəsinin həcmi ABŞ investorlarının dövriyyəsindən iki dəfə çoxdur. Sığorta biznesinin bu iki nəhənginin Direktorlar Şurasında həlledici rolu oynayan Komitet 300-ün üzvləri bunlardır: Roma və Venesiya “Qara Aristokratiyasından” olan, öz şəcərəsini imperator Yustiniandan davam edən Custiniani (Giustiniani) ailəsi, “Hambros (Merchant) Bank”-dan olan Ser Coselin Hamro; şəcərəsi altı əsr hesablanan və Venesiya “Qara Aristokratiyasının” ən qədim Luzattilərinə gedib çıxan Pyerpaolo Luzatti Fegiz (Pierpaolo Luzzatti Fequiz) və “Qara Aristokratiyanın” qədim ailələrindən olan Ortolani ailəsindən Umberto Ortolani (Umberto Ortolani).

Komitet 300-ün Venesiyanın “Qara Aristokratiyasının” qədim ailələrindən olan digər üzvləri və “Assicurazioni Generali” və “Riunione Adriatica di Sicurta” sığorta şırkətlərində İdarə Heyətinin üzvləri bunlardır: Doria ailəsi (Doria) – İspaniya Qabsburqlarının maliyyəçiləri; Eli de Rotşild (Elie de Rothschild); Baron Avqust fon Fink (August von Finck - Almaniyanın ikinci ən varlı adamı, dünyasını dəyişib); öz şəcərəsini qədim Romanın eyni familiyalı senatorundan gətirən “Qara Aristokratiyanın” qədim Orsini ailəsindən Franko Orsini Bonakassi (Franco Orsini Bonacassi); şəcərəsi qüdrətli Hersoq de Albaya gedib çıxan Alba (Alba) ailəsi və Belçikalı Rotşildlər ailəsinin kuzeni (“kuzen” – dayı, xala, əmi və ya bibi uşağı, tərc.) Baron Pyer Lambert (Pierre Lambert).

Böyük Britaniya Kraliçasının nəzarət etdiyi ingilis kompaniyalarından “Eagle Star” (“İql Star” – “Qartal Ulduzu”), Amerikanın sığorta şirkətlərinin əksəriyyətinin, o cümlədən də “Allstate Insurance” kompaniyasının mülkiyyətçisi olan və onlara nəzarət edən “Prudential Insurance Company” kompaniyalarını göstərmək lazımdır. Bu siyahının başında, çox guman, Mİ-6-nın ən qüdrətli örtük-pərdəsi olan “Eagle Star” durur. “Eagle Star” böyüklüyünə görə “Assicurazioni Generali” ilə çəkişə bilməsə də, görünür, bu şirkət heç də ondan az vacib deyil, çünki onun mülkiyyətçisi kral ailəsidir və “Eagle Star”, Komitet 300-ün nominal başçısı olaraq, çox böyük təsir göstərir.

“Eagle Star” yalnız Mİ-6 üçün deyil, həm də “Hill-Samuels”, “N. M. Rothschild and Sons” (“N. M. Rotşild və oğulları” – qızıla qiymətlərin “fiksatorlarından” biri, buna Londonda hər gün rast gəlmək olar) və “Barclays Bank” (“Afrika Milli Konqresinin” (AMK) maliyyə mənbələrindən biri) da daxil olmaqla, ən iri Britaniya bankları üçün də örtük-pərdə qismində çıxış edir. Kifayət qədər böyük dəqiqliklə demək olar ki, ən nüfuzlu britaniyalı oliqarxik ailələr “Eagle Star” kompaniyasını Komitet 300-ün siyasətinə müqavimət göstərənlərə qarşı “qara əməliyyatları” həyata keçirmək üçün vasitə kimi yaratmışlar.

Mərkəzi Kəşfiyyat İdarəsindən fərqli olaraq, Mİ-6-nın yüksək rəhbərlərinin adlarının açıqlanması Böyük Britaniya qanunları ilə ciddi cinayət hesab olunur. Buna görə də aşağıda Mİ-6-nın rəhbər zirvəsinin siyahısının yalnız bir hissəsi verilir – onlar həm də Komitet 300-ün indiki (və ya keçmiş) üzvləridir: Lord Hartli Şoukross (Lord Hartley Shawcross), Ser Brayan Edvard Mauntin (Sir Brian Edward Mountain), Ser Kennet Keys (Sir Kenneth Keith), Ser Kennet Stronq (Sir Kenneth Strong), Ser Uilyam Stefenson (Sir William Stephenson), Ser Uilyam Vaysman (Sir William Wiseman).

