QR CodeQR Code

Aşuranın Ərbəini

Deyerler , 13 Oct 2018 18:25

İslamtimes - İslam maarifində 40 rəqəminin xüsusi mənası vardır. Hacətə çatmaq üçün 40 gün dua oxumaq, Allah yolunun yolçularının 40 günlük suluk əməlləri, 40 hədisi əzbərləmək, 40 sübh çağı ixlasa malik olmaq, 40 yaşında ağlın kamala çatması, 40 mömin üçün dua etmək, 40 cümə gecəsi edilən dualar və bu kimi.



Aşura mədəniyyətində isə 40 rəqəmi İmamın (ə) şəhadətinin 40-cı gününə aid edilir. Yəni, Səfər ayının 20-si – İmam Hüseynin (ə) Ərbəin günüdür. Bu günü əziz tutmaq – Aşurada şəhid olanları əziz tutmağa bərabərdir. Bu günü sədəqə verir, xeyir məclisləri təşkil edirlər. Bu əzəmətli gündə Əhli-Beyt (ə) davamçıları İmam Hüseyn (ə) hərəmini ayaqyalın şəkildə ziyarət edir və yürüş təşkil edirlər ki, Nəcəf şəhərindən başlayıb Kərbəlaya qədər davam edir.
 
Tarixin nəql etdiyinə görə, bu günü ilk qeyd edən şəxs Cabir ibn Abdullah olmuşdur. Həmin günü Kərbəla əsirləri Mədinəyə qayıdan zaman Kərbəladan keçirlər. Orada Cabiri görürlər.
 
Hər bir halda bu günü qeyd edən ilk insan Cabir olmuşdur. Cabir Ənsari – Peyğəmbərin (s) ən sadiq səhabələrindən olmuş, İmam Baqirin (ə) dövrünə qədər yaşamışdır. O, təqva və iman əhlindən idi. Cəmiyyətdə xüsusi məqama malik idi. Ona görə də onun həmin diyara gəlib, İmam Hüseyn (ə) üçün əza saxlaması heç də asan olmamışdır. O, bütün çətinliklərə baxmayaraq, bu diyara gəlmiş və canını təhlükəyə ataraq, İmamı (ə) ziyarət etmişdir. (Həvzəh)
 
O gündən sonra bu günü qeyd etmək – Əhli-Beyt (ə) davamçıları üçün bir sünnət olmuşdur. Hər il bu gündə Kərbəla çox sayda insanları öz ağuşuna alır və onlara xidmət edir. Bu yolla şəhidlərin adı unudulmur və Qiyamətə qədər də unudulmayacaqdır.
 


Story Code: 755622

News Link :
https://www.islamtimes.org/az/article/755622/aşuranın-ərbəini

Islam Times
  https://www.islamtimes.org