0
Sunday 15 July 2018 - 16:28

Həzrət Məsumə (s.ə) bütün Əhli-Beyt (ə) ardıcıllarına şəfaət verəcəkdir

Story Code : 737930
Həzrət Məsumə (s.ə) bütün Əhli-Beyt (ə) ardıcıllarına şəfaət verəcəkdir
Həzrət Məsumə Fatimə (s.ə) - fəzilətlərin və mənəvi məqamların nişanəsidir. Onun ruhu pakdır və mənəvi məqamı kamala çatmışdır. Həzrət Musanın (ə) övladları arasında İmam Rzadan (ə) sonra Həzrət Məsumə (s.ə) məqamlı başqa bir insan yox idi.
Şeyx Abbas Qumi buyurur: “Musa ibn Cəfərin (ə) qızları arasında onların ən üstünü Seyyideyi Cəlileyi Fatimədir (s.ə) ki, Məsumə adı ilə məşhurdur”. (Erfan)
O, imamət günəşinin yanında doğan bir Aydır və imamətin qucağında böyümüşdür. O, həm elmi və həm də mənəvi kamal baxımından Ali-Muhəmmədin (ə) fəzilətli şəxsiyyəti idi. Həzrəti Məsumənin (s.ə) məqamı o qədər böyükdür ki, müsəlmanlara şəfaət verəcəkdir.
Həzrət Məsumə (s.ə) alimlər və fəqihlər arasında “Əhli-Beytin (ə) kəriməsi” ləqəbini almışdır. Bu ləqəb ancaq o Həzrətə (s.ə) şamil edilir.
Ayətullah Mərəşi-Nəcəfinin nəqlinə görə, bu ləqəbi o gözəl Xanıma (s.ə) Həzrət İmam Sadiq (ə) vermişdir.
Ayətullah Mərəşi-Nəcəfi gördüyü sadiq yuxuların birində İmam Sadiqin (ə) Xanıma bu cür müraciət etdiyini eşitmişdir: “Eşq olsun sənə, ey Əhli-Beytin (ə) kəriməsi!”.
Ayətullah Hacı Seyyid Muhəmməd Vəhidi seyyidlərin birindən nəql edir: “Gecə röya aləmində Həzrət Məsumə Fatimənin (s.ə) xidmətinə getmişdim.
Aramızda maneə və pərdə yox idi. Hiss etdim ki, mən Xanım üçün məhrəməm. O, seyyidlərin bibisidir. Ondan soruşdum: “Siz Qum əhlinə şəfaət verəcəksiniz?”. Xanım cavabında buyurur: “Mirzə Qumi, Qum əhlinin şəfaəti üçün kifayətdir, mən isə bütün Əhli-Beyt (ə) davamçılarına şəfaət verəcəyəm””.
Bu yuxu İmam Sadiqdən (ə) gələn bu hədisi yada salır: “Onun (Həzrət Məsumənin (s.ə)) şəfaəti ilə bütün Əhli-Beyt (ə) davamçıları behiştə daxil olacaqlar”.
Allah bizlərə Xanım Məsumənin (s.ə) mənəvi məqamını tanımaq tövfiqini və şəfaətinə nail olmağı nəsib etsin!
 
Source : Deyerler
Tagged
Məsumə
Comment