QR CodeQR Code

Dünya İsrail "səfirliyi"ndən qorxmalıdır... İsrail də İrandan

Nur.az.com , 21 Apr 2018 00:18

Islamtimes - İsrail "səfirliyi" konkret olaraq fitnə yuvasıdır.


Bəzən mətbuatda yazırlar ki, İsrail sionistləri dünyaya hökmranlıq edirlər. Hətta bunlarla ABŞ belə bacarmır. Üstəlik ABŞ prezidentini siyasi qərarlar verməkdə İsrail sionistləri mütəəssir edə bilirlər. Hətta ABŞ-da kim prezident olur olsun İsraillə dil tapmalıdır, onun nazını çəkməli, "dabrosunu" almalıdır. Təbii ki, burada təkcə kiçik bir rejimdən söhbət getmir. Sionist İsrail deyiriksə burada söhbət dünya sionlarından gedir. Onların müxtəlif ölkələrdə masson lojaları, məbədləri, təşkilatları, konseyləri mövcuddur.
Azərbaycanda da tez-tez bu söhbətlər gündəmə gəlib. Deyirlər Azərbaycan hökümətinə, parlamentinə, mühüm dövlət postlarına, hətta keçmiş MTN-ə qədər irəliləyə bilmişdilər.
Xatırlayırsınızsa hər dəfə İsrailin qondarma səfiri Azərbaycandakı müxtəlif merlərlə görüşəndə deyirlər ki, biz özümüzü Azərbaycanda doğma vətən kimi hiss edirik. Bunu digər israillilər də bura gələndə deyir. İndi deyilə bilər ki, yəqin onlara yaxşı üz göstərilir və onlar xoş qarşılanır. Əlbəttə xoş qarşılanmaları təbiidir. Bu, ölkənin inkişafından asılı məsələ deyil. Belə olsaydı ölkə vətəndaşı da özünü Azərbaycanda vətənindəki kimi hiss edərdi. Bir halda ki, Azərbaycan elə hər bir azərbaycanlının doğma vətənidir. Onlar sadəcə olaraq özlərini həm də Azərbaycanın hakimi kimi hiss edirlər. Bu sözləri deyən onun qondarma səfirliyi önündə tez-tez etiraz aksiyaları keçirən insanladan biridirsə bu insanların sözünə inanmaya bilərsiniz. Sizə necə inandıraq ki, bir halda ki, zülmü qınayan insanları iranpərəstlikdə ittiham edirsiz. Onda jurnalist Eynulla Fətullayevin sonuncu dəfə İsrail "səfirliyi" barədə yazdıqlarını internet saytlarında axtarıb tapın. Qısası budur ki, Fətullayev səfirliyə gedib və ona qarşı tərbiyəsizlik ediblər. Onu təhqir edib, maşınını saxlamağa qoymayıblar, "əmr ediblər" ki, əlini cibindən çıxarsın və "heç bilirsən biz kimik?", "bilirsən hara gəlmisən", "kiminlə danışırsan?", "bunlarla heç nazirlər belə bu cür danışa bilmir" kimi ifadələrlə üzləşib.
Düzdür, siyasət dünyasında hər ölkədə səfirlik açmaq istəyən ölkələr gəlib həmin ölkədəki ərazini pulla alırlar. Bu da o deməkdir ki, həmin səfirlik ərazisi o ölkəyə məxsusdur. Amma İsrail bundan istisna edilib. Çünki bütün dünya bilir ki, qondarma İsrail rejimini qondaranlar bu rejimi fələstinli körpələrin qanı üzərində inşa etdilər. Bu rejimin öndərlərinin ərazi, "səninki, mənimki" ilə bağlı problemləri var. Çünki bütün dünyanın gözü önündə işğalçılığa əl atdılar, indiyədək də rifah içində yaşamaları onların boğazında iri balıq sümüyü kimi qalıb. Bir yandan yuxularına Suriya, Hizbullah haram qatır, digər