0
Friday 7 September 2018 - 15:54

Mərdi (Avropaya) qova-qova daha çox mərd etdilər

Story Code : 749030
Mərdi (Avropaya) qova-qova daha çox mərd etdilər
Bir dostum var, açıq sözlü, gözü açıq adamdır. Lazım gəlsə teledebatda beş saat Siyavuş Novruzovla didişər, axır da onu "neprav" çıxardar. Bu qədər gözü qara adamdır.

Dostum keçmişdən - lap dəqiq ata Əliyevin vaxtından müxalifətdədir. Amma indi köçüb gedib Avropa ölkələrinin birində yaşayır. Deyir təzə-təzə ora gedəndə əhalinin danışdığı dilə bələd deyildim. Az-maz ingilis dilində orta məktəbdə beş-üç söz bilirdi ki, ilk günlərdə bu cür yola verirmiş. Maraqlısı budur ki, deyir ilk günlərdə qaldığımız kampda yeməyimiz-içməyimiz havayı gəlirdi. Bəzi dairələrdən adamlar gəlib tez-tez dövlət dilini mənimsəyib mənimsəməməyimizi soruşurdular. Biz də desəydik ki, mənimsəmişik, imtahan edəcəkdilər, ondan sonra lazım həddində olduğunu bilib göndərəcəkdilər işləyib alın təri ilə pul qazanmağa. Biz də deyir beləcə həftələri yola verirdik.

Əlbəttə indi dostumun vəziyyəti yaxşıdır. Azərbaycana gec-gec də olsa gəlir. Əlbəttə ata Əliyevin zamanında da o qədər məşhur müxalifətçi deyildi. Adi bazar adamıydı. Amma inanırdı ki, o bazarda polka arxasında ata Əliyevin masa arxasında işləməsindən qat-qat insaflı, layiqli və kişi kimi mərdanə işləyir. İndi isə demək olar ki, siyasətə qarışmır. Birdəfəlik deyib ki, cəhənnəm olsun iqtidar da elə xalq da.

Deyirəm axı sən "xalq-xalq" deyib duran adamıydın, nə oldu bəs? Deyir, bizim xalq xalq deyil, üstəlik maraqlı bir söz də deyir; Sən demə bizim fikrimiz müxalifətçilərə nahaq gedirmiş, demə onlar da iqtidardakılar kimi özlərinə sərf edir deyə xalqdan dəm vururlar. Amma belə xalq da cərə-cəhənnəmə olsun. Həm də deyir Avropa şəhərlərinin birində məskunlaşandan sonra Azərbaycana gələndə elə bilirəm şəhərdən meşəyə düşürəm. Yenə başlayıram cəngəllik qanunları arasında bir təhər günlərimi yola verəm. Aeroporta çatanda isə sevincinin həddi-hüdudu olmur. Bir maraqlı sözü də var. Doğrusu bunu ilk dəfə deyil ki, eşidirəm. Deyir ki, kaş o vaxt Hitler gəlib bizim ölkəmizi işğal edərdi. Nə fərqi var idi ki, ha Stalin olsun, ha Hitler. Elə indi də yarı ciddi, yarı zarafat bildirir ki, Merkel xalaya məktub yazın gəlib sizi qartımış hakimiyyətin əlindən xilas eləsin. Belə baxanda düz deyir, ha Stalin işğal etdi, ha Hitler, ha qartımış hakimiyyət, ha Merkel. O, Avropaya gedəndən daha çox bu haqda fikirləri qüvvətlənib. Çünki adam ilk dəfə Avropaya çətinliklə ayaq qoyub. Üstəgəl hər dəfə bura gəlib qayıdanda əziyyət çəkir. Bir də dili çətinliklə öyrənib. Amma o vaxtdan biz rusun deyil, almanların tərkibində yaşasaydıq indi həm demokrat idik, həm də almancanı "semiçka" kimi çırtdayırdıq.

Bizim atalar sözləri hər dəfə yerini tutmur. Deyirlər mərdi qova–qova namərd etdilər. Baxın görün mənim dostumu necə Avropaya qədər qovublar. Amma onun xeyrinə olub. Burda dolana bilmirdi, gedib orda bizim polislərin bir aylıq maaşı, üstəgəl ondan-bundan çırpışdırıb, rüşvət alıb, xalqı soyub yarısını yuxarılara ötürdüyü, yarısını ciblərinə qoyduqları məbləğdən iki dəfə çox maaş alır. Özü də burda xarici dil bilmədiyi üçün adam yerinə qoyulmayan insanlara baxanda iki qat adam sayılır.

Mənim dostum artıq siyasətə və Azərbaycandakı siyasətçilərə tüpürsə də hazırda elə Avropanın özündə adamlar var ki, onları ölkədən qovublarsa da gedib orda daha çox fəallaşıblar. Burda "mərdi qova-qova namərd edirlər" atalar məsəli öz əksini tapmadı. Kişilər Avropaya qovulsalar da gedib orda daha çox mərdləşiblər, dəmir döyülə-döyülə bərkiyir, uşaq yıxıla-yıxıla böyüyür. Bu atalar sözləri lap yerində deyilib. Hələ yadınızdadırsa bu yaxınlarda Avropada mühacirətdə yaşayanlar biri deyirdi ki, hər dəfə istirahət üçün restorana gedib şam edəndən, dadlı-təbii meyvə şirələrindən içəndən sonra Azərbaycan hakimiyyətinin dədəsini yaxşıca söymək keçir içimdən, söyəndən sonra rahat gözümə yuxu gedir. Pisi də elə budur, gözün yuxuya getməsi. Amma hələ də mərdi qova-qova yüz faiz namərd edə bilmirlərsə deməli hələ nəsə gözləməyə dəyər.
Source : Nur-az.com
Tagged
azərbaycan
Comment