0
Tuesday 24 May 2011 - 23:41

Sionizm buz dağının ərəb inqilabı günəşi altında əriməsi

Story Code : 74305
Sionizm buz dağının ərəb inqilabı günəşi altında əriməsi
Sionizm buz dağının ərəb inqilabı günəşi altında əriməsi
Y E N İ L Ə N İ B

İsrail rejimi qanunsuz istəklərinə çatmaq üçün Qərbdəki müttəfiqlərinin, xüsusi ilə ABŞ köməkləri ilə məntəqədə ağlagəlməz cinayətlərə əl atıbdır. 

ABŞ bütün bu illərdə özünün məntəqədəki oyuncağını qorumaq üçün bütün vasitələrə əl atıbdır. Onlar insan haqqlarını ayaq altına alaraq, Fələstin xalqının hüquqlarını kobud şəkildə pozaraq, onları ayaqları altda əziblər. ABŞ bütün bu əməllərlə qondarma İsrail rejiminin sütunlarını möhkəmlətməyə çalışırdı.

İsrail rejimi yarandığı tarixdən bu günədək hərbi yollardan istifadəyə meyilli olmuşdur. Onlar daim kobudluqdan istifadə edibdir. Bu gün minlərlə günahsız fələstinlin qanı bu işğalçı rejimin damarlarında cərəyandadır. 

Son zamanlar ərəb ölkələrində baş qaldırmış inqilab dalğaları ABŞ-ın oyuncağı olan İsraili və onların Qərbdəki müttəfiqlərini də təşvişə salıbdır. Artıq onlar özlərini ərəb ölkələrində baş verən inqilab dalğalarının təsiri altında hiss edirlər. Bu təsir günü-gündən daha da genişlənməkdədir. 

Ərəbistanda nəşr olunan “Əl-Ərəb əl-Yəvm” qəzeti də İsrailin ərəb dövlətlərində baş verən inqilablardan təşvişə düşdüyü xəbərini təsdiqləyərək yazır:
“Ərəbistanda baş verən bu köklü dəyişikliklər ərəb dövlətlərinin xeyrinədir.
Bu inqilablar ərəb dövlətlərinin düşmənləri, o cümlədən İsrail üçün ağır zərbə idi. Çünki, ərəb dövlətlərində baş verən bu dəyişikliklərdən sonra yeni qurulmuş dövlətlər İsrail və müttəfiqlərindən işğalçı siyasətlərinə son qoymağı tələb edirlər. Onların Fələstinin işğal edilmiş torpaqlarında şəhərsalma prosesinə etirazı İsrail üçün sarsıdıcı zərbə oldu. 

ABŞ-ın Tel-Əvivdəki səfirinin dediyi kimi İsrail Amerikanın böyük sərvətlərindən hesab edilir. Ağ ev bu işğalçı rejimin varlığını qorumaq üçün əlindən gələni əsirgəmir. Amma ABŞ-ın məntəqədəki bu buz dağı son günlər ərəb inqilabı günəşi altda əriyərək yoxa çıxmağa başlayıb. İsrailin Qərb müttəfiqləri belə bu prosesi acizanə şəkildə kənardan izləməyə məhkumdurlar. 

Fələstinin iki böyük təşkilatı olan Fəth və HƏMAS arasındakı sülh sazişi də ərəb dövlətlərində baş vermiş inqablardan təsirlənmiş bir proses idi. Xüsusi ilə Misirdə baş vermiş inqilabdan ölkəni idarə edən hərbi şuranın Fəth və HƏMAS-ı sülh sazişinə təşviq etməsi sionist rejim üçün ağır zərbə idi. Sözü gedən saziş İsrailin varlığını təhlükə altına almışdır. Qərb araşdırmalar mərkəzlərindən biri də ərəb dövlətlərində baş vermiş köklü dəyişikliklərə işarə ilə işarə edərək bu hadisənin
İsrailin parçalanmasına səbəb olacağını bildirib. 

Araşdırmalar mərkəzinin bu bəyanatında bildirilir ki, məntəqədə baş vermiş dəyişikliklər sionist rejimi çıxılmaz vəziyyətdə qoyub. Belə ki, Hüsnü Mübarək rejimi İsrailin əsas müttəfiqlərindən idi. Elə bu səbəbdən də Hüsnü Mübarəkin hakimiyyətdən getməsi İsraili təhlükə ilə üz-üzə qoyub. 

Ərəb dövlətlərinin bir-birləri ilə sıx münasibətdə olmamasını, onların bir-birləri ilə qarşıdurmada olmasını, güclənməməsini arzulayan və bu dövlətlərin qəflətdə olması üçün müxtəlif planlar həyata keçirən İsrail məntəqə xalqlarının islami oyanışı ilə üzləşib. Bu gün işğalçı rejimin bütün planları alt-üst olubdur. 

Qərb müttəfiqlərinin dəstəyi ilə məntəqəyə nəzarəti günü-gündən genişləndirmək niyyətində olan İsrail bu gün ərəb inqilablarının çəkməsi altda əzilərək, son nəfəslərini alır. 

Bütün bunlar bir halda baş verir ki, qondarma İsrail rejimini təsis edənlər də nicat yolu tapa bilmir, hara üz tuturlarsa, bağlı qapılarla üzləşirlər. 

Demək olar ki, Obamanın Orta Şərqə göndərdiyi və İsrailin mənafelərini müdafiə etməkdə bel bağladığı nümayəndəsinin istefası ABŞ-ın məntəqədə uğursuzluqla üzləşdiyini göstərir. 

"IslamTimes" - Tərcümə şöbəsi

Comment