yandan zirehli texnikalarını fələstinli gənclər daş-kəsəklə qovur, bir yandan İran bunların kürkünə birə salıb. Artıq siravi bir gənc mücahid fələstinlinin belə üstünə on sionist əsgəri düşüb hədələyir, döyür, təhqir edir. Və ən əsas, qondarma rejimin demək olar ki, bütün ölkələrdəki "səfirlikləri" üzüqaradır. Nə vaxt fələstinlilərə zor tətbiq edirləsə səfirliklərinin önündə sülhpərvər, haqqpərəst insanlar toplaşıb İsrailə ölüm arzulayır. Hər Ramazan ayının son cüməsi olan Qüds günü isə İsrail öndərlərinin qəbrinə od vurur.
Təsəvvür edin ki, bir səfirlik işçisi (Azərbaycandakı) Azərbaycan vətəndaşı ilə (Eynulla) o cür rəftar edirsə gör indi bu rejim Azərbaycan Respublikasına necə münasibət bəsləyir. Əlbəttə, bu gün İsrailin ölkəmizlə olan əməkdaşlığı İran qorxusundan doğur. Sionistlər İrandan qorxduqları üçün onun qonşularının da İranı sionistlərə tərcih etməsindən qorxurlar. Yoxsa bu rejimin qaniçən ermənilərdən heç bir fərqi yoxdur. Qorxduqları da budur ki, Azərbaycan tərəfi bunu bir gün dəqiqliyi ilə anlayar və anlamasında İranın böyük rolu olar.
İsrail "səfirliyi" konkret olaraq fitnə yuvasıdır. Hətta bu məsələ o qədər barizdir ki, sionist rejimlə bir ara münasibətləri korlanan Türkiyənin məşhur "Kurtlar vadisi" serialında İsrail rejiminin "səfirliyi" uşaq oğrularının himayəçisi və uşaq oğrusu kimi qələmə verilmişdi. Filmdə Türkiyə KGT işçiləri "səfirliyə" basqın edib diplomatı öldürür, qondarma bayraqlarını qana boyayır. Bir müddət sonra isə rejimdən etiraz gəlir və serialın növbəti seriyalarında qətli törədənlərin peşmançılığı açıq-aşkar etiraf edilir. Bəli, bu filmdir, amma reallığı əks etdirib. Həqiqətə gəldikdə isə İran ABŞ, İngiltərə, İsrail "səfirliyinin" fitnə yuvası olduğunu tarixdə sübut edib. İran İslam Respublikasında mübariz, mücahid ruhlu dindar insanlar fitnə yuvalarını aşkarlamış, İslam dövləti İsrail "səfirliyinin" yerləşdiyi binadan sionistləri qovmuş və Fələstin səfirliyi açmışdır. Sonuncu imza isə sionistləri bütün dünyada rüsvay etmişdir. Doğrudur, hətta Azərbaycanda kiçik bir dəstənin sionist "səfirliyi" önündə etiraz edib İsrailə ölüm arzulaması İsrialin rəsmən ölümü deməkdir. Onlar haqq tənqidə dözə bilmir. Amma İran İslam Respublikası sionizmin əslində gücsüz, aciz olmasını bütün dünyaya göstərib. Təsadüfi deyildir ki, rejimin qondarma baş naziri Netanyahu ona hansı ölkədən özlərinə təhlükə hiss etmələri barədə sual verərkən muxbirə üç dəfə İran, İran, İran demişdir. Bu, müsəlmanın izzəti, sionizmin zilləti deməkdir. Onlar deyir dünya İsrail "səfirliyi"ndən qorxmalıdır, amma özləri də Allahın lütfü ilə İrandan qorxur.


Story Code: 719387

News Link :
https://www.islamtimes.org/az/article/719387/dünya-israil-səfirliyi-ndən-qorxmalıdır-də-irandan

Islam Times
  https://www.islamtimes.org