QR CodeQR Code

Şeytan (lən) İmam Səccadın (ə) ibadətindən necə sarsıldı?

Deyerler , 22 Apr 2018 16:53

İslamtimes - Əfi ilan dişlərini İmamın ayaq barmaqlarına yaxınlaşdırır və ağzından atəş çıxardır. Ancaq İmam namazdakı aram halını pozmur və ona diqqət etmir.


İmam Cavadın (ə) xidmətçilərindən olan Əsgər adında bir şəxs bir gün İmam Rzaya (ə) deyir: “Necə ola bilər ki, Peyğəmbərin (s) Əhli-Beyti (ə) arasından ancaq dördüncü İmam Əli ibn Hüseyn (ə) Seyyidil-abidin ləqəbini almışdır?”. (Tebyan)

İmam Rza (ə) buyurur: “Atam öz atalarından nəql edir ki, buyurublar: “Bir gün Əli ibn Hüseyn (ə) namazla məşğul idi. Qəflətən şeytan dəhşətli əfi ilan şəklində və qırmızı gözləri ilə yerin altından çıxır. Özünü Həzrətin ibadət mehrabına yaxınlaşdırır. Ancaq İmam o dəhşətli varlıq qarşısında ən az həssaslıq belə, göstərmir. Allah Təala ilə olan rabitəsini kəsmir.

Əfi ilan dişlərini İmamın ayaq barmaqlarına yaxınlaşdırır və ağzından atəş çıxardır. Ancaq İmam namazdakı aram halını pozmur və ona diqqət etmir.

Şeytan bu halda ona əziyyət verməklə məşğul olur. Anidən səmadan yanar ox gəlir və o məluna dəyir. Ox ona dəyən kimi fəryad çəkir və əvvəlki halına qayıdır. İmamın kənarında dayanır və deyir: “Siz ibadət edənlərin seyyidi və sərvərisiniz. Bu ad ancaq sizə layiqlidir!”.

Bundan sonra şeytan İmamın yanından çıxıb gedir. İmam ona diqqət etmədən öz ibadətini davam etdirir””.


Story Code: 719740

News Link :
https://www.islamtimes.org/az/article/719740/şeytan-lən-imam-səccadın-ə-ibadətindən-necə-sarsıldı

Islam Times
  https://www.islamtimes.org