Adı çəkilən şəxslərin hamısı Komitet 300-ün həlledici kompaniyalarının işinə çox dərin cəlb olunublar (ya da əvvəllər cəlb olunmuşdilar) və kitabın gedişində görəcəyimiz kimi, həmin kompaniyalar bütün fəaliyyət sahələrində məşğul olan minlərlə şirkətlə qarşılıqlı surətdə bağlıdırlar. Bu kompaniyalardan bəzilərinin siyahısı budur: “Rank Organization”, “Xerox Corporation”, “ITT”, “IBM”, “RCA”, “CBS”, “NBC”, “BBC and CBC” telekommunikasiyalar sahəsində, “Raytheon”, “Textron”, “Bendix”, “Atlantic Richfield”, “British Petroleum”, “Royal Dutch Shell”, “Marine Midland Bank”, “Lehman Brothers”, “Kuhn Loeb”, “General Electric”, “Westinghouse Corporation”, “United Fruit Company” və bir çox başqaları.

Mİ-6 bu kompaniyaların böyük hissəsinə Böyük Britaniya kəşfiyyatının Nyu-Yorkda, RCA kompaniyasının binasında – bura Mİ-6-nın rəhbəri Ser Uilyam Stefensonun mənzil-qərargahı olmuşdur – yerləşdirilən rezidentləri vasitəsilə rəhbərlik edir. “Radio Corporation of America” (RCA) – bu, “General Electric”, “Westinghouse”, Böyük Britaniya taxt-tacının maraqları naminə fəaliyyət göstərən “Morgan Guarantee and Trust” və “United Fruit” kompaniyaları tərəfindən hələ 1919-cu ildə Böyük Britaniya kəşfiyyatının mərkəzi kimi təşkil olunmuş müəssisədir. RCA-nın ilk prezidenti - Ouen Yanq C. P. Morqanın adamı idi və “Yanq Planı” onun adı ilə adlandırılmışdı. 1929-cu ildə RCA-ya David Sarnoff (David Sarnoff) rəhbər təyin olundu - o, 1919-cu ildə keçirilən Paris Konfransında (bu konfransda qalib gələn “müttəfiqlər” məğlub edilən Almaniyanın kürəyinə xəyanətkarcasına xəncər sapmışdı) Ouen Yanqın köməkçisi olmuşdu.

Uoll-Stritdə bank və makler kontorlarından ibarət bütöv bir şəbəkə fond bazarında Komitet 300-ün maraqları naminə əməliyyatlarla məşğul olur. Bunlardan ən mühümləri “Blyth”, “Eastman Dillon”, “the Morgan Groups”, “Lazard Freres” və “Kuhn Loeb Rhodes” şirkətləridir. Uoll-Stritdə ümumiyyətlə hər şey “İngiltərə Bankı”-nın nəzarəti altında baş verir, onun üçün təlimatlar isə Morqanın qrupları vasitəsilə instansiyalar üzrə ötürülür və bundan sonra əsas broker evləri tərəfindən həyata keçirilir ki, onların yüksək icraçı rəhbərləri bu direktivlərin yerinə yetirilməsinə tam cavabdehdirlər. “Drexel Burnham Lambert” kompaniyası “Morgan Guarantee” kompaniyası tərəfindən müəyyən edilən limitləri ötüb keçənə qədər Komitet 300-ün favoritləri sırasında idi. Əsas broker evlərinin hamısı 1981-ci ildə Komitetə satıldı, “Phibro” isə (“Fibro”) “Salomon Brothers” ilə birləşdi. “Phibro” – bu, Oppongeymerin “Anglo American Corporation” şirkətinin işgüzar rıçaqıdır. Bu idarəetmə mexanizmi sayəsində Komitet 300-ün öz üzvləri və geniş yayılan korporasiyalar şəbəkəsi üçün Uoll-Stritdə təmin etdiyi investisiyaların dövriyyə sürəti, “insayder” olmayan xarici investorların dövriyyə sürətini iki dəfə üstələyir.

Xatırlayaq ki, dünyanın ən varlı ailələrinin bəziləri Avropada yaşayır, buna görə də onların Komitet üzvləri arasında üstünlüyə malik olması təbiidir. Bir vaxtlar Almaniyanın bütün poçt sisteminin mülkiyyətçisi olan Fon Turn və Taksis (Von Thurn und Taxis) ailəsi ilə müqayisədə Devid Rokfeller kasıb qohum kimi görünür. Fon Turn və Taksis sülaləsinin 300 il yaşı var və bir-birinin ardınca onun bütün nəsillərinin Komitet 300-də yeri olub və bu yeri onlar indi də tuturlar. Komitet 300-ün Venesiya “Qara Aristokratiyasına” məxsus ən varlı ailələrinin bir çoxunun adını biz artıq çəklmişik, digər adlar isə, biz onların müxtəlif sahələrdə fəaliyyəti ilə rastlaşanda, çəkiləcəkdir. İndi biz Komitet 300-ün amerikalı üzvlərinin adlarını çəkəcəyik və onların Böyük Britaniya Taxt-tacı ilə əlaqələrini izləməyə çslışacağıq.

Davamı var

Yaşar Əsədov


Redaksiyadan: "Komitet-300" artıq kitab şəklində çapdan çıxıb və Bakı şəhərinin "Əli və Nino" kitab mağazasında satılır. Qiyməti 7 manatdır.
Source : faktxeber
Comment